Dün kaşı kuzəmi daşlara çaldım Sərxoşdum, bilmədim əlimdən saldım Kuzə diləgəlib dediki: «Mən də Sənin kimi idim, bu günə qaldım!»
Məhsəti Gəncəvi Mildə yağışlar yağır, narın gözə görünməyən aramsız yağışlar. Neçə gündür ki, göy də, yer də boz rənglidir. Hər yan sudur, üstəlik palçıq. Bir həftədir ki, evdən bayıra çıxa bilmirik. Aydındır ki, arxeoloji axtarış və qazıntı haqqmda da söz ola bilməz. Biz - üçtəpəlilərin əlində hələlik müəyyən bir tapıntı olmadığından bütün günü boş gəzirik. Əlbəttə, əgər belə demək mümkündürsə, çünki gəzmək üçün yerimiz də yoxdur. Buna görə də bütün günü pəncərəyə söykənib çölə baxırıq. Ozümüzlə gətirdiyimiz kitabların hamısını oxuyub qurtarmışıq. Söhbətlər üçün isə sanki söz qalmamışdır. Otaqların hamısı sükut içərisindədir. Doğrusu, bu sükut arabir pozulur. Leninqradlı həmkarımız Alfred Kolkuşin ingilis dilini öyrənmək qəranna gəldiyindən indi danışıq qaydalarına yiyələnir, özü özülə söhbət edir, özü özünə qəribə suallarla müraciət edir.
Axşam radio ilə yeni mahnı öyrədirlər. Belə iş indi dəbdədir. «Nəcib və is-mətli» adlandırdığımız qızlanmızı fədakar əməyə, əmək qəhrəmanlığına ruhlandırmaq məqsədilə indi mahnıya keçiblər... Diktor aramla mətni deyir, sonra tanınmış müğənni (çox güman ki, yalnız təəssüf hissilə) mahnını oxuyur:
.. .Sevgilimdir erkən çıxan yol üstə, yol üstə Əli gəzir yarpaq üstə, kol üstə, kol üstə Belə qızdan pambığı da bol istə, bol istə A... bol istə a bol istə
Radionu bağlayıb otaqdan çıxıram. Sübh tezdən tarla adlanan çölə çıxan, qaranlıq düşənədək çatçat olmuş, qansızan barmaqları ilə pambıq yığan sevgili
Azərbaycan Arxeologiyası 2004
qızdan nə qədər istəmək olar!? Orənqalalılara baş çəkirəm. Onların vəziyyəti bizə nisbətən yaxşıdır. Tapıntılar çoxdur və buna görə də işlə məşğuldurlar. Qazıntı zamanı əldə edilən tapıntdar bir qayda olaraq elə buradaca yuyulmalı, qurudulmalı, nömrələnməli və qeydiyyata salınmahdır. Sonra isə kağıza bükülməli və yeşiklərə yığılmahdır. Əslində bütün bu işlərin əsas icraçıları həmkarlarımız Vera Fomenko və Firuzə Muradovadır.
Vera təcrübəli və bilikli həmkarlanmızdandır. Uzun müddət Mingəçevir qazıntdarında iştirak etmiş və bacarıqlı arxeoloq kimi tanınmışdır. Öz işinə ürəkdən bağhdır və öhdəsinə düşən işi böyük məsuliyyətlə yerinə yetirir. Hal-hazırda Azərbaycanda orta əsr şüşə sənətkarlığı tarixi üzrə tədqiqat işi yazır. Vera gülər üzlü və xoş sifətlidir. Mütaliəni çox sevir. Ozü ilə buraya bir topa kitab gətirmişdir.
Vera çətin və ağır həyat yolu keçmişdir. Indi də onun həyatı şirin deyildir. Lakin yenə də həyatı sevir. Payızın xəfif mehinə və qızılı rənglərinə, Milin mavi göylərinə, torpağın sirlərinə heyrandır.
- Bilirsənmi, həyat nə qədər ağır və iztirablı olsa da, yenə də yaşamaq yaxşıdır, yaşamaq gözəldir, - onun çox sonralar, sağalmaz xəstəliyə düçar olarkən dediyi bu sözləri yaddaşıma həmişəlik həkk olunmuşdur....
Fürazə ilk arxeoloq qızlarımızdandır və artıq iki ildir ki, bu çətin elmin ağır yükünü öz çiyinlərində gəzdirir. Füruzə də bizim universitetin tarix fakültəsini bitirmişdir və о da özünü və həyatını arxeologiyaya, ulu babalanmızın ulu tarixini öyrənməyə həsr etmək qərarına gəlmişdir. Füruzə indi böyük qətiyyət, səbr və inamla bu elmin sirlərini mənimsəyir, çətin anlarda belə öz qərarından dönmür. Arxeologiya isə yalnız və yalnız belələrini sevir, belələrini sevindirir. Bəlkə də elə buna görə Füruzənin ilk addımları müvəffəqiyyətlidir, ümidvericidir. Örənqaladan tapılan raaddi mədəniyyət nümunələrinin əksəriyyəti saxsı məmulatından ibarətdir. Müxtəlif rəngli, müxtəlif naxışlı və müxtəlif çalarlı şirli camlar, dolçalar, kasalar, kuzələr, nəməkdanlar, çıraqlar və sairə onlarca, yüzlərcə gil əşyalar. Onların böyük qismi Məhsətinin, Nizaminin yaşadığı dövrdə hazırlanmışdır. Mən belə qabları çox sevirəm. Mənə elə gəlir ki, bunlar saxsıya dönmüş dağ çiçəkləridir, bu çiçəklərin sözsüz mahmlandır. Kim bilir, kövrək qəlbli Məhsəti bəlkə də elə bu kaşı kuzəni əlində tutmuşdu? Həyatda nələr olmur!!! Ola bilməzmidahi Nizami məhz bu gözəl camdan su içmiş, onu hazırlayan ustaya əhsən demişdir.
Həmin dövrdə Beyləqan şəhərində dulusçuluq sənəti sahəsində doğrudan da Ъасап'фч чфкшя və onların hər birinin özünəməxsus dəsti-xətti olmuşdu.
Zaman məvhumu altında gizlənən uzun əsrlər, qərinələr xoş>əxtti^urətı -km&L-ların adlarını itirə bilməmişdir. Usta Fəzlun, usta Ibrahim və başqaları Beyləqamn tanınmış dulus ustaları olmuşlar. Onların yazüarına və möhürlərinə neçə-neçə gil qabda təsadüf olunmuşdur. Neçə-neçə kasada, kuzədə, dolçada onlann barmaqlarının izi qalmışdır.
Bu ustaların kaşı qablar istehsalı sahəsindəki nailiyyətləri daha böyük olmuşdu. Məhz onların dövründə Beyləqanda şirli qablar istehsalı özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdı.
Arxeoloji qazıntılarda öyrənilmişdir ki, qədim Beyləqan şəhərində ilk kaşı qablar hələ VIII-IX əsrlərdə meydana çıxmışdı. Ilk vaxtlar bunlar bəsit şəkildə
işlənmiş və əslində Beyləqan ustaları bu dövrdə şirə əvəzinə anqob adlanan xüsusi gil məhluldan istifadə etmişdilər. Əlbəttə, о dövrdə bu məhlul anqob adlanmamışdı. Anqob sözü belə məhlula verilən elmi addır.
Anqob əsasən ağ rəngdə olmuşdur. Lakin Beyləqan sənətkarlan qırmızı anqob da hazırlamağı bacarmışdılar. Anqob çəkildikdən sonra gil qabın keyfıyyəti xeyli artırdı; onun səthi daha hamar olur və su keçirmək xassəsi çoxalırdı.
Vaxt keçdikcə Beyləqan dulusçulan əsl şirə istehsal etməyi öyrənmişdilər. Ilk şirə qurğuşundan alınmış və şüşə kimi şəffaf və panltılı olmuşdu.
Şirə maye halında olurdu və yalnız yüksək hərarətə məraz qaldıqdan sonra şüşə kimi bərkiyirdi. Şirə gil qabın səthinə bir qayda olaraq qab müəyyən qədər bişirildikdən sonra çəkilirdi. Bıından sonra həmin qab oda qoyulur və nəticədə onun səthi nazik şəffaf təbəqə ilə örtülürdü. Beyləqan ustaları bir çox hallarda gil qabı ağ və qırmızı anqobla naxışlayır və yalnız bundan sonra onun səthini şirə təbəqəsi ilə örtürdülər. Beyləqanda belə qablar əsasən IX-X əsrlərdə meydana çıxmışdı. Elə buna görə də onun həmin əsrlərə aid təbəqəsində belə qab nümunələrinə tez-tez təsadüf olunur.
Qədim Beyləqanda gil qabların naxışlanmasında marqans oksidindən də geniş istifadə olunmuşdur. Vera və Füruzə bayaqdan bəri ondan artıq belə qab nümunələ-rini nömrələmiş, kitaba salmışlar. Bunlar geniş ağızlı dairəvi buludlardır. Onların ağ anqoblu səthi marqansla bəzədildikdən sonra şəffaf qurğuşun şirəsi ilə örtülmüşdür. Rəsm və bəzəklər müxtəlifdir və hamısı da şabalıdı rənglərlə bərq vurur.
Sonrakı əsrlərdə Beyləqanın şirli qablarında rəng çalarları daha da artmış və xeyli zənginləşmişdir. Artıq XII əsrdə Beyləqan dulusçuları marqans, dəmir, mis oksidlərindən geniş istifadə edərək qəhvəyi və qırmızı, sarı və yaşıl rənglərin göz oxşayan saysız-hesabsız çalarlarını ala bilmişdilər. Lakin bu ustaların bacarığı təkcə bununla məhdudlaşmamışdı. Onlar gil qablann naxışlanmasında bu rənglərdən yerli-yerində istifadə edərək özləri bilmədən əsil incəsənət nümunələri yaratmışdılar. Məişət üçün nəzərdə tutulan adi bir qab istər-istəməz gözəl incəsənət əsərinə çevri-lərək insanların zövqünə oxşamış, onlara sevinc və fərəh gətirmişdi. Belə qablar şübhəsiz, orta əsr bazarlarının bəzəyi olmuş, əldən-ələ gəzmiş, gözəl və qiymətli bir töhfə kimi qorunub saxlanılmışdı. Qazıntılar zamanı Beyləqan xarabalıqlarından hələ о vaxtlar təmir olunmuş çoxlu şirli qabların tapüması buna əyani misaldır.
Beyləqanın şirli qablarındakı naxışlara da laqeyd baxmaq olmur. Onlar müxtəlif rəngli, müxtəlif mövzulu, müxtəlif üsulludur. Nəbati və həndəsi naxışlar üstünlük təşkil edir. Mövzulu rəsmlər isə nisbətən azdır.
Bəzi hallarda sənətkar bir qabı bəzəmək üçün müxtəlif üsullardan istifadə etmiş, bişmiş gilin öz gözəl keyfıyyətini, təbii rəngini göstərməyi də unutmamışdır. Belə hallarda kəsmə naxışlara üstünlük verilmişdir.
Bəli, Beyləqanın şirli qabları çox gözəldir, nəfısdir. Bəlkə də elə buna görə bu qabları bədii qablar, bədii keramika da adlandırırlar. Bəs bu tapmtıların elmi əhəmiyyəti nədədir? Niyə həmkarlarım hər bir saxsı parçasına böyük diqqət yetirir, onıı böyük bir dəqiqliklə təsvir edib çöl-tədqiqat kitabına salırlar?
Hər şeydən əvvəl Beyləqamn bədii gil məmulatı bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Beyləqan dulusçularınm istehsal etdikləri ayrı-ayrı qab
nümunələrini başqa yerlərin gil məmulatı ilə heç cür qarışdırmaq olmaz. Götürək elə XII əsrin kasalarını və buludlarını. Bu qablar necə də böyük ustahq və məharətlə hazırlanmışdır. Yaşıl kaşı zolaqla haşiyələnmiş qabanq nəbati naxışlar bu qablara nə qədər də nəfislik, incəlik verir. Bəs marqans rəngli gil qabın üzərində cızılmış qeyri-adi incə bəzəklər və ya ayrı-ayrı qablar üzərində çox rəngli naxışlar? Başqa qədim şəhərlərdə və ya yerlərdə belə qablara rast gəlinmişdirmi? Əsla yox! Görünür ki, bütün bunlar bilavasitə Beyləqan ustalarmın yaradıcı məhsulu olmuşdur. Sözsüz, belə yüksək bədii keyfıyyətli qablar Beyləqan dulusçularının tətbiqi incəsənət sahəsində əldə etdikləri böyük nailiyyətlərin təzahüründən başqa bir şey deyildir. Bütün bunlarla yanaşı Beyləqanın dulus istehsah da qapalı xüsusiyyət daşımamışdı. Belə ki, bu şəhərin bədii dulusçuluq sənəti səciyyəvi xüsusiyyət daşımaqla yanaşı eyni zamanda bir tərəfdən Cənubi Qafqazın ayn-ayrı yerlərinin - Ermənistan və Gürcüstanın, digər tərəfdən isə Iran və Beynəlnəhrin dulusçuluq istehsalı ilə six təmasda inkişaf etmişdi. Lakin Beyləqanm yerli ustaları heç vaxt öz sənət qardaşlarını kor-koranə təkrar etməmişdilər. Bəlkə də elə buna görə onların yaratdıqları hər bir cam, hər bir dolça, hər bir bulud, hər bir kuzə xalq incəsənətinin əsil incisinə çevrilmiş, hər bir evdə bayram əhval-ruhiyyəsi yaratmışdı. Bəlkə də elə buna görə Milin ürəksıxıcı bu çiskinli-yağışlı günlərində onların ən kiçik qırığı belə otaqlarımıza bahar fəslinin təravətini, yay günlərinin gur işığını, payızın qızılı rənglərini gətirir, gözlərimizi oxşayır, qəlbimizi fərəh hissi ilə doldurur.