Azərbaycan döVLƏt təHSİl naziRLİYİ Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 106,24 Kb.
səhifə2/6
tarix31.12.2021
ölçüsü106,24 Kb.
#112570
1   2   3   4   5   6
AYTEN Avropada Hun dövləti

Avropa Hunlarının tarixi
Eranın ilk əsrlərində Mərkəzi Asiyadan Cənub-Şərqi Avropaya hunların gəlmələri ilə qabaqkı əsrlərdə mövcud ol muş etno-siyasi durum kəskin surətdə dəyişdi və etnik prosesin yeni mərhələsi başlandı. Həm də qeyd edilməlidir ki, bu proses Cənubi Qafqazı da əhatə etdi. Ona görə ki, hunların Şimali Qaf qaz çöllərinə gəlişi Azərbaycan ərazisində yeni türk tayfalarının məskunlaşmasına səbəb oldu. Bəzi tədqiqatçılar hunları Azər baycan ərazisində ilk türkdillilər saymaları da bununla əlaqə dardır. Lakin bu baxış, əlbəttə doğru deyil. Azərbaycan ərazi sində türkmənşəli tayfalar hələ cradan əvvəlki minilliklərdə də vardı. İlk türkmənşəli tayfalar buraya e.ə.I minillikdə kimmer lərin və sakların içərisində gəlmişdilər. Bu barədə yuxarıda deyilmişdir.
Canub-Şərqi Avropada hunlar haqqında mə'lumatlar eramızın I minilliyinin I yarısına aid latın və yunan mənbələrin da (Dionisiy Perieqet, Klavdi Ptolomey, Iordan, Evseniy Nero nim, Ioan Malala, Ammian Marsellin, Menandr, Aqafiy, Fiofi lakt Simokatta və b.) mə'lumatlar vardır. Həmin mənbələr dən aydın olur ki, hunlar bir sıra tayfalardan ibarət idilər: akatsir (akaçir), altziaqir, alpildzur (alpilçur), akqizqir, bardor, bittiqur, kutriqur, oqur, onoqur, saraqur, tunqur, utiqur və b. Bu tayfa adları qədim yunan və latın dillərində yazılış formaları oldu ğuna görə, şübhəsiz, müəyyən dərəcədə təhrifə uğramışdır.
İlk vaxtlar bu tayfalar hərbi demokratiya şəraitində ya şadıqlarına görə birgə hərəkət edirdilər. Lakin 453-cü ildə Atti lanın ölümündən sonra onlar tayfa ittifaqlarında yenidən qrup laşdılar və hər tayfa ittifaqı müstəqil siyasi qurumlara çevrildi lər. Mənbələrdə Cənub-Şərqi Avropada Onoqur, Saraqur və Kutriqur tayfa ittifaqlarının adları qeyd olunmuşdur.
Mənbələrdən aydın olur ki, Qərbi Hun dövləti Şərqi Hun dövlətinin on'ənələrinin davamçısı idi, yə'ni bu dövlətin ərazisində yaşayan tayfalar esas etibarilə maldarlıqla məşğul olduqlarına görə hərbi demokratiya şəraitində yaşayırdılar.
Attilanın hakimiyyəti illərində hunlar Qərbi Avropaya və Şərqi Roma imperiyasına qarşı mütəmadi hərbi səfərlərdə olurdular. Bu aramsız basqınlar yalnız qarət və təzminat almaq məqsədi güdürdü. Bu, məhz hərbi demokratiyanın ən mühüm səciyyəvi cəhətidir.
Qərbi Hun dövlətinin süqutu ilə hərbi demokratiya qu ruluşlu yeni qədim türk dövlətlərinin tarixi başlandı. Bu imperi ya əsasında erkən orta əsrlərdə yaranmış Bolqar. Xəzər, Avar və Suvar dövlətləri artıq erkən feodalizm quruluşuna asaslanan qurumlar olsalar da, onlarda eyni zamanda hərbi demokratiya ənənəsi də qalırdı.

Hun tayfalarının Şərqi Avropada hegemon rola malik ol maları o vaxtkı tarixi şəraitlə bağlı idi: Şərqi Avropada hunların qarşısında dura biləcək dövlət yox idi. Krımda və Qara dənizin şimal sahillərində quldar yunan şəhər-dövlətlər isə böhran keçi rirdilər. Tarixşünaslıqda qəbul olunmuşdur ki, hunlar bu region da quldarlığa son qoymuşlar.


Yuxarıda deyildiyi kimi, hərbi demokratiya ictimai-iqti sadi formasiya deyil. Bu yalnız siyasi quruluş forması olmaq e'tibarilə köçori maldarlıqla məşğul olan tayfalara aiddir. Hun ların dövləti də belə idi. Onlar Şərqi Avropaya hərbi demokra tiya ilə gəlmişdilər: ailə qrupları bir tayfa təşkil edirdi, hər tayfa texminen 5 min nəfər adamı birləşdirirdi və tayfanın başında hərbi rəis (boy) dururdu. Müharibə vaxtı bəy həmin tayfadan olan döyüşçülərin başçısı idi, lakin sülh vaxtı tayfanın xalq yı ğıncağının qərarlarına tabe idi. Ammian Marsellin aydın yazır ki, hunlar bütün işlərdə məsləhətləşirlər. Bu, köçəri həyat tərzindən irəli gəlirdi və yuxarıda deyildiyi kimi, bu həyat tərzi isə otlaqlar ələ keçirmək və qənimətə nail olmaq məqsədilə müharibəni peşəyə çevirir

Uldız dövrü



Uldız, Bizansı təzyiq altına almaq məqsədiylə Trakya üzərinə yeridi. Barış istəyən Trakya qubernatoruna "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm" deyərək Bizansa meydan oxudu. Türklərin gücündən çəkinən Bizans, müqavilə bağlayaraq Hunların üstünlüyünü qəbul etdi.

Bu dövrdə Hunlar, Orta Avropadan Xəzərin şərqinə qədər uzanan geniş torpaqlara sahib olmuşdular. Dövlətin şərq bölgəsini Karatonun idarə etdiyi bilinirsə də bu hökmdar haqqında çox məlumat yoxdur.

Rua dövrü

412–422 illəri arasında Avropa Hun Dövləti ilə əlaqədar çox bir məlumata rast gəlinməməkdədir. Hökmdar soyundan gələn Rua 422 ilində taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü üzərinə Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi.

Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini tətbiqə davam etdi. Casusluq fəaliyyətlərini irəli sürərək Bizans üzərinə bir səfər təşkil etdi (422). Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı.

Qərb Romadakı taxt qarışıqlıqlarından faydalanmaq istəyən Bizans, İtaliyaya qüvvət göndərdi. Bunun üzərinə Rua, altmış min şəxsiyyət bir ordunu Qərb Romanın köməyinə göndərərək Bizans İmperatoru Theodosiusı (Teodosyus) döyüşmədən geri çəkilmək məcburiyyətində buraxdı.

Bizans üzərinə edəcəyi yeni bir səfərə hazırlanarkən 434 ilində öldü. Yerinə qardaşı Muncukun oğulu Atilla keçdi.



Yüklə 106,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin