Hərəkətin tərzini, zamanını, yerini, miqdarım və s. bildirir və felə aid olur.
Sualları: necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt?, hara?, nə qədər?, nə üçün?, niyə? və s.
QURULUŞCA NÖVLƏRİ
Zərflər quruluşca üç cür olur: sadə, düzəltmə, mürəkkəb.
Sadə zərflər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: dərhal
2. DÜZƏLTMƏ ZƏRFLƏR
Düzəltmə zərflər tərkibində leksik şəkilçi olan zərflərdir.
Zərf düzəldən şəkilçilər:
-ca2: türk-cə, ehmal-ca, sakit-cə, yaş-ca və s.
-casına2: açıq-casına, hiyləgər-cəsinə və s.
-yana, -yanə, -anə: dost-yana, saymaz-yana, zarafatyana, şair-anə, dahi-yanə, Sabir-anə və s.
-dan2: bir-dən, bərk-dən, asta-dan və s.
-ən: qəsd-ən, qəflət-ən, daxil-ən və s.
-la2: güc-lə, zor-la, cəsarət-lə və s.
-akı2: yan-akı, çəp-əki və s.
-aşı2: yan-aşı və s.
Dostları ilə paylaş: |