Azərbaycan dili haqqında ümumi məlumat


Sözün sətirdən-sətrə keçirilməsi



Yüklə 159,07 Kb.
səhifə55/72
tarix31.12.2021
ölçüsü159,07 Kb.
#112648
1   ...   51   52   53   54   55   56   57   58   ...   72
nitq

Sözün sətirdən-sətrə keçirilməsi Sözlər sətirdən-sətrə hecalara bölünməklə keçirilir. Ancaq sözün hər bir hecasını sətirdən sətrə keçirmək olmaz. Sözün əvvəlində və sonunda qalmış tək saiti sətrin sonunda saxlamaq və ya sətrin əvvəlinə keçirmək olmaz. Məs.: A-na, i-lan, tə-bi-i.

Əgər sözün əvvəlində iki sait yanaşı gələrsə, onu sətirdən-sətrə bu cür keçirmək lazımdır: ai-lə-li, ae-ro-port

Birhecalı sözlər sətirdən-sətrə keçirilmir: kənd, tort, akt və s.

Sözdə sait və samit səslər bir-birinin ardınca sadalanarsa, hər bir heca samit səslə başlayar: mü-na-si-bət, ka-sa-la-rı və s.

Rəqəmlə verilən ixtisarlar, əlamətlər və sıra bildirən şəkilçi rəqəmdən ayrı sətirdən-sətrə keçirilmir: 150 sm, 2008-ci il, 78 %, 3 sot və s.

Mürəkkəb adların ixtisarları da sətirdən-sətrə keçirilmir: ABU, BMT.

Mürəkkəb sözlərin tərkib hissələri ayrı-ayrılıqda hecalara bölünür.Tərkib sözlərin səsləri birləşib bir heca yarada bilmir. Keçirmək olmaz: ya-rı-ma-da , mün-as-ib-ət, xeyir-xah-lıq. Keçirmək olar: ya-rım-a-da , mü-na-si-bət, xe-yir-xah-lıq.

Sözün daxilində qoşa samit varsa, hecalara bölünərkən samitlərin hərəsi bir hecada qalır: ad-dım, sək-kiz və s.




Yüklə 159,07 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin