MƏNACA NÖVLƏRİ
Birgəlik (ilə), bənzətmə (kimi, tək, qədər), istiqamət (sarı, doğru, qarşı, tərəf), məsafə (qədər, kim, -dək, -can2), zaman (əvvəl, sonra, qabaq, bəri), fərqləndirmə (qeyri, savayı, başqa, ayrı, özgə), səbəb-məqsəd (üçün, görə, ötrü), aidlik (aid, dair, haqqında, barəsində), istinad (əsasən).
«Kimi» qoşması ilə bağlı Mövlana Cəlaləddin Rumidən götürülmüş bir neçə nümunə:
Qoşmalar ismin halları ilə işlədilməsinə görə müəyyən qruplara bölünür.
Adlıq hala qoşulanlar: üçün, kimi, tək, qədər, ilə.
Yiyəlik hala qoşulanlar: qədər, kimi, tək, üçün, ilə(la2).
Yönlük hala qoşulanlar: -dək, -can, -cən, tərəf, doğru,qarşı, sarı, görə, əsasən, qədər, dair, aid, kimi.
Çıxışlıq hala qoşulanlar: sonra, əvvəl, qabaq, bəri,başqa, qeyri, savayı, ayrı, özgə, ötrü, əlavə.
QEYD: Bəzən eyni qoşma müxtəlif hallarda olan sözlərə qoşula bilir.
Dostları ilə paylaş: |