Hünərini dedikcə bizə Neçə-neçə sualgəlir ürəyimizə....
Əliağa Kürçaylı Artıq noyabrdır, payızın son ayı, son günləri. Bürkülü isti günlər arxada qal-mışdır. Milə indi soyuqlar gəlmişdir. Gecələr ayaz olur, yerə qırov düşür. Yovşan kollarmın üstünə gümüşü zərrəciklər səpələnir. Ay görünəndə Mil sönük bir işıqla bərq vurur. Səhərlər isə torpaqdan buxar qalxır, günəş yuxarı qalxdıqca onun onun ardınca sürünür, çox keçmədən yoxa çıxır.
Indi Milə qəribə sakitlik çökmüşdür. Hər yan səssiz-səmirsizdir. Əvvəllər tez-tez gördüyümüz qoyun sürüləri də yoxa çıxmışdır. Onlar Milin ənginliklərinə çəkil-mişdir. Tez-tez küləklər əsir və belə hallarda yerindən qopmuş tikan kolları giyirlə-nə-giyirləne bir-birini qovmağa başlayırlar. Mildə külək öz atını dəhşətli bir vıyıltıy-la çapır. Gecələr haradasa uzaqlarda canavarlar ulaşır.
Gecələr yaman üşüyürük. Evlərimizin divarları buz kimi soyuq olur. Milin о keçən isti günlərini arzulayırıq. Örənqalada işləyən yoldaşlarımız artıq yır-yığış edirlər. Orada işləmək indi qeyri-mümkündür. Hər yan dizə qədər palçıqdır. Lakin Üçtəpədəki kurqanlarda hələ də qızğın iş gedir. Buldozerlər onun üst örtüyünü dərinləşdirirlər. Onun artıq 12 metr qalınlığında torpaq layı götürülmüşdür. Deməli, qarşıda hələ 2metr qalınlığında təbəqə qalmışdır. Bu təbəqənin altında hansı sirlər gizlənmişdir? Torpaq dərinləşdikcə səbrimiz də tükənir. Aleksandr Aleksandroviç indi tez-tez qəribə yuxular görür, narahatçılıq hissi keçirir. Görünür ki, əsəbləri lap gərilmişdir. Qarşıda görüləsi işlər də çoxdur. Kurqanın dibinə çatmaq üçün hələ 4 min kubmetrə qədər torpaq çıxarılmalı, kənara atılmalıdır. Görünür, bu mövsümdə işi başa çatdıra bilməyəcəyik, gələn il yenə buraya gəlməli olacayıq.
Bu gün səhər Aleksandr Aleksandroviç mənə qazmtı sahəsinin şərq hissəsində şurf qoymağı tapşırdı. Iki fəhlə ilə burada kəşfiyyat qazıntısına başladıq. Çox keçmə-dən torpaq qatının altmda çay daşları aşkar edildi. Aleksandr Aleksandroviçin sevin-cinin həddi-hüdudu yox idi. Deməli, altda hələ daş örtük də vardır. Qalın və bərk daş örtük. Güman etmək olar ki, bu daş örtüyünün altındakı qəbir bütövdür, bütün dövr-lərdə, əsrlərdə fəaliyyət göstərən qarətçilərin əli buraya çatmamışdır. lyessen sevi-nir, ümidləri artır.
Günortadan sonra gözlənilmədən göyün üzü qaraldı, bir anda Milə zülmət çök-dü, çox keçmədən narın yağış, sonra isə sulu qar yağmağa başladı. Hamımız maşının çadırının altına cumduq. Aleksandr Aleksandroviç işçi fəhlələri evə buraxmağı lazım bildi. Qazıntı sahəsində özümüz qaldıq. Buldozerlər işləməkdə davam edirdi, biz isə onların bıçağının altından çıxan torpağı izləyə-izləyə oraya-buraya qaçırdıq. Indi qa-zıntının ən məsuliyyətli vaxtıdır. Torpağın hər qarışına diqqət yetirməliyik.
Evə qaranlıqda, əldən düşmüş vəziyyətdə qayıtdıq. Yolu güc-bəla ilə tapırdıq. On addımlığı görmək olmurdu. Lopa-lopa yağan sulu qar yolun üstünü örtərək bizi tez-tez çaşdınrdı. Yaxşı ki, azmadıq, maşınımız da xarab olmadı.