Formallaşdırılmış konspektlər bütün yazılışların öncədən hazırlanmış cədvəllərə köçürülməsi sistemində qurulur. Bu sistem konspektləşdirilən materialın davamlı eynicincli olduğu hallarda daha əlverişlidir.
Qrafik konspektlərdə işin konspektləşdirmə elementləri elə düzülüş alır ki, anlayış iyerarxiyası və onunla qarşılıqlı rabitə görünən olsun. Bu sistemdə hər bir iş üçün kitabı tam və ya onun ayrı-ayrı hassələrini əks etdirən bir deyil, bir neçə qrafik konspektin olması mümkün hesab ediləndir. Qrafik konspektin tutulması kitabın daxili strukturunun ifadə edilməsinin daha mükəmməl üsuludur. Ona görə də bu proses onun məzmununun mənimsənilməsinə etibarlı yardımçı olur.
Konspekt tiplərinin planlı, tekstual, toplu və tematik növləri də fərqləndirilir.
Planlı konspekt əsərin hazırlanmış ilkin planı əsasında qurulur. Burada planın hər bir sualını konspektin təyin olunmuş hissəsi cavablandırır.
Planlı konspektin sual-cavab və sxematik təyinatlı növləri fərqləndirilir:
-
sual-cavab təyinatlı planlı konspekt - burada planın bəndləri sual formasında qurulur. Konspekt yazlışları isə həmin sualları cavablandırır;
-
sxematik plan konspekt məntiqi struktur və ayrı-ayrı vəziyyətlərlə qarşılıqlı rabitəni ifadə edir.
Dostları ilə paylaş: |