94. Natiqliyin belə bir sahəsi yoxdur:
A) bədii natiqlik B) iqtisadi natiqlik C) siyasi natiqlik
D) məhkəmə natiqliyi E) akademik natiqlik
95. “Danışıq mədəniyyəti” ifadəsi nə deməkdir?
A) insanın dilçilik normaları əsasında danışığı
B) yüksək natiqlik məharəti
C) savadlı danışığı
D) rabitəli və məntiqli danışığı
E) hər kəsin anlayacağı qədər sadə danışığı
96. “Siyasət”, “Poetika”, “Məntiq”, “Ritorika” əsərlərinin müəllifi kimdir?
A) Siseron B) Aristotel C) Demosfen D) Platon E) Sokrat
97. Nitqin növləri hansılardır?
A) şifahi və yazılı
B) monoloji və dialoji
C) zahiri və daxili
D) şifahi və yazılı, monoloji və dialoji, zahiri və daxili
E) şifahi və yazılı, monoloji və dialoji
98.Şad və bəd xəbərin çatdırılması zamanı onun təsirinə tab gətirməyib insanın həlak olması faktına el arasında nə deyirlər?
A)Ürəyi suya döndü
B)Daş ürək oldu
C)Şirin dilli
D)Ürəyi partladı
E)Qızıl xasiyyət
99.Ünsiyyət prosesində böyüklərə necə müraciət olunur?
A)Siz
B)O
C)Sən
D)Biz
E)Hey
100.İctimai yerlərdə hansı müraciət fomasından istifadə etmək olmaz?
A)Siz
B)Canciyər
C)Xanım
D)Müəllim
E)Bəy
101.Müsahibin nitqinə hansı halda müdaxilə edilə bilməz?
A)Məlum hadisə vəəşya haqqında danışdıqda
B)Bəhs olunan məsələ ilə bağlı səhvə yol verildikdə
C)Hər hansı məsələ barədə uzun uzadı danışdıqda
D)Müsahibin fikrinin tənqid və təsdiqə ehtiyyacı olduqda
E)Müsahibin nitqi dolğun,dəqiqanlayışlı olduqda
102. Dildə tənzimləyici və nizamlayıcı funksiyanı yerinə yetirən və nisbi sabitliyi yaradan nədir?
A)Dilin normaları
B)Dilin formaları
C)Üslublar
D)Sözlərin tələffüzü
E)Sözlərin yazılışı
Dostları ilə paylaş: |