Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Azərbaycan dili ilə bağlı qanun və fərmanlar



Yüklə 231,62 Kb.
səhifə6/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   2   3   4   5   6   7   8   9   ...   59
Mövzular 2023

Azərbaycan dili ilə bağlı qanun və fərmanlar. Dil, cəmiyyətlə bir vaxtda yarandığından onun inkişafı da cəmiyyətin inkişafı ilə əlaqədardır. Cəmiyyətdə baş verən hadisələr – elmi-texniki və mədəni tərəqqi dilin inkişafında mühüm rol oynayır. Demokratik Azərbaycan cəmiyyətinin yaranması, inkişafı və onun formalaşmasında mütərəqqi rol oynayan Ulu Öndərimiz H.Əliyev Azərbaycan dilinin Konstitusiya hüququnun həyata keçirilməsinə, onun inkişafına, tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. H.Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dili ilə bağlı qəbul edilən fərman və qanunlar:

  • 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusi¬yamızda dövlət dili kimi Azərbaycan dili adı işlədildi. (21. maddə);

  • 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verildi;

  • 2001-ci ilin avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman verildi;

  • 2002-ci ilin sentyabrın 30-da 3 fəsil, 20 maddədən ibarət “Dövlət dili haqqında” qanun qəbul edildi;

  • 2003-cü il yanvarın 2-də isə “Azərbaycan Respub¬likasında Dövlət dili haqqında” fərman imzalandı.

Müstəqilliyimizin sonrakı illərində verilən bu fərmanlar Azərbaycan dilinin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır.
Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir.
Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı − Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi mühüm tarixi hadisədir.
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli Sərəncamı Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 9 aprel 2013-cü il tarixli Sərəncam
Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli Sərəncamı dövlət dilimizi xaricdəki həmvətənlərimizin və ölkəmizə maraq göstərən xarici vətəndaşların onlayn vasitələrlə öyrənmələri üçün lazımi tədbirlərin həyata keçirilməsinə meydan açıb.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin