Samitlərin ahəngi Azərbaycan dilində saitlərin öz tiplərinə görə bir-birini izlə- mələri olduğu kimi, samitlərin də bir-birini izləməsi qanunları vardır.
Sözdə kar samitlərin kar, cingiltili samitlərin isə cingiltili samitləri izləməsinə samitlərin ahəngi deyilir.
Samitlərin ahəngi iki şəkildə olur:
1) kar samitlərin ahəngi,
2) cingiltili samitlərin ahəngi.
Kar samitlərin ahənginə görə sonu kar samitli sözlərə kar samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: seç + ki, səp + ki, kəs + kin və s.
Cingiltili samitlərin ahənginə görə sonu cingiltili samitlə bitən sözlərə cingiltili samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: sər + gi, ver + gi, vur + ğu, dol + ğun, əz + gin və s.
Samitlərin ahəngi dilimizdə az yayılmışdır və bu qanun getdikcə məhdudlaşır. Buna görə də dilimizdəki bütün şəkilçilər bu qanuna uyğun gəlmir.
Dostları ilə paylaş: |