40
v
ə onların baş verən dəyişikliklərə çevik adaptasiya imkanlarının formalaşdırılmasını
z
əruri edir.
Hazırda Azərbaycanda peşə təhsili səviyyəsində tədris proqramları beş ildən
bir n
əzərdən keçirilərək yenilənir. Biznes subyektlərinin tədris-planlaşdırma işlərində
f
əal iştirakı təmin edilmədiyi üçün əksər hallarda bu proqramlar ən son yanaşma və
texnologiyalara, habel
ə müasir biznes mühitinin və əmək resursları bazarının
t
ələblərinə cavab vermir (məsələn, əsasən Paskal proqramlaşdırmasının tədrisi).
Göst
ərilənlər nəzərə alınaraq, peşə təhsili müəssisələrinin tədris proqramlarının
müasir biznes ehtiyaclarına uyğunlaşdırılmasını təmin etməklə, bu sahədə
n
əzərəçarpacaq irəliləyişə nail olmaq mümkündür.
Biznesin t
əhsil prosesində iştirakının bir çox tədris proqramlarında tətbiq edilən
uğurlu yanaşma olduğunu nəzərə alaraq, qabaqcıl təhsil müəssisələri tədris və təlim
proqramları üzrə sahibkarlıq subyektləri ilə sıx əməkdaşlıq etməyə maraq göstərirlər.
Bel
ə əməkdaşlıq cari əmək resursları bazarının tələb etdiyi spesifik bilik və
bacarıqların hərtərəfli tədris edilməsinə zəmin yaradır. Təhsil müəssisələri iş
yerl
ərində təlimlərin keçirilməsini və ya praktiki təlim üçün tədris müəssisələrində iş
yeri mühitinin yaradılmasını təmin edirlər.
Az
ərbaycanda sahibkarlıq subyektlərinin tədris proqramları və onların faydaları
bar
ədə məlumatlılıq səviyyəsini artıraraq, minimal xərclərlə bilavasitə iş yerlərində
s
əmərəli tədris təşkil etmək mümkündür.
Peşə bilik və bacarıqlarının inkişafı ilə paralel sahibkarlıq subyektlərinin
informasiya texnologiyaları sahəsində savadlılığının artırılması ölkə iqtisadiyyatının
r
əqabət qabiliyyətinin möhkəmləndirilməsi və biznes mühitinin daha da
yaxşılaşdırılması kimi mühüm strateji hədəflərə nail olunmasına müsbət töhfələr verə
bil
ər.
Dostları ilə paylaş: