Azərbaycan diLİ FƏNNİNDƏN



Yüklə 203,13 Kb.
səhifə28/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

3. YER ZƏRFLƏRİ


Hərəkətin icra olunduğu yeri bildirir: irəli, geri, yuxarı, aşağı, sağa, sola, içəri, bəri.

Sualları: hara? (haraya?), harada?, haradan?


4. MİQDAR ZƏRFLƏRİ


Hərəkətin miqdarım və ya dərəcəsini bildirir: az, çox, xeyli.

Sualları: nə qədər?, nə dərəcədə?


ZƏRFİN DİGƏR NİTQ HİSSƏLƏRİ İLƏ OMONİMLİYİ


  • İsimvə zərf: səhər, axşam, gecə, gündüz.

  • Sifətvə zərf: yaxşı, pis, gözəl, qəşəng

  • Say və zərf: az, çox, xeyli

  • Qoşma və zərf: əvvəl, sonra

QEYD: 1) Zərf əmələ gətirən -la2şəkilçisini ilə (-la,-lə) qoşmasının ixtisarı ilə qarışdırmayın:

Qələmlə (isim) yazıram. Sürətlə (zərf) gedirəm.

2) Yerlik və çıxışlıq hal şəkilçiləri ilə zərf düzəldən -da2, -dan2şəkilçilərini qarışdırmayın:

Kölgədə sən, gündə (isim) mən.

Səni görürəm gündə (zərf) mən.

Mövzu 7. Köməkçi nitq hissələri


Köməkçi nitq hissələrinin əsas xüsusiyyətləri:

  • leksik mənaya malik olmur.

  • ayrılıqda cümlə üzvü kimi işlənə bilmir və müstəqil suala cavab vermir.

Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida.

1. QOŞMA


İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur.


Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin