Ayətullah Seyid Əli Xamenei


On dördüncü fəsil: İmam Kazim (ə)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   33   34   35   36   37   38   39   40   41
250-YAŞLI-İNSAN

On dördüncü fəsil: İmam Kazim (ə) 
Hәzrәt Əbülhәsәn Musa ibn Cәfәrin (ә) 148-ci ildәn 183-cü 
ilә qәdәr sürәn 35 illik imamәt çağı imamların hәyatının әn 
mühüm dövrlәrindәn biridir. Ən qüdrәtli Bәni-Abbas 
xәlifәlәrinin ikisi - Mәnsur vә Harun vә onların iki әn zalım 
şahı olan Mehdi vә Hadi bu dövrdә hakimiyyәtdә olmuşlar. 
Xorasanda, Afriqiyyәdә, Mosulda, Deylәmdә, Qorqanda, 
Şamda, Nәsibeyndә, Misirdә, Azәrbaycanda vә digәr yerlәrdә 
çoxlu qiyamlar yatırıldı, böyük İslam mәmlәkәtinin şәrq, qәrb 
vә şimal sәrhәdlәrindә әldә edilәn yeni zәfәrlәr vә çoxlu 
qәnimәtlәr Abbasilәrin taxtını daha da möhkәmlәtdi. 
Bu dövrdә ideoloji vә etiqadi mәktәblәrin bәzisi çox inkişaf 
etmiş, bәzisi yeni yaranmışdı; düşüncә mühiti ziddiyyәtә 
köklәnmiş, hakimlәrin әlindә bir silaha, xalqın dini vә siyasi 
sayıqlığına isә tәhlükәyә çevrilmişdi. Əsl İslam tәlimlәrinin 
öndәrlәrinә vә Əli (ә) dәvәtinin aparıcılarına ağır şәrait 
yaranmışdı. 
Şeir, incәsәnәt, fiqh, hәdis, hәtta zahidlik vә tәqva da 
hakim qüvvәlәrin xidmәtindә duraraq onların sәrvәt vә güc 
vasitәlәrini tamamlayırdı. Bu zaman xilafәti nә Bәni-Ümәyyә 
dövrünün sonlarındakı, nә Bәni-Abbas dövrünün ilk on 
ilindәki, nә dә Harunun ölümündәn sonrakı dövrdә olduğu 
kimi ciddi bir tәhlükә tәhdid etmir, xәlifәnin diqqәtini dәrin vә 
davamlı Əhli-beyt dәvәtindәn yayındırmırdı. 
Bu dövrdә Əhli-beytin vә onların sadiq tәrәfdarlarının 
mübarizәsinә, ideoloji vә siyasi hәrәkәtinә inkişaf vә davam 
imkanı verәcәk yeganә amil onların yorulmaz fәaliyyәti, 
tәhlükәli mübarizәsi vә ilahi üsul olan tәqiyyәdәn istifadә idi. 
Hәzrәt Musa ibn Cәfәrin (ә) mübarizәsinin heyrәtamiz vә 
fövqәladә böyüklüyü dә bunda idi. 
Qeyd etmәliyәm ki, İslam tarixçilәri İmam Musa ibn 
Cәfәrin (ә) hәyatını araşdırarkәn bu böyük imamın 
uzunmüddәtli hәbsindәn ibarәt olan böyük vә misilsiz 


231
hadisәyә lazımi diqqәt ayırmamış vә nәticәdә onun mühüm 
mübarizәsindәn xәbәrsiz qalmışlar. 
35 illik imamlığının hamısını әhatә edәn davamlı mübarizә 
amilinә diqqәt yetirmәdәn bu uca imamın hәyatını araşdırmaq, 
bir-biri ilә әlaqәdar olmayan müxtәlif hadisәlәr haqda fikir 
bildirmәk, onun elmi vә mәnәvi mәqamını incәlәmәk, ailәsi, 
sәhabәlәri, şagirdlәri, elmi-etiqadi mübahisәlәri vә digәr 
mәsәlәlәr haqda danışmaq yarımçıq vә natamam olar. Bu 
amili aydınlaşdırandan sonra bu sәmәrәli hәyatın bütün 
hissәlәri bir-birinә bağlanır, hәr bir mәsәlәnin, hadisәnin vә 
hәrәkәtin mәnalandığı aydın, kamil vә istiqamәtli bir tәsvir 
ortaya çıxır. 
Nә üçün hәzrәt İmam Sadiq (ә) Müfәzzәlә buyurur ki, bu 
gәncin imamlığını yalnız etimadlı şәxslәrә de? O, nә üçün 
Əbdürrәhman ibn Hәccaca açıq söylәmәdәn işarә ilә deyir ki, 
zireh onun әyninәdir; Sәfvan Cәmmal kimi yaxın sәhabәlәrә 
dә onu әlamәtlә tanıtdırır? Nә üçün öz vәsiyyәtnamәsindә 
canişin kimi övladının adını birinci Mәnsur Abbasi, sonra 
Mәdinәnin hakimi, sonra isә iki qadının adının qeyd olunduğu 
dörd nәfәrdәn sonra çәkir? Belә ki, o hәzrәtin vәfatından sonra 
bәzi böyük şiәlәr bu 20 yaşlı gәncin onun canişini olmasını 
bilmirlәr. Nә üçün "bir mәmlәkәtdә iki xәlifәyә xәrac 
gәtirirlәr"
1
deyәn Harunla yumşaq danışır vә bunu inkar edir, 
amma Hәsәn ibn Abdullah adlı nüfuzlu vә zahid bir kişiyә 
müraciәtlә imamı tanımaqdan danışır, özünün itaәti vacib 
buyurulan imam olduğunu bildirir? 
Nә üçün Harunun sarayında yüksәk vәzifә tutan vә imamın 
müridlәrindәn olan Əli ibn Yәqtinә tәqiyyә etmәyi әmr edir, 
Sәfvan Cәmmalı isә rejimә xidmәt etdiyinә görә qınayır vә 
xәlifә ilә әlaqәsini kәsmәyә çağırır? Böyük İslam dünyasında 
öz dost vә tәrәfdarları arasında necә vә hansı vasitә ilә bu 
qәdәr güclü әlaqә qurur vә Çinә qәdәr uzanan bir şәbәkә 
yaradır? 
1
Tәbrisi. "Əl-İhticac", c. 2, sәh. 389 


232
Nә üçün Mәnsur, Mehdi, Harun vә Hadi öz dövrlәrindә onu 
öldürmәyә, hәbs etmәyә vә sürgünә yollamağa tәşәbbüs 
götәrirlәr? Nә üçün o hәzrәt 35 illik imamlığının bir hissәsini - 
bәzi rәvayәtlәrdәn anlaşıldığı kimi - mәxfi şәkildә keçirәrәk 
Şamın kәndlәrindә, yaxud Tәbәristanın bәzi bölgәlәrindә 
gizlәnir, dövrün xәlifәsi tәrәfindәn tәqib olunur vә öz 
tәrәfdarlarına deyir ki, xәlifә mәnim haqqımda soruşanda 
mәni tanımadığınızı vә harada olduğumu bilmәdiyinizi 
söylәyin? 
Nә üçün Harun hәcc sәfәrindә o hәzrәtә çox hörmәt edir, 
başqa bir sәfәrdә isә sürgünә yollanmasını әmr edir? Nә üçün 
o hәzrәt әvvәldә mülayim davranıb Əlәvilәri hәbsdәn azad 
edәn Harunun xilafәtinin әvvәllәrindә Fәdәyi bütün İslam 
dünyasına şamil edir vә xәlifә etirazla deyir ki, onda qalx, gәl 
mәnim yerimdә otur? Vә nә üçün hәmin mülayim xәlifәnin 
rәftarı bir neçә ildәn sonra elә sәrtlәşir ki, o hәzrәti ağır rejimli 
zindana salır vә illәrlә hәbsdә saxladıqdan sonra buna da 
dözmәyәrәk cinayәtkarcasına zәhәrlәyib şәhid edir? 
Bunlar vә İmam Musa ibn Cәfәrin (ә) hәyatında ilk 
baxışdan bir-biri ilә әlaqәsiz vә bәzәn ziddiyyәtli görünәn 
yüzlәrlә mühüm hadisә o zaman әsl mәnasını tapar ki, biz o 
hәzrәtin imamlığından şәhidliyinә qәdәr davam etmiş әsas 
xәtti görәk. Bu, imamların 250 illik çağın hamısında müxtәlif 
formalarda davam edәn cihad vә mübarizә xәttidir. Bunda 
mәqsәd әvvәla әsl İslamı açıqlamaq, Quranı düzgün tәfsir 
etmәk vә İslam etiqadlarına dair aydın tәsәvvür yaratmaq, 
ikincisi İslam cәmiyyәtindә imamәt vә siyasi hakimiyyәt 
mәsәlәsini başa salmaq, üçüncüsü isә uyğun cәmiyyәti 
qurmaq, böyük İslam peyğәmbәrinin vә bütün peyğәmbәrlәrin 
әdalәti 
bәrqәrar 
etmәkdәn, 
Allaha 
şәrik 
çıxanları 
hakimiyyәtdәn uzaqlaşdırmaqdan vә cәmiyyәti Allahın 
xәlifәlәrinә, saleh bәndәlәrinә tapşırmaqdan ibarәt olan 
mәqsәdini hәyata keçirmәyә çalışmaqdır. 
İmam Musa ibn Cәfәr (ә) bütün hәyatını bu müqәddәs 
cihada hәsr etmişdi. Onun dәrsi, tәlimi, fiqhi, hәdisi, tәqiyyәsi 


233
vә tәrbiyәsi bu istiqamәtdә idi. Tәbii ki, onun dövrünün öz 
özәlliklәri vardı, cihadı da zamana uyğun idi. İmam Sәccadın 
(ә) dövründәn İmam Əsgәriyә (ә) qәdәr sәkkiz imamın hәr 
birinin, yaxud hәr bir neçәsinin dövr vә mübarizәlәrindә özәl 
xüsusiyyәtlәri olmuşdur. Onların hәyatı ümumilikdә 250 illik 
hәyatın müxtәlif mәrhәlәlәrә bölünәn dördüncü dövrünü tәşkil 
edir.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin