Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə



Yüklə 396,36 Kb.
səhifə31/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   ...   27   28   29   30   31   32   33   34   ...   46
6. ALLAHPƏRƏSTLİK VƏ YA YAŞAMAQ
Məqsədimizin yaxşı açıqlanması üçün hər şeydən əvvəl bir məsələyə toxunmaq istəyirik.

İnsanı müəyyən bir məqsədə doğru yönəltmək üçün onun bədənində bir sıra qərizələr (meyllər) yerləşdirilmişdir ki, insan bu qərizələrə tabe ola bilər. Əlbəttə, bu sözdən məqsədimiz bu deyildir ki, insan hökmən bu qərizələrı tabe olmalıdır. Bəlkə məqsədimiz budur ki, bu qərizlər boş-boşuna yaranmamışdır. Onları diqqət sərhəddindən uzağa buxara bilmərik. O qərizlərə göz yummaq olmaz. Onların qarşısını almaq olmaz. Onları islah etmək, tədil etmək və rəhbərlik etmək lazımdır.

Məsələn insanda övlad qarizəsi vardır. Bu, bir kiçik meyl deyildir. Bu, ilahi xilqətin şah əsəridir. Bu qərizə olmasaydı yaradılış davam etməzdi. Nəhayət, yaradılış karxanasında bu qərizə və meyl hər bir heyvanda dadlı və ləzətli bir şey kimi tökülmüşdür; Bununla hər bir nəql gələcək nəslin qulluğunda olaraq, bu qulluqdan xeyli ləzzət alır. Bu seçki yalnız qabaqkı nəsildə deyil, sonrakı nəsildə də özünə yer açmışdır. Bu əlaqələr və sevgilər birləşmələrin və cütləşmələrin rəmzidir.

Bəşərin başqa qərizələrindən biri də həqiqət arama, elm tələbəlik və araşdırmaqdır. Mümkündür ki, keçici olaraq insanın bu qərizəsinin qarşısı alınsın. Amma tamamilə bu qərizələrin qarşısını almaq olmaz.

İnsanın digər qərizələrindən biri də mal sevgisidir. Əlbəttə insan, sərvəti, məhz sərvət olduğuna görə sevmir. Amma insan öz qərizəsinə və təbiətinə uyğun olaraq yaşayışının maddi ehtiyaclarını təmin etmək üçün və bir sıra camiələrdə bizim camiəmiz (cəmiyyət) kimi ehtiyacları rəf edə bilən vasitə pul və sərvət olduğundan (yəni insanın pulu olsa bütün bağlı qapılar onun üzünə açıqdır, amma pulu olmasa açıq qapılar da üzünə bağlanar) pulu bütün qıfılların kilidi kimi qiymətləndirib yaşayış materialı kimi sevir.

Dediyimiz kimi bir təbii əmr və qərizə ilə mübarizə etmək olmaz. Yəni, həmişəlik olaraq onu tətil etmək olmaz. Bəzilərini bir qısa müddət ərzində öz təbii axımından azdırmaq və ya bəzilərini həmişəlik başqa bir tərəfə çəkmək mümkün olsa da, amma insanı və ümumbəşər ictimaiyyətini bu qərizələrin təlabatından həmişəliklə azdırmaq olmaz.

Məsələn, hamını razı etmək olmaz ki, adı pul və sərvət olan sehirli açardan bir pis və nifrətli şey kimi çəkinsinlər və ondan faydalanmasınlar. İndi əgər Allah və din adında bu qərizələrlə mübarizə olunursa və əgər din başlığı altında camiədən qırağa çəkilmə, rahiblik və bu kimi işlər müqəddəs tanınıb yaxşı işlər kimi qeyd alınırsa və digər tərəfdən evlənmək və həyat təşkil etmək kimi işlər pis və kifir iş kimi qeyd olunursa və həmçinin, həmən din adına çahillik nəcat yolu və elm azğınlığa aparan, və sərvət, qüdrət və varlılıq bədbəxtlik nişanəsi və yoxsulluq, zəiflik, dilənçilik səadət nişanəsi kimi tanıdılırsa, o halda bu təbliğat nə kimi və neçə təsirlər buraxar?

Bir insanı təsəvvür edin ki, bir tərəfdən dini cazibələrin və təlqinlərin təsiri altında və digər tərəfdən bu istəklərin şiddətli təsiri altında olsun. Nəhayətdə, bu iki təsirin birisin boyun əyməli, və ya bir çoxları kimi bu iki çəkim və cazibənin keşməkeşində olsunlar. Yəni, o kimsələrdən olsunlar ki, onların haqqında belə bir məsəl demişlər.





Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin