Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA” fənninin Sİllabusu


Mövzu 15. Azərbaycan ədəbi dilinin normaları



Yüklə 39,82 Kb.
səhifə8/12
tarix03.12.2023
ölçüsü39,82 Kb.
#138009
1   ...   4   5   6   7   8   9   10   11   12
C fakepathsillabus 2023 (1)

Mövzu 15. Azərbaycan ədəbi dilinin normaları
Ədəbi dil anlayışı. Azərbaycan ədəbi dilinin normaları: Fonetik norma. Azərbaycan dilində orfoepiya və orfoqrafiya qaydaları:
Türk mənşəli sözlərin düzgün tələffüz qaydaları. Şərq mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları. Qərb mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları. Azərbaycan dilində fonomorfoloji proseslər. Bir sıra şəkilçilərin tələffüz qaydaları. Azərbaycan dilində orfoepiya qaydalarının pozulmasına səbəb olan səciyyəvi amillər.
Sait və samitlərin yazılışı. Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı. Şəkilçilərin yazılışı. Mürəkkəb sözlərin yazılışı. Köməkçi sözlərin yazılışı. Birinci hərfi böyük yazılan sözlər. İxtisarlar (abreviaturlar).
Mövzu 16. Azərbaycan ədəbi dilinin normaları. Leksik norma
Azərbaycan ədəbi dilinin leksik norması. Sözün mənasından düzgün istifadə dilin “daxili” təbiətinin ifadəsi kimi. İnsanın söz ehtiyatının (burada kəmiyyətlə yanaşı, keyfiyyət də nəzərdə tutulur) aktiv müəyyənləşməsi prosesi. Azərbaycan dilində çoxmənalılıq və omonimlik. Sinonim və dubletlər. Onlardan düzgün istifadə etmənin kommunikasiyada rolu. Azərbaycan dilində dialekt sözlər, alınmalar, arxaizm, tarixizm və neologizmlər. Mədəni nitqdə onlardan istifadə imkanları. Frazeoloji birləşmələr.
Mövzu 17. Azərbaycan ədəbi dilinin normaları. Qrammatik norma
Azərbaycan ədəbi dilinin qrammatik norması. Cümlənin qrammatik normalara uyğun olaraq düzgün qurulması nitq mədəniyyətinin əsas prinsipi kimi. Ədəbi dilin qrammatik normalarını əhatə edən əsas qaydalar; Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlərin təkdə işlənməsi, mənsubiyyət kateqoriyasının bir neçə ifadə yolları, feilin inkarlıq kateqoriyası, ad və feillərə şəkilçilərin qoşulma ardıcıllığı, mübtəda ilə xəbərin sintaktik-qrammatik cəhətdən şəxsə və kəmiyyətə görə uzlaşması, normativ nitqdə cümlə üzvlərinin sırası və s.
Mövzu 18. Nitq üslubları
Üslublar ünsiyyətdə müəyyən məqsədə xidmət edən qarşılıqlı əlaqəli dil vasitələrinin mürəkkəb sistemi kimi. Üslubi elastiklik.
Publisistik üslub. Publisistikada dildən istifadə üsulları. Publisistik üslubun əsas xüsusiyyətləri.
Elmi üslub. Elmi üslubun əsas funksiyası. Elmi üslubun xarakterik xüsusiyyətləri. Elmi üslubda terminlərdən istifadə.
Danışıq üslubu. Danışıq üslubu spontan şəkildə ünsiyyət tərəfdaşlarının birbaşa iştirakı ilə yaranan gündəlik dil aktı kimi. Ədəbi dilin digər üslublarına qarşı danışıq üslubunun əsas xüsusiyyətləri.
Bədii üslub. Məzmunun obrazlı dildə təqdimatı. Bədii üslubda məcazlar. Bədii üslubun əsas xüsusiyyətləri.

Yüklə 39,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin