Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə74/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   70   71   72   73   74   75   76   77   78
Sofiya m

İctimai-məişət natiqliyi
. Bu nitqin geniş istifadə olunan növlərindən biridir. 
Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad 
günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış 
etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər 
digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında 
danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söylənilir, obrazlı 
ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
 
Nitqin hazırlanması və təqdim edilməsi. 
Şifahi çıxış hiss və düşüncələrimizin 
sözlərlə tez və daha asan ötürülməsi üçün əvəzsiz bir bacarıqdır. Danışdıqlarımız 
bəzən doğru, bəzən də səhv başa düşüldüyündən şifahi ötürmələrin istənilən nəticəni 
verməsi üçün müəyyən məqamları nəzərə almaq lazımdır. Danışarkən diqqət 
etməmiz lazım olan detalları bilmək daha uğurlu bir həyatın qapılarını açmaq üçün 
şərtdir. Bütün bu təfərrüatların uyğun ardıcıllıqla və bacarıqla istifadəsi nitq 
bacarıqları kimi ifadə edə biləcəyimiz üsullar toplusudur. Natiqlik, demək olar ki, 
təsirli nitq üsullarını özündə birləşdirən, nitq qaydaları ilə dəstəklənən və xüsusi 
bacarıq tələb edən bir sənətdir.
Kütlə qarşısında çıxış birtərəfli deyil, qarşılıqlı əlaqə prosesini ifadə etdiyi üçün 
ifadələrimizin audutoriyada gözlədiyimiz təsiri oyatması, ilk növbədə düşüncə və 
ideyalarımızın informasiya alıcılarına doğru çatdırılması ilə bağlıdır. Təsirli nitqin 
malik olduğu bir sıra ümumi keyfiyyətləri nəzərdən keçirək: 


1.Danışıqda müvəffəqiyyəti konstruktivlik (məqsədyönlülük) müəyyən edir.
İnsanlara təsir etmək üçün təkcə düşüncələrə deyil, duyğulara da müraciət etməyi 
bacarmaq lazımdır. Lakin burada tarazlığı tənzimləyə bilmək konstruktiv və təsirli 
nitq üçün son dərəcə vacibdir. Yalnız emosiyaları cəlb edən və həmsöhbətlərin 
emosiyalarından istifadə etmək məqsədi daşıyan çıxışlar məqsədyönlü hesab 
edilmir. Konstruktiv çıxışlar dinləyicilərin dəyərlərini, inanclarını və düşüncələrini 
müsbət istiqamətdə dəyişmək məqsədi daşıyır. Şirin dilin nitqə təsirini nəzərə almaq, 
mühitdən asılı olmayaraq bizi dinləyənlərin dəyərlərinə, inanclarına, düşüncələrinə 
hörmətlə yanaşmaq uğurun ən yaxşı açarıdır. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin