Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi
T ədbir 2.3.3: İKT sektorunun rəqabətədavamlılığını təmin edən m əhsulların istehsalı və xidmətlərin göstərilməsi üzrə kadr hazırlığının gücl əndirilməsi R
əqəmsal texnologiyaların tədrisində müəyyən edilən çatışmazlıqların aradan
qaldırılması və onların biznes mühitinin tələblərinə uyğunlaşdırılması məqsədilə TTQ
t
ərəfindən ekspertlərin iştirakı ilə təhsil proqramlarına dəyişikliklər edilməsinə və yeni
kuri
kulumların hazırlanmasına dair təkliflər irəli sürüləcəkdir. Növbəti addım olaraq,
seçilmiş tədris mərkəzləri, peşə təhsili müəssisələri, kolleclər və ya universitetlərdə
texnologiya bilikl
ərinə malik olan peşəkar təlimçilərin iştirakı ilə pilot proqramlar həyata
keçiril
əcəkdir. Bu proqramların effektivliyinə tələbələrin rəylərinin öyrənilməsi yolu ilə
davamlı olaraq nəzarət ediləcəkdir.
TTQ t
ərəfindən həyata keçiriləcək növbəti tədbir təhsil müəssisələrində
kadrların ixtisaslılığının təmin edilməsindən ibarət olacaqdır. Bu məqsədlə, İKT
ixtisasları üzrə tədris kafedralarının texniki bazasının gücləndirilməsi, elektron tədris
resurslarının inkişaf etdirilməsi, tələbə və müəllimlərin dünyanın aparıcı elm və təhsil
resurslarına çıxışının təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək,
beyn
əlxalq sertifikata malik İT mütəxəssislərinin hazırlanmasına dəstək veriləcəkdir.
Eyni zamanda, Az
ərbaycandakı ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət
göst
ərən tanınmış xarici və yerli ali təhsil müəssisələrinin tədris-təcrübə
laboratoriyalarının yaradılması, tələbələrin sahə üzrə aparıcı şirkət və müəssisələrdə
t
əcrübə keçməsi imkanlarının genişləndirilməsi, habelə İKT-nin prioritet istiqamətləri
üzr
ə aparıcı xarici təhsil müəssisələrində kadrların hazırlanması işlərinin davam
etdirilm
əsi məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir.