Ahəng qanunu
Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məsələn, quş və gün sözlərini götürək. Quş sözündəki u dilarxası, gün sözündəki ü isə dilönü saitdir. Buna görə də həmin sözlərə qoşulan şəkilçilərdəki saitlər də uyğun olur; məsələn: quş +lar, quş + dan, quş +u, quş + a, gün + dən, gün + lər, gün + ü və s.
Ahəng qanunu dilimizdə geniş şəkildə yayılmışdır. Burada həm saitlərin, həm samitlərin, həm də uyğun saitlərlə samitlərin bir-birini izləməsi müşahidə olunur. Bütün bunlara əsasən Azərbaycan dilində ahəng qanununun üç növü olduğu müəyyənləşdirilmişdir:
1.Saitlərin ahəngi.
2.Samitlərin ahəngi.
3.Saitlərdə samitlərin ahəngi.
Dostları ilə paylaş: |