i-. ■ . gg§> \: rında aşkara çıxarılmışdır. Çox ehtimal
ki, Mil düzünün qədim sakinləri də vaxtilə bilavasitə bu dağlıq bölgənin sərvətlərindən istifadə etmişdilər.
Aleksandr Aleksandroviç lessen-ekspedisya rəhbəri
Dəvəgözü daşının müsbət xassə və keyfıyyəti hələ qədim daş dövrün-dən insanlara bəlli olmuşdu. Parça-lanan zaman iti uclu qəlpələr verən bu qiymətli daşdan ibtidai insanlar neçə-neçə əmək alətləri, neçə-neçə ox və nizə ucluqları düzəltməyi öyrənmiş-dilər. Əl çapacaqlan, qaşov, biz və iti bıçaqlar, ox və nizə ucluqları onların məişətində, bəsit, lakin olduqca ağır təsərrüfatında minilliklər boyu necə də böyük əməli əhəmiyyət daşımışdı. Belə sadə alət və silahların köməkliyi-lə ulu babalanmız yer qazmış, heyvan ovlamış, ət doğramış, sümük çapmış, dəri aşlamış, gön kəsmiş, sümük, ağac yonmuş və üstəlik onlarca yeni alət və silah düzəltmişdi. Mis, tunc və dəmir-
dən alət və silahlar meydana çıxdıqda belə dəvəgözü öz əhəmiyyətini itirməmiş, müxtəlif əşyaların hazırlanmasında dəyərli xammal kimi qalmaqda davam etmişdi. Bu dövrlərdə ondan əmək alətləri və silahlarla yanaşı müxtəlif bəzək nümunələri də hazırlanmışdır. Qədim Misirdə isə dəvəgözü daşından hətta bütöv heykəllər yonul-muş və başqa incəsənət əsərləri yaradılmışdır. Buna görə də Uçtəpədəki tunc dövrünə aid qədim məskən yerindən də dəvəgözü daşının, ondan hazırlanmış ayrı-ayrı əşyaların tapılması təəccüb doğurmur. Əsas məsələ bu qədim yaşayış yerinin xüsusiyyəti və yaxınlıqdakı kurqanlarla əlaqəsini müəyyən etməkdən ibarətdir. Sözsüz, bu gün burada başlanan yeni qazıntı işləri həmin məsələnin aydınlaşdırılma-sına köməklik göstərəcəkdir. Yeni qazıntı işlərini Aleksandr Aleksandroviç leninq-radlı həmkarlarımız Yuri Moçanova və Alfred Kolkuşinə tapşırmışdır. Mən isə Ideal Nərimanovla birlikdə əwəlki tək yalnız kurqanın qazıntısına nəzarət edəcəyəm. Qabaqda gərgin axtarışlarla, qanadlı duyğularla dolu günlərimiz var.
Azərbaycan Arxeologiyası 2004
Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4
Mənimlə tonqalуапшщ oturmaq üçün buraya gəl, qom düz küləyisəniyaxşıca tutsun... 1 Başqalaşmaq istoyirsənsə, 1 buraya-düzə gəl\ VanQoq j
Bizi hər gün Uçtəpəyə aparan maşın çadırlıdır, böyük yük maşınıdır. tyessen \ bir qayda olaraq sürücünün yanında oturur. Bizim yerimiz isə yuxarıdadır, maşmm j üstündə. Bu heç də pis deyil. Çadırın açıq gözündən Mili yaxşı görmək olur. Arx boyunca uzanan yolun sonsuzluğunu, Milin mavi üfüqlərini, onların arxasında, сох-сох uzaqlarda kölgə kimi qaralan dağlar silsiləsini hər gün böyük bir heyranlıqla seyr edirəm. Kəskin yovşan ətri, torpaq ətri, xəzəl ətri ilə dolu payız havası sinəmə dolduqca qəlbimdə qəribə hisslər, duyğular oyanır, gizli bir həyəcan varlığıma hakim kəsilir, özümdən asılı olmayaraq bu sonsuzluqda itib-batmaq istəyirəm, qurtar-maq bilməyən yollara qovuşmaq istəyirəm...
Son bir neçə gündə Mil birdən-birə xeyli dəyişmişdir. İlk günlərdə gördüyüra cansıxıcı, bürkülü boz düzdən indi əsər-əlamət qalmamışdır. tndi göyün üzünü tez-tez bənövşəyi qara buludlar örtür. Hardasa uzaqlarda göy guruldayır, şimşək çaxır. Son durna qatarlan Mili tərk etməyə tələsirlər. Gözlənilmədən onlar six buludlar arasında görünür, sanki bu doğma yerləri tərk etmək istəməyərək göyün üzərində bir neçə dairə vurur, həyəcanla qaqqıldaşır, çox keçməmiş ümidsiz bir ayrılıqla göyün ənginliklərində itib-batırlar. Bir müddət Mildə onlann yalnız kədərli səsi qalır, əks-sədaya çevrilərək bu geniş düzü gəzir və tezliklə yenidən göyə qalxır.
Gözəl payız Mildə bayram edir, şənlənir, qanad açıb gah yüksəklərə qalxır, gah da sevincdən məst olaraq yerə də, göyə də minbir rəng bəxş edir. Qəribədir, soyuq nəfəsli payız belə anlarda Mili yalnız ilıq rənglərlə, onlann minbir çalarlan ilə bəzəyir. Bənövşəyi-boz, şəffaf çalarlar göylərə hakim olur, yerə enərək yaşıl, qəhvəyi rənglərin qeyri-adi çalarları ilə birləşir, Govurarxm sahillərini bəzəyən odlu sarı-qırmızı rənglərlə qovuşur.
Payız Milə səs verir, yeni həyat verir. Bayaqdan bəri səssiz-səmirsiz görünən düzü indi hay-küy bürümüşdür. Hər yanda qoyun-quzu mələşməsi eşidilir. Orda
burda gözə çarpan alabəzək çadırların yanında itlərin hürüşməsi aləmi başına götü-rür. Hardansa uzaqlardan həzin tütək səsi gəlir, kiminsə gizli nisgilini bu geniş düzə əyan edir...
Təbiətin, Milin belə bir gözəl çağında biz Üçtəpədə inadkar bir maraqla ağır, əzablı işlə məşğuluq. Buldozerlər bir neçə min il bundan əvvəl ulu babalarımızın öz tayfa ağsaqqallarının qəbri üstünə tökdüyü qalın torpaq laylarını yardıqca biz gözümüzü bıçağın altından çəkmirik. Əslində, gözləniləsi şey də yoxdur, çünki qəbrə çatmaq geniş qazıntı sahəsində hələ bir neçə metr qalınlıqda torpaq qatlarını götürmək lazımdır. Min, iki min, beş min, bəlkə də daha çox kub metr həcmdə torpaq...
Qazıntı geniş bir tikinti sahəsini xatırladır. Üç güclü buldozer nərildəyə-nə-rildəyə torpağın bağrını yarır, topa-topa torpağı kurqandan yana yayır. Işçi kimi tut-duğumuz iyirmidən artıq fəhlə bel, külüng və kürəklə qazıntı sahəsindəki kəsiklərin divarlarını düzəldir. Indi qazmtı 2000 kvadrat metrdən artıq sahəni əhatə edir. Hər yanda qurtarmaq bilməyən hündür torpaq topaları gözə çarpır. Torpaq qurtarmaq bilmir. Bəzən adama elə gəlir ki, bu torpaq topalarının öhdəsindən heç vaxt gələ bil-məyəcəyik, onların altında gizlənən sirləri heç vaxt aça bilməyəcəyik. Halbuki, qurtarmaq bilməyən bu torpaq laylarını minilliklər arxasında uyuyan müdrik babalarımız əllə ovuc-ovuc tökmüşlər, mavindüzdə ehramı xatırladan yüksək təpə ucaltmışlar. Neçə-neçə nəsil öz gücünü, zəhmətini bu möhtəşəm təpəni qurmağa sərf etmişdir. Bəlkə onlar heç təsəvvür etməzdilər ki, minilliklər ötəndən soma bu təpə uzaq keçmişin sirlərini öyrənmək naminə dağıdılacaq, onun torpağı düzə yayılacaqdır. Bəlkə keçmişin sirləri elə keçmişin özündə qalmalıdır.
Iş qurtarmaq bilmir. Evə hər gün alaqaranlıqda qayıdırıq. Günlər yaman gödəl-mişdir...
Seçdiyim yolda mənim Keçdiyim yolda mənim Başıma daş atılıb, giil atıhb, Odatıhb, külatıhb. Eşqimə sadiq qalaraq Söz qoşaraq, saz çalaraq Mən yenə addımlamışam....
Dostları ilə paylaş: |