7. ANNOTASİYALAR, ONLARIN MAHİYYƏTİ VƏ TƏSNİFAT QURULUŞU
Annotasiya çap işinin - kitab və məqalənin qısa ümumiləşdirilmiş səciyyəsidir ki, bəzən onların qiymətləndirməsini də özündə əks etdirir. Onun başlıca təyinatını müəyyən oxucu dairəsinə ilkin sənəd, kitab, məqalə və elmi işlərin ümumi məzmununu mümkün qısa formada təqdim etmək, yaxud da öz yazılışı ilə tədqiqatların, eləcə də referativ xarakterli işlərin yerinə yetrilməsində yardımçı olmaq təşkil edir.
Annotasiya əsərin geniş məzmunda ifadəsini tələb etmir. O yalnız mətndəki sualları, onların məzununu açmadan sadalayır. Konkret suallara da annotasiya cavab verir: «İlkin mətndə söhbət nədən gedir?». Buna görə də annotasiyada yalnız baş mövzu və ilkin mənbədə toxunulan suallar təqdim edilir.
Annotasiyalar xarakterinə görə məlumat və tövsiyəverici olmaqla təsnifatlandırılırlar.
Dostları ilə paylaş: |