1. mübtəda 2. tamamlıq 3. feli bağlama 4. ara söz 5. xitab
A) 1, 5
B) 1, 2
C) 3, 4
D) 2, 3
E) 4, 5
140.Hansı isimlər qeyri-müəyyən təsirlik halda işlənə bilməz?
A) xüsusi isimlər
B) ümumi isimlər
C) tək isimlər
D) mücərrəd isimlər
E) cəm isimlər
141.Sözlərdən biri xəbərlik şəkilçisi qəbul etmişdir:
A) mühəndisəm
B) anam
C) vəzifəm
D) gözlərim
E) könlüm
142. Hansı birləşmənin birinci tərəfini isimlə əvəz etmək olar?
A) onun namusu
B) mənim vətənim
C) sənin torpağın
D) bizim məsləkimiz
E) sizin məqsədiniz
143.Verilmiş nümunədə neçə düzəltmə isim var?
Saçlarıma yaxşı baxın, ağarmış,
Sevgiyə bax, ondan ölüm doğarmış
Güvəndiyim dağlara qar yağarmış,
Zirvələrin qışına bax, qışına.
A) 2
B) 1
C) 3
D) 4
E) 5
144.Hansı cümlədə həm yiyiəlik, həm də təsirlik halda olan söz işlənmişdir?
A) O, iclas vaxtı qəzet oxuyurdu.
B) Dünən bazar günü idi?
C) Vətəni, torpağı, xalqı sevin.
D) Qonaqlar evi asan tapdılar.
E) Qardaşı çörək dükanına getdi.
145.Feldən düzələn isimlər cərgəsini göstərin:
A) sürgün,yataq
B) süründürməçilik, soraq
C) tanışlıq, yazıçı
D) vergi, bitkiçilik
E) meşəlik, qırğın
146.İsmin hansı halları şəkilçisiz də işlənə bilir?
A) yiyəlik və təsirlik
B) yiyəlik və yönlük
C) təsirlik və yerlik
D) yiyəlik və çıxışlıq
E) adlıq və çıxışlıq
147.Təsirlik hallı söz, əsasən, hansı cümlə üzvü vəzifəsində işlənir?
A) tamamlıq
B) xəbər
C) mübtəda
D) təyin
E) zərflik
148.Aşağıdakı xüsusiyyətlərdən biri ismə aid deyil:
A) zamana görə dəyişmək
B) tək və cəm olmaq
C) mənsubiyyətə görə dəyişmək
D) hallanmaq
E) cümlədə, əsasən, mübtəda, tamamlıq olmaq
149.- kar, -dar, -vi şəkilçiləri neçə cür yazılır?
A) bir cür;
B) iki cür;
C) dörd cür;
D) iki və dörd cür;
E) bir və iki cür
150.Qapalı saitli şəkilçilər neçə cür yazılır?
A) dörd cür;
B) iki cür;
C) bir cür;
D) iki və dörd cür;
E) bir və iki cür
151.Bir vürğu və bir mənaya malik olub, tamamilə bir leksik vahidə çevrilmiş sözlər necə yazılır?
A) bitişik;
B) yarım bitişik;
C) ayrı;
D) defislə;
E) yarımbitişik və ayrı
152.Verilmiş mürəkkəb sözlərdən biri defislə yazılmalıdır
A) əmin amanlıq;
B)canbir;
C) birə on;
D) alnıaçıq;
E) gözə gəlmə
153.Sətirdən sətrə keçirmək üçün hecalara düzgün ayrılmamış sözlər hansıdır?
1.bə-di-i; 2. Dağıs-tan; 3. Dia-qram; 4. a-fi-şa; 5. sür-ət; 6. kitabla-rım
A) 1, 4;
B) 4, 5;
C) 1, 2, 6;
D) 2, 3, 5;
E) 2, 3.
154.Birinci orfoqrafiya konfransı neçənci ildə keçirilmişdir?
A) 1928;
B) 1927;
C) 1922;
D) 1933;
E) 1939
155.İkinci orfoqrafiya konfransı neçənci ildə keçirilmişdir?
A) 1931
B) 1939;
C) 1922;
D) 1930
E) 1928;
156.Nitq hissələri haqqında verilmiş fikirlərdən hansı səhvdir?
A) Bütün nitq hissələri suala cavab verir.
B) Sözlər daşıdıqları leksik-qrammatik mənaya görə nitq hissələrini əmələ gətirirlər.
C) Nitq hissələri dilçiliyin morfologiya şöbəsində öyrənilir.
D) Köməkçi nitq hissələri qrammatik mənaya malikdir.
E) Əsas nitq hissələri leksik və qrammatik mənaya malikdir.
157.Nitq hissələrini və onların dəyişməsi qaydalarını öyrənən dilçilik şöbəsi necə adlanır?
A) Morfologiya
B) Orfoqrafiya
C) Leksikologiya
D) Fonetika
E) Sintaksis
158.«Sözün başlanğıc forması» dedikdə nə nəzərdə tutulur?
A) sözün qrammatik şəkilçiyə qədərki hissəsi
B) sözün kökü
C) sözün sözdüzəldici şəkilçiyə qədərki hissəsi
D) sözün ilk hecası
E) sözün ilk şəkilçiyə qədərki hissəsi
159.Aşağıdakı nitq hissələrindən biri köməkçi nitq hissələri sırasına səhvən düşmüşdür:
A) zərf
B) bağlayıcı
C) ədat
D) qoşma
E) modal sözlər
160. Omonim kimi işlənə bilən dilçilik terminləri olan cərgəni göstərin.
A) zərf, sifət, say
B) roman, dastan, hekayə
C) bucaq, kəsir, güc
D) aşıq, divan, boy
E) tamamlıq, xitab, əvəzlik
161. Antonim sözlər hansılardır?
A) aşkar-xəlvət, irəli-geri, əliaçıq-xəsis
B) tez-cəld, az-çox, ağ-qara
C) yavaş-asta, böyük-kiçik, əyri-düz
D) səhər-axşam, dost-tanış, mülayim-coşqun
E) yaxşı-yaman, dadlı-dadsız, bağlı-bağçalı
162.Qeyri – müəyyən təsirlik hala aid edilən əlamətlərdən biri səhvdir:
A) Bu hal cümlənin xəbəri kimi işlənə bilər.
B) Onu təsirli feldən ayırıb cümlənin başqa yerinə apardıqda müəyyən təsirlik hal
formasına düşür.
C) Qeyri – müəyyən təsirlik halla təsirli fel arasına heç bir söz artırmaq mümkün
deyil.
D) Qeyri – müəyyən təsirlik hal bütün məqamlarda təsirli feldən əvvəl gəlir.
E) Vasitəsiz tamamlığın bir növü bu yolla düzəlir.
163. Hansı cümlədə “bu” əvəzliyindən sonra vergül olmamalıdır?
A) Bu, gün onyunla danışacağam.
B) Bu, deyəsən maraqlı insandır.
C) Bu, kollektivin iş planıdır.
D) Bu, testlər toplusudur.
E) Bu, maraqlı insandır.
164.Yiyəlik hal şəkilçisi hansıdır?
A) - ın 4
B) - da2
C) - a 2,
D) - dan2
E) - ı4
165. Bağlayıcılardan birinin yazılışı səhvdir?
A) nəyinki
B) hərgah
C) halbuki
D) belə ki
E) indi ki
166.Mürəkkəb adların ixtisarına şəkilçi artırılarkən harada səhvə yol verilmişdir?
A) BDU –nə
B) BMT – də
C) ATU – ya
D) FİFA- ya
E) ARDNŞ-nin
167.Aşağıda göstərilənlərdən hansı sifət üçün doğru deyil?
A) hallanır və mənsubiyyətə görə dəyişir
B) necə? nə cür? hansı? suallarına cavab verir
C) müqayisə dərəcələri vardır
D) əşyanın əlamətini bildirir
E) substantivləşir
168.Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənmişdir?
A) Dünən oxuduğumuz kitab olduqca maraqlı idi.
B) Qardaşım tünd çayı çox xoşlayır.
C) O lap gözəllik vurğunudur.
D) Mən onu ən az sənin qədər tanıyıram.
E) Şirin – şirin xəyallara dalmışam .
169.Cümlələrdən birində iki düzəltmə sifət işlənmişdir:
A) Zəhmətkeşlərin yorucu əməyi yüngülləşdirilməlidir
B) Naxçıvan torpağında bol məhsullu tarlalar var
C) Bu diyarAzərbaycanın ən gözəl guşələrindən biridir.
D) Şəhər yadellilərin hücumuna mətanətlə sinə gərmişdir.
E) Bədxah qonşularımız bu gün də bizə rahatlıq vermirlər.
170.Çoxaltma dərəçəsində olan sifətin isimləşdiyi cümləni göstərin.
A) Almaları seçərək qıpqırmızılarını özüm götürdüm.
B)Yenə də o çox gözəl oxudu.
C) Çox əzilmişləri üstdən yığdılar.
D) Ən maraqlı kitablar əldə idi..
E) Bapbalaca boyu var, Dam dolusu toyu var.
171.Azaltma dərəcəli sifət hansı cümlədə işlənmişdir?
A) Bu yarpağın rəngi sarı, o biri yarpaq isə yaşıltəhərdir
B) Dəniz kənarında narın və xırda qumlar var idi.
C) Elə bir ah çəkdi axşam küləyi
Susdu igidimin şair ürəyi.
D) Qulluqçu Bahar içəri daxil olur.
E) Meydançada çox gərgin oyun gedirdi.
172.Azaltma dərəcəli hansı sifətlər sintaktik yolla yaranmışdır?
Dostları ilə paylaş: |