On Altıncı fəsil: İmam Cavad (ə),
İmam Hadi (ə) və İmam Əsgəri (ə)
Uzunmüddətli məqsədlərə malik olan geniş
təşkilati fəaliyyət
Digәr mәsum imamlar kimi İmam Cavad (ә) da bizә örnәk
vә nümunәdir. Allahın bu saleh bәndәsinin qısa hәyatı küfr vә
azğınlığa qarşı cihadda keçdi. Yeniyetmә çağında İslam
ümmәtinin rәhbәri tәyin olundu, qısa ömründә Allah
düşmәnlәri ilә cihad etdi vә hәlә 25 yaşlı gәnc ikәn ona dözә
bilmәyib zәhәrlә şәhid etdilәr. Bizim digәr imamlarımızın hәr
birinin öz mübarizәlәri ilә şәrәfli İslam tarixinә bir sәhifә
әlavә etdiklәri kimi, bu böyük imam da İslamın hәrtәrәfli
mübarizәsinin mühüm bir hissәsini әmәlindә göstәrdi vә bizә
böyük dәrs verdi. O böyük dәrs budur ki, münafiq vә riyakar
qüvvәlәrlә mübarizә aparmaq üçün xalqın sayıqlığını tәmin
etmәliyik. Düşmәn açıq düşmәnlik etsә vә riyakarlıq etmәsә,
ona qarşı mübarizә aparmaq asan olar. Lakin Mәmun Abbasi
kimi müqәddәslik vә islamçılıq donu geyinsә, xalqın onu
tanıması çәtinlәşәr. Bizim çağımızda vә tarixin bütün
çağlarında hakim qüvvәlәr xalqla üz-üzә mübarizәdә aciz
qaldıqda hәmişә riyakarlıqdan istifadә etmәyә çalışmışlar.
İmam Əli ibn Musa Riza (ә) vә İmam Cavad (ә) bu hiylә vә
riyakarlıq maskasını Mәmunun üzündәn kәnara çәkmәyә
çalışdılar vә bunu bacardılar.
İmam Cavad (ә) müqavimәtin timsalıdır. Bütün qısa
hәyatında Abbasi xәlifәsi Mәmunun hiylәgәr vә riyakar
hakimiyyәtinә qarşı mübarizә apardı, heç zaman bir addım
geri çәkilmәdi, bütün çәtin şәrtlәrә dözdü vә bütün mümkün
metodlarla fәaliyyәt göstәrdi. O, açıq vә azad diskussiyanın
әsasını qoyan şәxsdir. Mәmun Abbasinin yanında alimlәrlә vә
böyük şәxsiyyәtlәrlә әn dәqiq mәsәlәlәrdәn danışdı, mübahisә
etdi, öz üstünlüyünü vә sözünün haqlılığını isbatladı. Azad
diskussiya bizim İslam irsimizdir. Bu, hidayәtçi imamların
256
dövründә mövcud olmuş, İmam Cavadın (ә) vasitәsi ilә dә
gözәl formada hәyata keçmişdir.
İmam Hadi (ә) ilә dövrünün xәlifәlәri arasında gedәn
döyüşdә zahirdә vә elә әslindә dә qalib gәlәn imam oldu. O
hәzrәtin imamlığı dövründә altı xәlifә bir-bir hakimiyyәtә
gәlib cәhәnnәmә vasil oldular. Onların sonuncusu olan Mötәz
imamı şәhid etdi, özü dә qısa müddәtdәn sonra öldü. Bu
xәlifәlәr әksәrәn rәzalәtlә öldülәr; biri oğlunun әli ilә
öldürüldü, biri qardaşı oğlunun әli ilә. Belәliklә Şiәdәn fәrqli
olaraq Bәni-Abbas tar-mar oldu. Hәzrәt Hadinin (ә) vә Hәzrәt
Əsgәrinin (ә) dövründә dә ciddi rejimә baxmayaraq, şiәlik
günü-gündәn genişlәndi vә güclәndi.
Hәzrәt Hadi (ә) 42 illik ömrünün 20 ilini Samirәdә keçirdi;
orada tarlası vardı, işlәyir vә yaşayırdı. Samirә şәhәri әslindә
bir qarnizon idi. Mötәsim Türküstandan, Sәmәrqәnddәn,
Monqolustan vә Şәrqi Asiya bölgәsindәn gәtirdiyi özünә
yaxın türk qullarını – onları öz türklәrimizlә, Azәrbaycan vә
digәr bölgәlәrin türklәri ilә qarışdırmayın – saxlamaq üçün bu
şәhәri salmışdı. Onlar tәzә müsәlman olduqlarına görә
imamları vә möminlәri tanımır, İslamdan baş açmır, xalqı
incidir, Bağdad әhalisi ilә dalaşırdılar. İmam Hadinin (ә)
dövründә mühüm sayda Şiә böyüklәri Samirә şәhәrinә
toplaşdılar. İmam onlara rәhbәrlik edir, onların vasitәsi ilә
imamәt mesajını bütün İslam dünyasına çatdırır, mәktublar
yazırdı. Hәmin qrup Qumda, Xorasanda, Reydә, Mәdinәdә,
Yәmәndә, ucqar bölgәlәrdә vә dünyanın hәr bir yerindә
fәaliyyәt göstәrәn Şiә şәbәkәsini genişlәndirdi, bu mәktәbә
inananların sayını günbәgün artırdı. İmam Hadi (ә) bütün bu
işlәri hәmin altı xәlifәnin iti vә qanlı xәncәrinin kölgәsi
altında gördü. Hәzrәt Hadinin (ә) vәfatına dair mәşhur
hәdisdәn anlaşılır ki, Samirәdә çoxlu şiәlәr toplaşmışdılar vә
hakimiyyәt onları tanımırdı; tanısaydı, hamısını mәhv edәrdi.
Onlar güclü şәbәkә qurduqlarına görә xilafәt onları tapa
bilmirdi.
257
İmamların mübarizәsinin bir günü illәr qәdәr tәsir
bağışlayırdı. Onların mübarәk hәyatlarının bir günü
cәmiyyәtdә illәrlә çalışan bir qrupun tәsirini buraxırdı. Onlar
dini belә qorudular. Başında Mütәvәkkilin, Mötәsimin vә
Mәmunun durduğu, alimlәri Yәhya ibn Əksәm kimi әn fasiq,
әn günahkar saray alimlәrindәn ibarәt olan bir din әsla qalmaz,
hәmin günlәrdә mәhv olar, bitәrdi. İmamların bu mübarizә vә
fәaliyyәti yalnız Şiәni yox, hәtta Quranı, İslamı vә din
tәlimlәrini qorudu. Allah övliyalarının, xalis vә müxlis
bәndәlәrin xüsusiyyәti budur. Əgәr İslamın fәdakar insanları
olmasaydı, 1200-1300 ildәn sonra belә tәravәtli qala vә İslam
oyanışı yarana bilmәzdi, yavaş-yavaş mәhv olardı.
Peyğәmbәrdәn (s) sonra İslamın bu möhtәşәm tәlimlәrini
bәşәriyyәtin vә tarixin beyninә hopduran insanlar olmasaydı,
mәhv olar, tükәnәr vә heç bir şeyi qalmazdı. Adı qalsaydı da,
tәlimlәrindәn bir şey qalmazdı; indi әsas tәlimlәrindәn
tәxminәn heç bir şeyin qalmadığı mәsihilik vә yәhudilik kimi
olardı. Quranın vә Peyğәmbәr (s) hәdislәrinin sağlam qalması,
bütün bu hökm vә tәlimlәrin yaşayıb min ildәn sonra bәşәri
tәlimlәrin zirvәsindә durması tәbii deyil, çoxlu zәhmәtlә başa
gәlәn qeyri-tәbii bir haldır. Bunun yolunda döyülmәk, hәbs
olunmaq vә öldürülmәk dә olub. Bunlar o böyük insanlar üçün
mühüm deyildi.
Hәzrәt Hadinin (ә) uşaqlığı haqda bir hәdis var. Hәzrәt
Cavadın (ә) şәhadәtindәn iki il öncә, hicrәtin 218-ci ilindә
Mötәsim imamı Mәdinәdәn Bağdada gәtirәndә Hәzrәt
Hadinin (ә) altı yaşı vardı. O, ailәsi ilә birgә Mәdinәdә qaldı.
Hәzrәt Cavad (ә) Bağdada gәtirilәndә Mötәsim onun ailәsi
haqda sorğu-sual etdi. Onun böyük oğlu Əli ibn Mәhәmmәdin
altı yaşı olduğunu eşidәndә dedi ki, bu tәhlükәlidir, biz bu
haqda bir şey fikirlәşmәliyik. Mötәsim yaxın adamlarından
birini Bağdaddan Mәdinәyә göndәrdi, ona tapşırdı ki, Əhli-
beyt düşmәni olan bir nәfәri tapıb bu uşağı ona tapşırsın vә o,
müәllim kimi bunu öz ailәsinә düşmәn vә xilafәtә dost kimi
yetişdirsin. Hәmin adam Bağdaddan Mәdinәyә gәldi. Mәdinә
258
alimlәri arasında Əhli-beytә әn müxalif vә әn düşmәn
insanlardan olan әl-Cüneydi adlı birisini tapdı; o zaman
Mәdinәdә belә alimlәr vardı. Ona dedi ki, mәnә sәni bu uşağın
tәrbiyәçisi etmәk әmr olunub. Heç kәsin onunla get-gәl
etmәsinә qoyma, onu bizim istәdiyimiz kimi tәrbiyә et. Qeyd
etdiyim kimi, o zaman hәzrәt Hadinin (ә) altı yaşı vardı, әmr
dә hakimiyyәtin әmri idi; kim ona qarşı çıxa bilәrdi?!
Bir müddәtdәn sonra xilafәtә bağlı adamlardan biri әl-
Cüneydini görüb uşaq haqda soruşdu. Əl-Cüneydi dedi ki, nә
üşaq, mәn ona әdәb-әrkandan bir söz deyәndә o mәnә bu
barәdә bilmәdiyim incәliklәrdәn danışır. Bunlar harada dәrs
oxuyublar? Bәzәn otağa girmәk istәyәndә ona deyirәm ki, bir
Quran surәsi oxu, sonra gir, - görünür ona әziyyәt vermәk
istәyirmiş - o soruşur ki, hansı surәni oxuyum. Mәn deyirәm
ki, böyük bir surә, mәsәlәn, Ali-İmran surәsini oxu. O oxuyur,
mürәkkәb yerlәrini dә mәnә izah edir. Bunlar alim, Quran
hafizi, Quranın tәvil vә tәfsirinә vaqifdirlәr. Bir müddәtdәn
sonra isә hәmin müәllim Əhli-beyti sevәn şiәlәrdәn oldu.
Tәbii ki, o, zahirdә uşaq, әslindә isә Allah vәlisi idi: "Biz uşaq
ikәn ona hikmәt verdik"
1
.
Bunlar hәr bir sahәdә qalib gәldilәr, onlar isә mәğlub
oldular. Bütün Bәni-Abbas xәlifәlәrinә müxalif olmuş, öz
şeirlәri ilә onları vurmuş vә hәr biri üçün tarixdә bir sәnәd
qoymuş Dibilin Mötәsim haqda bir neçә beyt şeiri var. Deyir
biz kitablarda oxumuşduq ki, Bәni-Abbas yeddi xәlifәdir, indi
isә deyirlәr sәkkizdir. Sәkkizincisi haradadır? Onlar Əshabi-
Kәhf kimidirlәr: sәkkizincisi itlәridir. Sonra deyir ki, sәn hara,
o it hara. O it Allaha heç bir günah etmәmişdi, sәn isә başdan-
ayağa günah içindәsәn.
İmamı nәzarәt altında saxlamaq üçün Mәdinәdәn Samirәyә
gәtirdilәr, lakin gördülәr ki, faydası yoxdur. Siz Mәnaqib
kitabında
2
vә digәr әsәrlәrdә bu üç imam haqda yazılanlara
1
Mәryәm/12
2
İbn Şәhr Aşub. "Mәnaqib Ali-Əbi Talib (ә)", c. 4, sәh. 337-447
259
baxsanız, görәrsiniz ki, Şiә şәbәkәsi onların dövründә İmam
Baqirin (ә) vә İmam Sadiqin (ә) dövründәn dә güclü
olmuşdur. Mәhdud şәraitdә olsalar da, ucqar bölgәlәrdәn
onlara mәktub yazır, pul göndәrir vә әmr alırdılar. Hәzrәt
İmam Hadi (ә) Samirәdә xalq tәrәfindәn sevilirdi, hamı ona
hörmәt edirdi. Onun vә hәmçinin İmam Əsgәrinin (ә) vәfatı
zamanı şәhәr tәlatümә gәldi. Hakim qüvvәlәr anladılar ki,
burada bir sirr var, onu öyrәnmәk vә ona çarә qılmaq lazımdır.
Onlar müqәddәslik mәsәlәsini anladılar. Mütәvәkkil imamı
şәrab mәclisinә çağırdı ki, Əli ibn Mәhәmmәdin әyyaşlıq
edilәn bir şәrab mәclisinә qonaq olması xәbәri hәr yerә
yayılsın. Siz görün bu xәbәr necә tәsir buraxardı.
İmam mәsәlәyә mübariz bir insan gözü ilә baxıb tәxribata
qarşı tәdbir gördü. O, Mütәvәkkilin sarayına gedib onun şәrab
mәclisini mәnәviyyat mәclisinә çevirdi. Haqqı söylәmәklә vә
mәzәmmәtli şeirlәr oxumaqla Mütәvәkkilin planını alt-üst
etdi. İmam danışandan sonra Mütәvәkkil ayağa qalxıb onun
üçün müşk-әnbәr gәtirdi, onu hörmәtlә yola saldı. İmam ona
dedi ki, sәn elә bilirsәn burada oturmusan vә ölümün pәncәsi
sәni tuta bilmәyәcәk?! O belәliklә Mütәvәkkilin cәsәdini
yeyәcәk qurdlara qәdәr bütün ölüm mәrhәlәlәrini bәyan etdi.
İmam mәclisi tamamilә alt-üst edib saraydan çıxdı.
Hücumçunun qәddar vә qüdrәtli bir xәlifә, qarşı tәrәfin isә
müdafiәsiz bir gәnc olduğu mübarizәdә zahirәn zәif tәrәf
psixoloji bir üsula - nizә vә xәncәrin işlәmәdiyi bir
mübarizәyә әl atdı. Biz olsaydıq, bu işi görә bilmәzdik. İmam
mövqeyi dәrk edib xәlifәni qәzәblәndirmәyәcәk şәkildә
danışmağı bacarır. İmam misal üçün, ayağa qalxıb bütün şәrab
şüşәlәrini qıra bilәrdi. Bu, yaxşı reaksiya olmaz, ondan yaxşı
nәticә vermәzdi. İmam ayrı cür etdi. Mәsәlәnin bu cәhәti çox
әhәmiyyәtlidir.
İmamların hәyatında bu mәqama diqqәt yetirmәk lazımdır
ki, onlar daim mübairzә halında olmuşlar. Bu, siyasi mübarizә
idi. Çünki hakimiyyәt kürsüsündә oturmuş adam da dinә
iddiaçı idi, o da zahirdә dini nәzәrә alır, hәtta bәzәn imamın
260
fikrini qәbul edirdi. Mәmun haqda eşitmisiniz ki, imamın bәzi
mәsәlәlәrә dair fikrini açıq şәkildә qәbul edirdi. Yәni bundan
çәkinmir, bәzәn fiqhi nәzәrini qәbul edirdilәr. Əhli-beytә qarşı
mübarizәyә sәbәb olan amil onların özlәrini imam bilmәlәri
idi. Onlar deyirdilәr ki, biz imamıq. Ümumiyyәtlә, hakim
qüvvәlәr әleyhinә әn böyük mübarizә bu idi. Çünki hakim
olan, özünü imam vә rәhbәr adlandıran şәxs imama lazım olan
xüsusiyyәtlәrin özündә deyil, Əhli-beytdә olduğunu görür,
onları hakimiyyәtә tәhlükә sayırdılar. Hәm dә onların bu
iddiaları vardı. Hakim qüvvәlәr bu mübarizә ruhuna qarşı
vuruşur, imamlar da dağ kimi möhkәm dayanırdılar. Tәbii ki,
bu mübarizәdә imamların tәbliğ etdiyi din tәlimlәrinin, fiqh
hökmlәrinin vә әxlaqi mәsәlәlәrin öz yeri vardı. Onlar daha
çox şagird yetişdirdilәr, Şiә әlaqәlәri günbәgün genişlәndi vә
mәzhәbi bunlar saxladı. Düşmәnlәrinin 250 il hakimiyyәtdә
olduğu bir mәzhәbdәn әsla bir şey qalmamalı, tamamilә mәhv
olmalı idi, amma görün indi dünyada vәziyyәt necәdir vә Şiә
nәyә nail olmuşdur.
Bu mәsәlәni İmam Sadiq (ә), İmam Hadi (ә) vә İmam
Əsgәri (ә) haqda oxunan şeirlәrdә yaxşı görmәk olar. Onlar
mübarizә apardılar vә bu yolda canlarını qurban verdilәr. Bu,
müәyyәn mәqsәdlәrә doğru davam edәn bir yoldur; bәzәn biri
qayıdır, biri bu tәrәfdәn gedir – mәqsәd isә birdir. Onlar bu
işin tәmәlini qoyan İmam Hüseyndәn (ә) daha müvәffәq
oldular. Çünki İmam Hüseynin (ә) şәhadәtindәn sonra çox az
adam bu xәtdә qaldı, İmam Hadinin (ә) dövründә isә onların
bütün İslam dünyasında nüfuzları vardı, hәtta Bәni-Abbas da
buna aciz qalır, nә edәcәyini bilmirdi.
Abbasi xәlifәlәrinin biri mәmurlarına bir mәktub yazıb
xütbәlәrdә Əhli-beytin adının çәkilmәsini vә Əhli-beytin haqlı
olduğunun söylәnmәsini әmr etdi. Bu mәktub tarixdә qeyd
olunmuşdur. Yazmışlar ki, sarayın vәziri özünü tez xәlifәyә
çatdırıb dedi: "Sәn nә edirsәn?!" O, Əhli-beytin haqlı
olmadığını demәyә cәsarәt etmәdi, dedi ki, indi bәzi qüvvәlәr
Tәbәristanın dağlarında vә digәr yerlәrdә Əhli-beyt şüarı ilә
261
qiyam etmişlәr. Sәnin bu sözün hәr yerә yayılsa, o zaman bir
orduya çevrilib üstünә gәlәcәklәr. Xәlifә onun doğru
söylәdiyini görüb fәrmanı lәğv etdi. Onlar hakimiyyәtlәrinә
görә qorxurdular. Buna inanırdılarsa da, hakimiyyәt vә dünya
sevgisi bu inamlarına mane olurdu.
Bizim mәsumlar hәqiqәtәn çox qәrib olmuş, Mәdinәdәn,
ailәdәn vә doğma cәmiyyәtdәn uzaq qalmışlar. Amma bunun
kәnarında İmam Cavad (ә), İmam Hadi (ә) vә İmam Əsgәri (ә)
haqda başqa bir mәsәlә dә var. O da budur ki, hәzrәt
Əsgәrinin (ә) imamlığının sonuna yaxınlaşdıqca, bu qәriblik
daha da artmışdır. Bu üç imamın dövründә imamların vә
şiәlәrin nüfuz dairәsi İmam Sadiqin (ә) vә İmam Baqirin (ә)
dövrünә nisbәtәn bәlkә on dәfә artmışdı. Bu, mühüm
mәsәlәdir. Onların güclü nәzarәt vә tәzyiq altında
saxlanmasının sәbәbi dә bәlkә bu idi. İmam Rizanın (ә) İrana
doğru hәrәkәtindәn vә Xorasana gәlişindәn sonra baş verәn
dәyişikliklәrin biri bu idi. Bәlkә dә sәkkizinci imam bu
mәsәlәni düşünmüşdü. Ondan öncә şiәlәr hәr yerdә tәk-tük,
zәif әlaqәli, ümidsiz vә mәyus idilәr, xәlifәlәr dә hәr yerә
nәzarәt edirdilәr. Mәmundan öncә firon kimi qüdrәtli olan
Harun iş başında idi. İmam Riza (ә) Xorasana gәlәndә vә bu
yoldan keçәndә xalqın qarşısına elә bir şәxsiyyәt çıxdı ki, hәm
elmi, hәm әzәmәti, hәm sәdaqәti, hәm dә nuraniliyi ilә xalqın
diqqәtini cәlb etdi. İnsanlar әsla belә bir şәxs görmәmişdilәr.
Ondan öncә nә qәdәr şiә Xorasandan Mәdinәyә gedib İmam
Sadiqi (ә) görә bilәrdi?! Bu uzun yolboyu isә imamı yaxından
gördülәr. Qәribә mәnzәrә idi, sanki Peyğәmbәri (s)
görürdülәr. Onun mәnәvi әzәmәti, iqtidarı, әxlaqı, tәqvası,
nuraniliyi vә dәrin elmi... Nә soruşursansa, nә istәyirsәnsә,
hamısına cavab hazırdır. İnsanlar belә bir şey görmәmişdilәr.
Bu hamıda hәyәcan yaratmışdı.
İmam Xorasana vә Mәrvә çatdı. Paytaxt indiki
Türkmәnistanda yerlәşәn Mәrv şәhәri idi. Bir-iki ildәn sonra
da imamın şәhadәti baş verdi vә xalq matәmә qәrq oldu. Hәm
imamın xalqın görmәdiyi vә eşitmәdiyi mәnzәrәni canlandıran
262
girişi, hәm dә böyük qәm-kәdәr doğuran şәhadәti bu
bölgәlәrin hamısını şiәlәrin ixtiyarına keçirdi. Hamısı şiә
olmadı, amma hamısı Əhli-beyti sevdi. Şiәlәr belә bir şәraitdә
işlәmәyә başlamışdılar. Siz görürsünüz ki, Əşәrilәr birdәn-birә
Qumda peyda olurlar. Onlar nә üçün gәldilәr? Əşәrilәr
әrәbdirlәr. Onlar Quma gәlib orada hәdis vә İslam tәlimlәri
mәrkәzi açdılar. Reydә dә Kuleyni kimilәr meydana çıxdı.
Kuleyni kimi bir şәxs tәsadüfi bir yerdә yetişmir. Mühit
etiqadlı şiә olmalıdır ki, belә xüsusiyyәtlәrә malik gәnc
yetişsin. Bu hәrәkәt belәcә davam etdi. Siz baxın, Şeyx Sәduq
Hәrata, Xorasana vә digәr yerlәrә gedib Şiә üçün hәdis
toplamışdır. Bu çox әhәmiyyәtli mәsәlәdir. Şiә hәdisçilәri
Xorasanda, Sәmәrqәnddә nә edirlәr? Sәmәrqәnddә kim var?
Şeyx Əyyaşi Sәmәrqәndi. Əyyaşi Sәmәrqәndi Sәmәrqәnd
şәhәrindәndir. Onun haqda belә deyiblәr: "Evi şiәlәrin vә
alimlәrin toplaşdığı mәrkәzә çevrilmişdi".
1
Bu, Şeyx Kәşşinin
sözüdür. Şeyx Kәşşinin özü dә sәmәrqәndlidir. Buna әsasәn,
İmam Rizanın (ә) hәrәkәti vә sonra mәzlumcasına şәhadәti
sәbәbindәn bu yerlәr imamların tәsir dairәsinә qatıldı vә onlar
bu imkandan istifadә etmәyә başladılar; mәktublaşdılar, get-
gәllәr başladı. Bu get-gәllәr adi formada deyil, mәxfi şәkildә
hәyata keçirdi. Bunu açıq etsәydilәr, insanların әl-ayaqlarını
kәsәrdilәr. Kәrbәlaya getmәyi qadağan edәn qәddar
Mütәvәkkil insanların suallarının asanlıqla imama verilmәsinә
vә sonra cavablarının aparılmasına, şәriәt ödәnclәrinin
gәtirilmәsinә vә ondan qәbz alıb insanlara aparılmasına icazә
verәrdimi?! Bunlar bu üç imamın böyük tәbliğat vә tәlimat
şәbәkәsini göstәrir.
İmam Rizadan (ә) hәzrәt Əsgәrinin (ә) şәhadәtinә qәdәr
vәziyyәt belә olmuşdur. Samirә şәhәri elә dә böyük deyildi,
yeni salınmış paytaxt idi. Saray adamları, әyan-әşraf vә
gündәlik ehtiyacları tәmin edәcәk qәdәr adi adamlar orada
mәskunlaşmışdılar. Hәzrәt Hadi (ә) vә hәzrәt Əsgәri (ә)
1
Nәccaşi. "Rical", sәh. 372
263
әslindә bir qarnizon olan bu şәhәrdә bütün İslam dünyası ilә
belә rabitә sistemi qura bilmişdilәr. Biz imamların hәyatının
müxtәlif cәhәtlәrinә baxanda onların nә etdiyini anlayırıq.
Onlar yalnız namaz, oruc, pak vә murdar mәsәlәlәrinә dair
suallara cavab vermirdilәr, dini mәnada olan bir imam
mövqeyindә durub xalqla danışırdılar. Mәncә, buna digәr
cәhәtlәrin kәnarında baxmaq lazımdır. Siz görürsünüz ki,
hәzrәt Hadini (ә) Mәdinәdәn Samirәyә gәtirib gәnc çağında,
42 yaşında şәhadәtә yetirirlәr. Yaxud İmam Hәsәn Əsgәri (ә)
28 yaşında şәhid edilir. Bunların hamısı imamların, şiәlәrin vә
onların sәhabәlәrinin bütün tarix boyu möhtәşәm hәrәkәtinin
göstәricisidir. Xilafәt qәddar totalitar rejim olsa da, eyni
zamanda imamlar belә uğurlu fәaliyyәt göstәrirdilәr. Yәni
qürbәtin kәnarında bu qüdrәti vә nailiyyәti dә görmәk
lazımdır.
Bütün İslam dünyasında şiәlәrin bir-biri ilә әlaqәsi vә Şiә
tәşkilatının әhatәsi heç zaman hәzrәt Cavadın (ә), hәzrәt
Hadinin (ә) vә hәzrәt Əsgәrinin (ә) dövründәki kimi
olmamışdır. Vәkillәrin, naiblәrin olması, hәzrәt Hadi (ә) vә
hәzrәt Əsgәridәn (ә) nәql olunan әhvalatlar - mәsәlәn, biri pul
gәtirdi vә imam tәyin etdi ki, onunla filan iş görülsün - bunu
göstәrir. Yәni bu iki imamın Samirәdә, onlardan öncә dә
hәzrәt Cavadın (ә) bir şәkildә vә hәzrәt Rizanın (ә) başqa bir
şәkildә nәzarәt altında olmasına baxmayaraq, insanların
әlaqәsi genişlәnmişdi. Bu әlaqәlәr İmam Rizadan (ә) öncә dә
vardı, lakin onun Xorasana gәlişi buna olduqca böyük tәkan
verdi.
Bizim imamlarımız әziz İslam Peyğәmbәrinin (s)
vәfatından hәzrәt Əsgәrinin (ә) vәfatına qәdәr ötәn 250 il
әrzindә çox әziyyәt çәkdilәr, öldürüldülәr, zülmә mәruz
qaldılar. Onlar üçün ağlamağa dәyәr. Onların mәzlumluğu
ürәklәri qan edir. Lakin bu mәzlumlar qalib gәldilәr; hәm
dönәm sәviyyәsindә qәlәbә çaldılar, hәm dә ümumilikdә vә
tarix boyu.
|