Azərbaycan diLİ FƏNNİNDƏN



Yüklə 203,13 Kb.
səhifə32/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

3. ƏDAT


Sözlərin və cümlələrin təsir gücünü artırır, mənasını qüvvətləndirir. Ədatları çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz.

MƏNACA NÖVLƏRİ


  • Qüvvətləndirici ədatlar: axı, ən, lap, hətta, daha, artıq, da, də, necə, ha, ki, -ca2.

  • Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl.

  • Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, təkcə, tək, bircə, bir.

  • Sual ədatları: məgər, yəni, bəs, -mı4.

  • Əmr ədatları: di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana, -sənə.

  • Arzu ədatları: kaş, kaş ki, təki, barı.

  • Təsdiq və inkar ədatları: bəli, hə, xeyr, yox.

QEYD: Azərbaycan dilində daha çox işlənən ədatlar: ki, ha, axı, kaş, bəs, lap, qoy, məgər.

ƏDATLARIN OMONİMLİYİ


Say və ədat: bir, bircə

Əvəzlik və ədat: elə, belə, necə

Fel və ədat: qoy, bax, gör

Zərf və ədat: təkcə

Bağlayıcı və ədat: ki, ancaq, da, də, hətta

DURĞU İŞARƏSİ-mı4 və -sana2 bitişik yazılır, qalan bütün ədatlar sözlərdən ayrı yazılır.

4.MODAL SÖZLƏR


Danışanın ifadə etdiyi fikrə münasibətini bildirir.

MƏNACA NÖVLƏRİ


1) Təsdiq bildirənlər:

əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, doğrudur, düzü, düzdür.

Əlbəttə, hər şey yaxşı olacaq. Doğrusu, yadımdan çıxdı.

2) Ehtimal və şübhə bildirənlər:

gərək (gərək ki), yəqin (yəqin ki), görəsən, görən, görünür (görünür ki), ehtimal ki, bəlkə (bəlkə də), güman ki, olsun ki.

Güman ki, o, sabah gələcək. Bəlkə də, qaytardılar.

3) Nəticə bildirənlər:

demək (demək ki), deməli, xülasə, ümumiyyətlə, bir sözlə, nəhayət.

Deməli, yola düşmək lazımdır. Nəhayət, imtahanlar başa çatdı.

4) Bənzətmə və ya müqayisə bildirənlər: sanki, elə bil (ki).

Sanki məni görmürdü.



5) Fikrin mənbəyini bildirənlər: məncə, səncə, bizcə, zənnimcə.

Məncə, tezliklə qayıdacaq.



DURĞU İŞARƏSİ:

Cümlənin əvvəlində olan modal sözdən sonra, ortasında olan modal sözün hər iki tərəfində, axırında olan modal sözdən əvvəl vergül qoyulur:



Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin