I nümunədə söz öz informativ funksiyasını saxlayır.
II nümunə bədii üslubdadır, burada söz məcazi mənada işlənir, öz informativ funksiyasından müəyyən qədər uzaqlaşmış olur.
III nümunə elmi üslubdadır. Burada da söz öz informativ funksiyasından uzaqlaşır, terminoloji funksiya daşıyır. Göründüyü kimi hər hansı bir söz müxtəlif funksiyalar daşıya bilər. Bədii üslubda sözün əsas işi və ya vəzifəsi poetik funksiya daşımasıdır. Poetik funksiya daşıyan söz və ya ifadə isə poetizm adlanır. Poetizmlər məcazi mənada işlənən söz və ifadələrdir – məcazlardır. Sözün bədii imkanları sözün sehri,sözün gücü, sözün estetikası ifadələri ilə də verilir. Sözün poetik funksiyası onun adi informativ funksiyasından daha genişdir, daha tutumludur.
Sözün poetik funksiyası ən çox məcazlarda meydana çıxır. Məcazlar qeyri – müstəqim mənada işlənən söz və ifadələrdir. Onların əsas növləri aşağıdakılardır. Təşbeh – bir əşyanın özündən daha qüvvəətli başqa bir əşyaya bənzədilməsinə deyilir. Məs: Lalə tək qızarmaq üz qaydasıdır.
Epitet – yunan sözü olub əlavə deməkdir. əlavə olunan söz məcazi mənalı söz olub əşyanın əvvəlinə artırılır və onu təyin edir. Buna görə də epitetlərə bədii təyinlər də deyilir. Məsələn: daş ürək, lalə yanaq, gül əllər.
Metafora- köçürmə deməkdir. Bir əşyanın əlamətinin həmin əşyanın adı çəkilmədən başqa bir əşya üzərinə köçürülməsinə metafora deyilir. Metaforada qarşılaşdırılan tərəflərdən yalnız biri işlənir. Məs: göylər ağlayır, günəş gülümsəyir və s.
Mübaliğə - şişirtmə deməkdir. Hər hansı əşya və ya hadisənin əlamətinin olduğundan daha artıq göstərilməsinə mübaliğə deyilir. Məs: Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.
Əksinə, əşya və hadisənin əlamətinin daha kiçildilmiş formada göstərilməsi, əhəmiyyətsizləşdirilməsi litota adlanır. Litota mübaliğənin əksidir. Məs:
Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa minsəm, aparar məni.
Kinayə - söz və ifadənin müsbət mənada deyilib, əslində mənfi mənada işlədilməsidir. Kinayədə sözün həqiqi mənası fikrin ifadə tərzinə qarşı qoyulur. Məs: ağılsız adama “ağıl dəryasıdır” demək kinayədir.
Dostları ilə paylaş: |