Bu fənnin məqsədi gələcəyin iqtisadçı-menecerlərinə müasir dövlətlərin iqtisadi tarazlıqları hansı istiqamətlərdə və necə dəyişdirmələri ilə bağlı tətbiq etdikləri yanaşmalar haqqında təməl biliklər verməkdir.
Fənnin öyrənilməsinin nəticələri
Bu fənni uğurla tamamlayan tələbələr sonda aşağıdakı bacarıqlara yiyələnəcəklər:
İqtisadi siyasətin mahiyyətini və onun iqtisadiyyat elmi çərçivəsindəki yerini şərh etmək;
İqtisadiyyatdakı tarazlıqları və onlar arasındakı əlaqələri izah etmək;
İqtisadiyyatda tarazlıqların pozulması hallarını, onların səbəb və nəticələrini şərh etmək;
İqtisadi siyasəti həyata keçirən Mərkəzi Bank, Maliyyə Nazirliyi kimi milli qurumların əsas funksiyalarını və fəaliyyət mexanizmlərini açıqlamaq;
İqtisadi siyasətin həyata keçirilməsində beynəlxalq sistemin və əlaqələrin təsirlərini izah etmək;
İctimai bölmənin maliyyəsi, onun strukturu və formalaşma xüsusiyyətlərini şərh etmək;
Maliyyə siyasəti, onun məqsədləri, alətləri və onlardan istifadə xüsusiyyətlərini açıqlamaq;
İqtisadiyyatın monetar sektoru, onun strukturu və əsas xüsusiyyətlərini izah etmək;
Monnetar siyasət, onun məqsədləri, alətləri və onlardan istifadə xüsusiyyətlərini şərh etmək;
İqtisadi siyasətin alternativ alətlərinin mahiyyətini və onlardan istifadə xüsusiyyətlərini açıqlamaq;
İqtisadiyyatda gözləntilər, onların təsirləri və idarə edilməsi xüsusiyyətlərini izah etmək;
İqtisadi siyasətin həyata keçirilməsində ortaya çıxan çətinliklər və onların aradan qaldırılması yollarını açıqlamaq;
Böhranlar və onların aradan qaldırılmasında iqtisadi siyasətin rolunu şərh etmək;
İqtisadi siyasətdə iqtisadi proseslərin müşahidə edilməsinin əhəmiyyətini və onun həyata keçirilməsi yollarını açıqlamaq;
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas xüsusiyyətlərini şərh etmək.
HƏFTƏLİK DƏRS PLANI
Həftə
Mövzular
İlkin Hazırlıq
1
İqtisadiyyat elmi və iqtisadi siyasət
Tələbələrin hər dərsə gəlmədən öncə
fənnin müvafiq resurslarından həmin dərsin mövzusu ilə qısa tanış olmaları zəruridir.
2
İqtisadi tarazlıq
-
3
İqtisadi qeyri-tarazlıqlar
-
4
İqtisadi siyasəti həyata keçirən milli qurumlar
-
5
İqtisadi siyasətin həyata keçirilməsinə təsir edən beynəlxalq çərçivə
-
6
Dövlət maliyyəsinin strukturu
-
7
Maliyyə siyasəti
-
8
Monetar struktur
-
9
Monetar siyasət
-
10
Alternativ iqtisadi siyasət alətləri
-
11
İqtisadiyyatda gözləntilər və gözləntinin idarə edilməsi
Agnes Benassy-Quere və.b., (2010). “Economic Policy: Theory and Policy”. Oxford University Press.
Mahfi Eğilmez, Ercan Kumcu, (2014). “Ekonomi Politikası: Teori ve Türkiye Uygulaması”, İstanbul: Remzi Kitabevi, 19. Basım.
Rasim Həsənov (2009), “İqtisadi siyasət: metodologiya və praktika”, Bakı: “İqtisad Universiteti” nəşriyyatı.
Qreqori Mənkyu (2007), “Ekonomiksin əsasları”, Bakı: CBS Polygraphic Production.
Bağırzade E. (2011), “Bağımsızlığının XX. Yılında Azerbaycan Cumhuriyeti Ekonomisi”, Hacettepe Üniversitesi Türkiyat Araştırmaları Dergisi, Güz (15), s. 277-312. (bax: http://elsenbagirzade.files.wordpress.com/2011/03/bagimsizliginin-20-yilinda.pdf )
Azərbaycan Respublikası Prezidentinin internet səhfəsi (bax: http://www.president.az/ )
Azərbaycan Respublikası nazirlik və komitələrinin internet səhfələri: (bax: http://www.cabmin.gov.az/?/az/content/126/ )
Azərbaycanın statistik göstəriciləri (bax: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/ )
“Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyası (bax: http://www.president.az/files/future_az.pdf)
T.C. Bakü Büyükelçiliği Ticaret Müşavirliği (2014), “Azerbaycan’ın Genel Ekonomik Durumu ve Türkiye ile Ekonomik-Ticari İlişkileri”, Bakü, (bax: http://www.musavirlikler.gov.tr/upload/AZER/AZERBAYCAN%20RAPOR%202013.pdf)