Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə47/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   43   44   45   46   47   48   49   50   ...   78
Sofiya m

Nitqin tipləri. 
Daxili nitq emosional-iradi tənzimləmə vasitəsi və özünütərbiyə üçün 
şərtdir. Bu nitq növünün köməyi ilə mürəkkəb nitq formaları formalaşır. Daxii nitqi 
bəzən “təfəkkür laboratoriyası”,“dil laboratoriyası”da adlandırırlar. O, təkcə nitqin 
inkişafının məhsulu deyil, həm də onun ən mühüm vasitəsidir.
 
Daxili nitq şəxslıərarası ünsiyyət üçün nəzərdə tutulmamışdır. Daxili nitq 
səssizdir, tələffüz edilmir və daha çox düşüncə prosesi kimi xarakterizə edilir. Daxili 
nitq 2 formada təzahür edir: şəxsi daxili nitq və daxili oxuma. Şəxsi daxili nitq 
insanın düşüncələrindən, qısa mühakimələrindən ibarətdir. Daxili oxuma isə hər 
hansı bir mətnin fikrən təkrarıdır. Məsələn, müəyyən bir məruzə, çıxış və yaxud 
əzbər şeiri səsli təkrar etmək mümkün olmadıqda daxili oxumadan istifadə edilir.
Daxili nitqin əsas xüsusiyyəti onun spesifik sintaktik quruluşa malik olmasıdır. 
Daxili nitqi qeydə almaq mümkün olsaydı xarici nitqlə müqayisədə qısa, 
parçalanmış, fraqment şəkilli, tutarsız, qarışıq bir mətn ortaya çıxardı. Daxili nitq 
nominativ xarakter daşımır, yəni əşya və hadisələri adlandırmır. Bu baxımdan da 
əksər hallarda cümlədə subyekti ifadə etmir. Daha çox nə edilməli olduğunu, 
hərəkətin istiqamətini bildirir. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, daxili 
nitq predikativ xarakterdədir. Məsələn, “Biz səhər tezdən kəndə getdik”, “Bu gün 
hava çox soyuqdur” cümlələri daxili nitqdə “getdik” və “soyuqdur” şəklində ifadə 
olunur.


Daxili nitq sürətlidir. Biz daha çevik düşünür, daxili nitq prosesində fikirlərimizi 
daha sürətli formalaşdırırıq. Fikirlərimizi başqalarına çatdırarkən isə daha mürəkkəb 
cümlələr qurduğumuz üçün nitqin sürəti təbii olaraq aşağı düşür.
Daxili nitq elliptik xarakterlidir. Daxili nitqdə qurduğumuz cümlədə cümlə 
üzvlərinin bir çoxu düşür və yaxud yerini dəyişir. Məsələn, “Bu gündən məzuniyyətə 
çıxdım” cümləsi daxili nitqdə ya “Məzuniyyətə çıxdım”, ya da daha qısa
“Məzuniyyət!” formasında qurulur. 
Daxili nitq eyni zamanda bütün norma və kriteriyalardan azad nitqdir. Burada nə 
ədəbi dil normalarına, nə də etik normalara əməl etmək tələb edilmir. Lakin unutmaq 
lazım deyil ki, insanın intellekti onun xarici nitqinin formalaşmasında mühüm rol 
oynadığı kimi, daxili nitqi üçün də əsas meyarlardan biridir.
Xarici nitq səs siqnallarından, yazılı işarə və simvollardan istifadə edərək fikrin 
maddiləşdirilməsi prosesidir. Xarici nitq ünsiyyətə xidmət etdiyi üçün əsas 
xüsusiyyəti digər insanların qavrayışına münasib olmasıdır. Xarici nitq aydın və 
anlaşıqlı, məntiqi cəhətdən düzgün qurulmalı, ədəbi dilin fonetik, leksik və 
qrammatik normaları gözlənilməli, etik qaydalara əməl edilməlidir. Səslərdən, 
yaxud yazı işarələrindən istifadə olunmasından asılı olaraq şifahi və yazılı formada 
təzahür edən xarici nitq mədəni ünsiyyət nümunəsidir. Bu səbəbdən də mədəni nitqə 
verilən bütün tələblərə cavab verməlidir.
Bəzən özümüzə aydın olan mətləbləri digərlərinə anlatmaqda, bildiklərimizi 
doğru-düzgün ifadə etməkdə çətinlik çəkirik. Bunlar birbaşa xarici nitqimizin 
inkişaf etməməsi ilə bağlıdır. Fikir və düşüncələrini dolğun, ətraflı, sərbəst ifadə 
etmək bacarığı insanın iş həyatında mühüm əhəmiyyət kəsb edir. Əbəs yerə “insanı 
geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar” deyilməyib. Ağlınızı isə yalnız 
nitqinizlə (şifahi, yaxud yazılı) nümayiş etdirə bilərsiniz. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin