Saitlərlə samitlərin ahəngi Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, yaxud samitlərlə samitlərin deyil, saitlərlə samitlərin də həmahəngləşməsi qanunu vardır.
Azərbaycan dilində əksərən dilarxası saitlərlə dilarxası samitlər həmahəngləşir. Eyni zamanda dilönü saitlərlə də dilin ortasında yaranan samitlər uyğunlaşır. Belə bir qanuna saitlərlə samitlərin ahəngi deyilir.
Cingiltiləşmə qanunu Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri də cingiltiləşmədir. Başqa fonetik hadisələrdən fərqli olaraq, ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür.
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir; məsələn:
K -> y –inək – inəy + i, kəpənək – kəpənəy + i, qəpik – qəpiy + i və s.
T -> d – get –ged +im – ged + ək, yarat – yarad + ım – yarad + aq və s.
Cingiltiləşmə hadisəsində kar səs, düşdüyü şəraitlə əlaqədar cingiltiləşir. Bu və ya başqa samit eyni şəraitdə bəzən cingiltiləşir, bəzən isə cingiltiləşmir; məsələn:
Et – ed + im – ed + ək, Ət – ət + im – ət + in və s.
Göründüyü kimi, burada t səsi d səsinə çevrilmişdir .
HECA
Tələffuz zamanı sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilir. Sözlər bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona görə də sözdə neçə sait hərf varsa, bir o qədər heca olur. Məs.: ot, a-ta, mək-təb-li, mə-ət-təl və s. Hər hansı hecada iki sait işlənə bilmədiyi kimi, bir hecada iki samit də yanaşı işlənə bilməz. Lakin bu qayda bir sıra alınma sözlərdə pozulur. Məs.: dram, trak-tor, me-lo-dram, te-le-qraf, ki-lo-qram və s.
Söz ortasmda işlənən qoşa samitlərdən biri əvvələ, ikinci samit isə sonrakı hecaya düşür. Məs.: əv-vəl və s.
Samit səs özündən sonra gələn sait səsin yaratdığı hecaya tabe olur. Məs.:ki-tab, kita-bın, ki-ta-bı-nı və s.
Üç samitin yanaşı işləndiyi sözlərdə daha çox ilk iki samit əvvəlki saitə, üçüncü samit isə sonrakı saitə tabe olur. Məs.: gənc-lik, xalq-lar və s.
Dostları ilə paylaş: |