Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə47/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   43   44   45   46   47   48   49   50   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

ç)dini təbliğat;
d)dil kontaktı (əlaqəsi);
e)dil siyasəti.
Ədəbi dilin funksional üslublarının yaranması və fəaliyyət dairəsi eyni olmur. Bunların biri gec, digəri tez və ya paralel yaranır. Məsələn: Azərbaycan dilində bədii üslubun tarixi qə­dim, lakin elmi üslubunku isə nisbətən son dövrlərlə bağlıdır.
Ədəbi dilin funksional üslubu anlayışını ifadə etmək üçün “üslub” anlayışı ilə yanaşı, həmin mənanı verən “dil və nitq” termini də işlədilmişdir. Məsələn: “bədii dil”, “bədii nitq”, “bədii üslub”, “elmi nitq”, “elmi dil”, “elmi üslub” və s.
Ədəbi dil üslublar sistemindən ibarətdir. Cəmiyyətin inkişafı ilə bağlı olaraq, ədəbi dilin fəaliyyət sahələri genişlənir və belə genişlənmə nəticəsində funksional ixtisaslaşma meydana çıxır. Yəni bir qrup leksik, morfoloji və sintaktik vahidlər sanki bir sahəyə “təhkim” olunur.
Üslublar ədəbi dilin özü kimi tarixi kateqoriyalardır. Çünki o, cəmiyyətin inkişaf mərhələsinin konkret bir dövründə yaranır. Hər bir funksional üslub bir neçə nitq üslubunu əhatə edir. Məsələn: rəsmi-əməli üslub-ərizə, protokol, arayış, tərcümeyi-hal, vəkalətnamə, qərar, qətnamə, hökm və s. nitq üslubunu özün­də birləşdirir. Hər nitq üslubunun standart yazılış tərzi vardır.
Bədii üslub-bu üslub ədəbi dilimizin ilk mükəmməl qolla­rın­dan biridir. Buna görə də tarixən qədimdir və başqa üslub­lara nisbətən aparıcı, istiqamətverici olmuşdur. Funksional imkanlarının genişliyinə görə uzun zaman ədəbi dili təmsil etmiş, bu cəhətdən də ədəbi-bədii dil də adlanmışdır.
Bədii üslub bir sıra səciyyəvi cəhətləri ilə fərqlənir:

  1. Bədii üslub-yaranması baxımından qədimdir.

  2. Funksional imkanlarının genişliyinə görə aparıcı xarak­terə malikdir.

  3. Bütün fonetik, leksik və qrammatik vahidlər geniş mənada obrazlılıq yaratmağa xidmət edir.

  4. Buradakı hər söz, ifadə, cümlə bədiilik və emosionallıq yaradan vasitədir.

  5. Obrazlılığın üç təzahür forması (göstəricisi) vardır: şeir, nəsr, dram.


Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin