Azərbaycan döVLƏt pedaqoji universiteti Müəllim: Gülnar Muxtarzadə Fənn: Azərbaycan dili və nitq mədəniyyəti


Vasitəli nitq. Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi



Yüklə 1,85 Mb.
səhifə27/27
tarix14.01.2022
ölçüsü1,85 Mb.
#113789
1   ...   19   20   21   22   23   24   25   26   27
Nitqin formaları, növləri, tipləri və tərzi

Vasitəli nitq. Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi

Vasitəli nitq. Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi

Başqasının nitqini eynilə deyil, öz sözümüzlə – dəyişilmiş şəkildə verilməsinə vasitəli nitq deyilir. Bu cür cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmununundan ibarət olur. Məsələn: Südabə sevinclə dedi: “bu mənim üçün çox qiymətlidir” – cümləsində Südabənin sözləri eynilə - vasitəsiz nitq şəklində verilmişdir. Südabə sevinclə dedi ki, bu onun üçün çox qiymətlidir – cümləsində isə Südabənin nitqi eynilə verilməmişdir, yalnız məzmunu saxlanılmışdır. Vasitəli nitq budaq cümlə şəklində formalaşır və nitqindən sonra işlənir. Vasitəsiz nitqin vasitəli nitqə çevrilərkən ki bağlayıcısı istifadə olunur, dırnaqlar və tire qoyulmur.

Sitatlar

Öz fikrini əsaslandırmaq və aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarşlara sitat deyilir. Sitat iki və daha çox sözlərdən, sadə və mürəkkəb cümlələrdən yarana bilir. Sərbəst şəkildə olur. Sitatlar müəllifin nitqinin tərkibinə də daxil ola bilir. Məsələn: H. Əliyev demişdir: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin