Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə69/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   65   66   67   68   69   70   71   72   ...   78
Sofiya m

 
Mövzu 18. Nitq üslubları 
İstənilən dilin leksikası üslubi baxımdan müxtəlif növlüdür. Bəzi sözlər 
ümumişlək hesab edilir, digərləri yalnız müəyyən nitq vəziyyətlərində istifadə edilir. 
Üslub nitq vasitələrinin insan ünsiyyətinin bu və ya digər sahəsində istifadə edilən, 
tarixən formalaşmış sistemidir. Müasir dildə aşağıdakı üslubları fərqləndirirlər: 
elmi, publisistik, rəsmi-işgüzar, danışıq (məişət); bir sıra alimlər həm də bədii 
ədəbiyyat üslubunu bu sıraya daxil edirlər. Hər bir üslubun dil normalarına aid öz 
tələbləri var: bu tələblər ciddi elmi terminologiyadan yüksək emosionallığın sadə 
leksikasına qədər müəyyən hüdudları əhatə edir. Leksika bir üslubdan digərinə keçir, 
daha çox isə bu və ya digər üslubların söz və ifadələri danışıq (məişət) üslubuna 
keçib möhkəmlənir.
Elmi üslub
- bu, elmi məqalələrin, məruzələrin, monoqrafiya və dərsliklərin və s. 
üslubudur. Bu üslub həmin materialların məzmun və məqsədlərinə əsasən 
müəyyənləşdirilir. Bunlar: bizi əhatə edən gerçəkliyin faktlarını mümkün olduğu 
qədər dəqiq və ətraflı izah etmək, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini 
göstərmək, tarixi inkişafın qanunauyğunluqlarını göstərmək, məlumat vermək və bu 
kimi məsələlərdir. Elmi üslubun səciyyəvi xüsusiyyətləri bunlardır: 
• Şərhin məntiqi ardıcıllığı;
• Məzmunun informasiya zənginliyi ilə yanaşı birmənalılığı, dəqiqliyi və yığcamlığı;
• Mühakimənin konkretliyi, bitərəfliyi, obyektivliyi;
• Mətnin bütün leksikasının 15-20 %-ni təşkil edən terminlərin bolluğu
• Elmi frazeologiya (düz bucaq, kəsişmə nöqtəsi və s );
• Mücərrəd leksikanın üstünlük təşkil etməsi (inkişaf, hərəkət, amil, fəaliyyət və s.);


• Tək anlayışı bildirən formanın cəm mənasında istifadə edilməsi (canavar- itlər 
cinsindən yırtıcı hevandır);
• Fellərin əvəzinə daha çox isimlərin işlədilməsi (hərarət yüksəlir- hərarətin arması 
halı mövcuddur); 
• Mürəkkəb cümlələrdən istifadə.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin