Mövzu 7. Qeyri-verbal (sözsüz) kommunikasiya Qeyri-verbal nitq kommunikasiyanın mühüm sahələrindən biri kimi. Bu ünsiyyət formasının tarixi kökləri. Fərdin emosional cavabları kimi qiymətləndirilən bu elementlər insanın ümumi motor bacarıqları kimi. Fizioqnomika qeyri-verbal elementləri araşdıran qədim elm kimi.
Qeyri-verbal işarələrin növləri:
1.Optik-kinetik işarələr sistemi: jest və mimikalar. Jest və mimikaların işgüzar
kommunikasiyada rolu. Bədən dili anlayışı.
2.Paralinqvistik və ekstralinqvistik işarələr sistemi: tələffüz xüsusiyyətləri, səs tembri, səsin alçalıb-yüksəlməsi, nitqin sürəti, nitqin təşkili və s.
3. Məkanla bağlı işarələr sistemi: məhrəm bölgə, şəxsi bölgə, sosial bölgə, ümumi bölgə.
Mövzu 8. İşgüzar kommunikasiyada danışma-dinləmə mədəniyyəti və etiket qaydaları İşgüzar kommunikasiyada danışma və dinləmə mədəniyyəti. Gözəl və inamlı danışıq effektiv kommunikasiyanın əsas şərtlərindən biri kimi. Peşəkar dinləmə üsulları. Aktiv və passiv dinləmə.
İşgüzar kommunikasiyada etik və psixoloji məqamlar. Davranış və müraciət etiketləri.
Mövzu 9. Akademik kommunikasiya anlayışı Akademik kommunikasiya anlayışı. Akademik kommunikasiya akademik səviyyədə ünsiyyəti, müxtəlif elmi ixtira və kəşflərin mübadiləsini, müəyyən elm sahəsinə aid biliklərin kütlələrə çatdırılmasını nəzərdə tutan kommunikasiya forması kimi. Beynəlxalq aləmdə elmi kommunikasiyanın 2 istiqaməti: Elmdə kommunikasiya (science communication) və elmi kommunikasiya (scientific communication). Bu istiqamətlər arasında əsas fərqlər. Akademik kommunikasiyanın mərhələləri.
Mövzu10. Elmi işlərin tərtib qaydaları “Elmi dil” anlayışı. Elmi dili formalaşdıran tipik elementlər. Elmi tədqiqat zamanı hədəf və mühakimələr. Elmi işin tərtib qaydaları. Elmi işin üsulları. Elmi işin araşdırma üsulları. Tələbələrdə tədqiqatçılıq bacarığının formalaşdırılması.
Mövzu 11. Şifahi akademik kommunikasiya Şifahi akademik kommunikasiyanın növləri. Mühazirə - tədris materialının elmi cəhətdən əsaslandırılmış şifahi şərhi kimi. Mühazirənin hazırlanma qaydaları və təqdim olunması.
Məruzə - şifahi monoloji nitqin mürəkkəb janrı olub, yazılı mətnə yaxın olan, müəyyən mövzuya (elmi, sosial-siyasi və b.) həsr olunmuş, dinləyicilər qarşısında verilən geniş məlumat kimi. Məruzə ilə mühazirənin fərqləri.