4. KONSPEKTLƏŞDİRMƏ ÜSULLARI Konspektləşdirmədə tezislər, mətnin xətti-tədqiqat yazılışı, «sual-cavab», fraqmentlərlə bağlı sxem, sadə sxem və kombinə edilmiş üsullardan geniş istifadə olunur.
Tezislər öyrənilən materialda əsas fikrin və vəziyyətin qısa formalaşdırılmasını əks etdirir. Tezislər oxunan materialın lakonik ifadə edilməsinə, onun məzmununun açılmasına imkan verir. Tezislər çox zaman xüsusi şriftlərlə mətndə əsas məqamın verildiyi fikirlərin qısa sistemli mexaniki cəmini ifadə edir.
Mətnin xətti-tədqiqat yazılış formasında konspektləşdirilməsi aparılarkən plakat-təqdimat vasitələrindən istifadə edilməsi məqsədəuyğun sayılır.
Bunlar aşağıdakılardır:
xüsusi əhəmiyyət kəsb edən sözlərin qalın və ya digər fərqləndirici şriftlə ayrılması;
müxtəlif rənglərdən istifadə;
altdan xətt çəkmə;
əsas informasiyanın çərçivəyə alınması;
konspekt mətnində üfüqi və şaquli yerdəyişmələr edilməsi;