Sifariş partiyasının məbləği
|
Orta ehtiyatın məbləği
|
Saxlama xərcləri
|
Sifarişlərin sayı
|
Sifarişin yiyəsi ilə bağlı xərclər
|
Ümumi xərclər
|
600
|
300
|
60
|
6
|
240
|
300
|
1200
|
600
|
120
|
3
|
120
|
240
|
1800
|
900
|
180
|
2
|
80
|
260
|
3600
|
1800
|
360
|
1
|
40
|
400
|
Cədvəldən göründüyü kimi, partiyanın həcmi artdıqca ona mütənasib olaraq ehtiyatların orta həcmi və saxlama xərcləri artır, sifarişlərin sayı ilə onların yerinə-yetirilməsi xərcləri azalır. Belə ki, sifariş partiyasının həcmi 1200 min manat olduqda xərclərin ümumi məbləği minimum olur ki, o da əlverişli partiya üçün bunun seçilməsini labüdləşdirir.
Hesablamaları formula ilə aparmaq məqsədi ilə aşağıdakı şərti işarələri qəbul edək:
Rp- bir sifarişin rəsmiləşdirmə xərci, manatla;M-məhsulun illik tədarükat həcmi, manatla; Xs-ehtiyatın saxlanma xərcinin səviyyəsi (ehtiyatın məbləğinə görə faizlə);Q- sifariş partiyasının həcmi, manatla.
Ehtiyatların saxlanma xərcləri sifariş edilən partiyanın yarısının ehtiyatın saxlanma xərci səviyyəsinə hasili kimi müəyyənləşdirilir. Hər bir sifarişin rəsmiləşdirmə xərci isə illik tədarükat həcminin sifariş həcminə nisbətini bir sifarişin rəsmiləşdirilməsi xərcinə hasili kimi hesablayırlar. Əgər nəzərə alsaq ki, əlverişli sifariş partiyasının həcmi sifariş və saxlama xərcləri bərabərləşdikdə yaranır, onda,
(1)
Göstərilən bərabərliyi həll etmiş olsaq,
ifadəsini almış (2)
alarıq. Sonuncu (2) formasında ifadələrin ədədi qiymətlərini yerinə yazsaq.
min manat
Odur ki, o da cədvəldə göstərilən ən əlverişli partiyadır.
Optimal sifariş partiyasını aşağıdakı kimi də müəyyənləşdirirlər. Bunun üçün məhsul vahidinə düşən sifarişlərin rəsmiləşdirilməsi realizasiya edilən məhsulun illik həcminə vurmaqla sifarişlərin illik rəsmiləşdirmə xərclərini təyin edirlər.Sonra ehtiyatların illik saxlama xərclərini satış intensivliyi dəyişmədikdə sifariş partiya-sının həcmini ehtiyatın saxlanma xərcinin səviyyəsinə və məhsul vahidinin satınal-ma qiymətinə vurmaqla hesablaması olar. Bu zaman sifariş partiyasının həcmi art-dıqca həmin xərclərdə xətti surətdə artır. Ümumi xərclər sifarişlərin rəsmiləşdiril-məsi xərcləri ilə ehtiyatların saxlanması xərclərinin cəminə bərabərləşir.
Deməli, ehtiyatların idarə edilməsi sistemini seçən zaman «Atilla-Kompani», «Stal» və «İmpuls» kimi topdansatış müəssisələri tələbin dəyişməsi tezliyini mütləq nəzərə almalıdırlar. Hesablamaların göstərdiyi kimi tələbin artması ilə sifariş partiyalarında həcmi artacaqdır. Lakin, belə halda zəmanətli ehtiyatın həcmi ya tələbin artım tempinə uyğun olaraq artmalıdır, ya da məhsullara maksimal və ya minimal tələbat zamanı onları qıtlıqdan mühafizə etməlidir. Əgər tədqiq edilən müəssisə bu sistemi qəbul edirsə, onda tələbin artması müqabilində sifariş partiyalarının tezliyi artır. Beləliklə, qeyd edilmiş interval çərçivəsində sistemin fəaliyyəti cədvəl 2.14-ün məlumatlarına əsaslanır.
Cədvəl məlumatlarından göründüyü kimi, optimal sifariş partiyasının həcmi 170 ədəd, iki malgöndərmə arasında orta vaxt intervalı normal olaraq (240 x 170) 12040=20 gün təşkil edir. Ona görə də birinci sifariş nöqtəsi 15 gündən sonra, axırıncı isə 20 gün intervalı ilə aparılır.
Cədvəl 2.14
Dostları ilə paylaş: |