Əbrudan, atlasdan, ipəkdən, şaldan,
Xara parçaların başın istərəm.
Gətir başlığına üçcə min manat.
Cüt qızıl bilərzik, bir qızıl saat.
Bircə «hə» sözünə iki köhlən at.
İpək heybə, yəhər qaşın istərəm.
İki dəvə gətir yanında köşək,
Gələn töhfələr də olduqca qəşəng.
Ətliyinə gətir 254 şişək,
Kabab çəkmək üçün leşin istərəm,
Put yarım çay gətir, 20 put şəkər.
Samovar qaynasın hər axşam, səhər.
15 gün kef çəkək burda sərasər,
Qısır inək səndən beşin istərəm.
Şıx Alıyam budur sözümün yeyi
Çağırram toyuma reyəti, bəyi
15 put yağ gətir, 45 put düyü,
El yeməyə əppək, aşın istərəm.
/AP.Alı. III., sö37/
Bu qoşmada xalq aşığı « elçilik etmək», «başlıq gətirmək» /başlıq istəmək/ kimi adətlərin adlarını çəkdiyi kimi, eləcə də gəlin üçün vacib və gərək olan geyim şeyləri, bəzək, zinət əşyaları və nəhayət, 15 günlük toy üçün yemək, içmək /ümumən ərzaq/ şeylərini bir –bir sadalayır /bunu qız evi oğlan evindən tələb edir/. Toyda isə « rəiyyət və bəylərinq» hamısının olacağına işarə edilir. Göründüyü kimi, bizim bir vaxtlar bəyənmədiyimiz, yaxud da ifrata varıb «keçmişdə camaat acından ölürdü, yas içində idi» qəliblənmiş, şablonlaşmış cümlələrlə adlandırdığımız keçmiş zamanlarda da /enlə yüz il də onun içində gedir, tarixi keçmişə çox vaxt ideologiya yarlığı vurmuşuq/ camaat, el- oba öz adlarına, ləyaqətlərinə uyğun da toy eləməyi bacarıblar. Bu kiçik bədii parçadan da aydınlaşır ki, bir toy üçün oğlan evindən / burada söhbət Göycə mahalında keçirilən toyun timsalında 5 qısır inək ətliyə, 25 şişək, eləcə də kabab çəkmək üçün də bir o qədər də cəmdək/ leş- indi mənfi mənada işlənir, o dövrdə kəsilmiş heyvanın cəmdəyinə leş deyirlərmiş – indi bu gün də Qax rayonu şivələrində – İlisu şivəsində farm mənşəli söz olan leş – qoyun /davar/ leşi «cəmdək» mənasında geniş işlənir/, 20 put şəkər, put yarım çay, 15 put yağ, 45 put düyü tələb edilməsi ötən əsrdə keçirilən toy mərasimləri üçün çox ciddi hazırlıq görmək lazım gəlirmiş. Oğlan evi həm gəlini bütün geyim- gecimi, bər –bəzək, zinət əşyaları ilə təmin etməli idi, həm də eli- ulusu ürəyi istəyən kimi yedirib- içirməli, qonaqlamalı idi. Bax, əsl toy buna deyərlərdi ki, Aşıq Alı da bu qoşmada onu qələmə alıb, bu arzu yox, həqiqət olub.
Başlıq, toy xərci istəmək adəti «Kitabi- Dədə Qorqud» boylarında da təsvir edilmişdir. Banıçiçəyin qardaşı Dəli Qarçar başlıq kimi aşağıdakıları istəyir: «Dəli Qarçaraydır: «Bin buğra gətürün kim, maya görməmiş ola. Bin dəxi ayğır gətürün kim, heç qısrağa aşmamış ola. Bin dəxi qoyun görməmiş qoç gətürün. Bin də quyruqsız – qulaqsız göpək gətürün. Bin dəxi bürə götürün maa», - dedi». /FZ, SA, KDQ, s.56/.
I. Toy mərasimləri ilə əlaqədar leksika
a/ Elçiliklə əlaqədar işlənən sözlər: elçi, elçilik, ğelçidaşı, arvad elçiliyi, kişi elçiliyi, qız evi, oğlan evi, elçiplovu. Elçiliklə bağlı işlənən aşağıdakı nəzm şəklində olan folklor nümunəsi də maraqlı etnoqraıfik fakt kimi diqqəti çəkir:
Çaxmaq bizdən, qov sizdən
Otaq bizdən, ev sizdən
Bağ bizdən, bağban sizdən
Oğlan bizdən, qız sizdən…
b/ Nişanla əlaqədar söz və ifadələr: Nişan, naşınlı, nişan xonçası, nişan gecəsi, nişan zamanı, nişan mərasimi, bəlgə /ilkin nişan/, nişanlamaq, nişanlanmaq, nişan üzüyü, nişan aparmaq, nişana getmək, nişan taxmaq, nişan vermək, nişan qoymaq, nişana gedən, nişan gətirmək, həsini almaq // hərisini almaq, göbəkpulu, göbəkkəsmə //göbəkgərtmə, beşikkəsmə// beşikgərtmə, adaqlı, adaqlamaq, adaqlanmaq, deyikli, deyikləmək, xələt, xonça bağlamaq, yaylıq bağlamaq, üzük taxmaq// aparmaq.
v/ Toy mərasiminə ail leksika: bəy, bəy durmaq, özünə bəy, bəy tərifi, bəy mağardan çıxdı, bəyi oğurlamaq, sağdış, soldış, gərdək, toy xonçası, şax bəzəmək, toybaşı, toybabası, sərpayı, tamada, yancı // sağdış – soldış/, duvaq /gəlinin baş örtüyü/, xına gecəsi, doqqazpulu, gərdəkaçma, gərdəkaparma, mac, zifaf gecəsi, paltarkəsdi //parça biçdi// qayçıkəsməz, yuxa günü, xınayaxdı, bibiyolu, qapıbasma// qapıbasdı, aynatutan, anayolu, yengəpulu, analıq haqqı //süd pulu// başlıq, cehiz, cehiz vermək, gərdəkpulu, cehiz kağızı, kəmər, belbağlama, doqqazkəsmə, duvaqalma// duvaqqapma, yengəyolu, yaylıq aparmaq, üzəçıxma// üzəçıxdı, qazanaçdı, toy pulu, sözkəsdi, xeyir iş, toy xərci, qızıl üzük, kəbinkəsmə, qız toyu, oğlantoyu, şabaş və s.
Özbək dilinin Kaşkadarya şivələri materiallarında uz qarşi, uyku verdi, teri epdi, yüz kurdu /üzgördü/, kozon tuldi /qazan doldu/, yüz kurimçi /üz görüncəyi/, beşik tuy //beşğk toy/ beşğk kettğ// beşğk kerttğ, beşğk kərdə və s. kimi toyla, elçiliklə bağlı söz və terminlərə də rast gəlmək olar.1 habelə özbək dilinin Əndican qrupu şivələri əsasında toy mərasimi adları da tədqiqat obyekti olmuşdur. A.Juraboyev Xatka tuyi, sunnat tuyi, supra ezdi, suprasoldi // supra oçdi, otçopdi, kul boğladi, boğlandi puli, kulok tişlatiş, şirinlik içirdi, beşikketdi, kiz kurdi, kiz kuçirdi, kiz çaxirdi, kiz kutardi, yüz oçdi, mexmonçakirdi, kuda çakirdi, gelin utirmadi, gşik oçdi.2
2. Yas mərasimləri ilə əlaqədar leksika
Ağı, yuğ, ağıçı, yuğru, ağı demək // ağı söyləmək, şivən, şivən qoparmaq, yas tutmaq, yas saxlamaq, yas götürmək, yas keçirmək, yuğbasan, yum vermək /xeyir –dua/, halallıq vermək, ehsan, ehsan vermək, şülən /» ehsan» mənası da var/, bir, üç, yeddi, qırx, il vermək, yasin oxumaq, ölü namazı, xeyrat, xeyrat qazanı, qara bağlamaq, göy sarınıb qara bağlamaq / mən al geydim, o, qaralar bağlasın – Qurbani/, dəfn mərasimi, kəfən, mürdəşir// ölüyuyan, sirt- kafrat, qəssal, qayım ağ, mafə, cənazə. Cənazə namazı, meyid, əcəl- mayallaq, əcəl şərbəti, əcəl sandığı, əcəl körpüsü, əcəl saatı, əcəl vaxtı, sirat körpüsü, fatihə duası, qəbir, qəbiristan, qəbirqazan, cüməaxşamı /keçirmək/, əza, əza məclisi, hüzn, matəm, adınalıq, başdaşı, sinədaşı, tabut, başsazlığı vermək, qara bayram keçirmək və s.
3. Başqa mərasim və adət – ənənələri bildirən leksika
Adqoydu // ad qoyma, yolkəsdi / yolkəsənlik etmək /, qabaqkəsdi, ayaqhaqqı, bayramlıq, bardaş qurmaq, dəstəmaz almaq, təhrət almaq, abdəst almaq, qan düşməni, qan intiqamı, qanlı /qanlını qan tutar/, daşqalaq etmək, daşını atmaq, qızyığdı, qurban bayramı, novruz bayramı, orucluq bayramı, ramazan ayı, qurban demək.
4. Mifoloji leksika
Qulyabani, divanə //divana, Koroğlu, meşə adamı /ağac kimi/, damdabaca, Şaman, qam, muğ, ocaq, pir, ovsun, tilsim, çildağ, albastı, hal, hal anası, hal qarısı, ağır ocaq, tanrı. Humay, ağ qoç, qara qoç, işıqlı dünya, qaranlıq dünya, Pəri qızlar, simurq quşu, su məleykəsi /məlaikəsi/, nəzərdəymək, göz dəymək, nəzərçi, dönərgə, tilsimçi, cadu, cadugər, cadügün, ziyarət, ziyarətgah, cadu-pitik, kaftar, kaftarküs, cin, şeytan, hal aparmaq, ruh tutmaq, toxamaq /şər qüvvələrin toxunması/, ərdöv //ərdəy// ardəy, xortdan, xoxan, div// döy, əzrayıl, əjdaha, əcinnə, ruh, qara basmaq, qara evrən /KDQ/, qara əjdaha, kəlləgöz, təpəgöz, yeddiqardaş ilan, yeddibaşlı div /əjdaha/, gözmuncuğu, dağdağan, məcuc- yəcuc, dirilik suyu, çilləyə düşmək, çillə kəsmək və s.
Yeri gəlmişkən Moskvada «Sovetskaə gnüiklopediya» nəşriyyatında nəşr olunmuş «Mifoloqiçeskiy slovarğ» da /1991/ bir çox dünya xalqlarının mifologiyasına aid verilmiş sözlərə də diqqət yetirməyi lazım bilirik. Burada Azərbaycan xalqı içərisində işlənən mifoloji sözlərə də yer ayırılmışdır. Çox – çox təəssüflər olsun ki, burada cəmi- cümlətanı aşağıdakı sözlərə rast gəldik: Ajdaha sm. Ajdarxa, Afrasiab, Qölğ- əbani. Divanə sm. Divana, Keroqlı, Meşaadamı, sm. Aqaç kişi, xal, sm. Albası /M.S. 694/.
Özbək mifalogiyasına aid: Adjina- acina, Ajdarxo, sm. Ajdarxa, Albastı, Afrasiab, Bobo- Dexkon, Devona sm. Divana, Dev sm. Dəvı, Keroqlı /MS.702/.
Türkmən mifologiyasın aid: Ajdarka, Al, sm. Albastı, Albastı, Afrasiab, Divana, Dev sm. Dgvı, Ker-oqlı /MS, 702/ kimi sözlər verilmişdir ki, bu da türkdilli xalqların mifoloji leksikasını heç bir vəchlə əhatə etmir, başdansovdu verilmiş kiçicik bir siyahıdır. Lakin maraqlı burasıdır ki, erməni mifalogiyasını təmsil edən leksika içərisində: Ajdaxak, Anaxit, Anuşavan, Açuç – Paçuç /Azərbaycan dilindən Məcuc – Yəcucun variantıdır/, Baxt, Devı, Kadji, Keroqlı, Nemrut, Xazaran blbul /MS, 694/ və s. kimi şərq, xüsusən də türk xalqlarının mifaloji dünyasını təqdim edən sbzlər də vardır. Bu bir tərəfdən bizim mifolojiyaya rəğbətsizliyi, laqeydsizliyi göstərirsə, digər tərəfdən də tərtibçilərin içərisində bir nəfər də olsun azərbaycanlı mütəxəssisin imzasının olmaması həqiqətini türklərə məxsus mifalogiyanın /sözlərin/ ermənilərin adına çıxmasını aşkarlayır. Heç şübhəsiz, mənəvi leksikamızın əsaslı tədqiqata cəlb olunmaması da dilçiliyimizin kəsirlərindəndir.
Dini anlayışları, ayinləri əks etdirən sözlər və terminlər. Namaz /qılmaq/, oruc /tutmaq/, orucluq, dua etmək, qurban /kəsmək/, qurbanlıq, pir, nəzir- niyaz, nəzir daşı, səməd /allahın adlarından biri/, fəqih, cənnət, cəhənnəm, dua- pitik, hingir- mingir, canamaz, mehrab, möhür, möhürbənd, cədd, şəbih, şəbihgərdan, şəhid, şeyx, şeyxülislam, iftar /açmaq/, zəkat, sədəqə, təziyə.
Türk mənşəli rus soyadlarının bir qismi dini anlayışlar əsasında yaranmışdır /dini sözlərin bir qismi türkmənşəli olmasa da türk dilləri vasitəsilə keçdiyindən biz belə adlandırırıq/: Azançeev, Aminov, Veli Yamin// Veli- Amin, Dosniyaz, Kurban Ali, Kurbanaliev, Kurban –Ata, Kurban –bay, Musaev, Pirmaxambet, Romozan, Xadjimurat, Kadjimusa, Xadjimirza, Xadjiseyit, Xadjitemir, Xıdır, Xudayarbey, Xudobaşev, Çelebidaki, Karaneviç /N.A.Baskakov, Russkie familii… əsərindən/.
Sünnət mərasimi ilə bağlı sözlər : Sünnət, sünnət toyu // kiçik toy, qamış / sünnət aləti/, ülgüc, mil, kül, örtük, kirvə, kirvəlik, dəllək, kirvə payı, dəllək payı, külgördü, küldən çıxarma – kirvəgörmə.
Bu fəsildə bəhs etdiyimiz məsələlərə yekun olaraq aşağıdakıları söyləmək olar:
I. Etnoqrafik leksikanın maddi və mənəvi mədəniyyətimizi əks etdirən bəzi tematik söz qruplarının /yemək, geyim ev əşyalarının adları, oyun adları, xalq təbabəti leksikası, toy, yas mərasimlərinə aid sözlər, bəzi adət- ənənələrimizi ifadə edən sözlər, mifoloji, dini sözlər /tədqiqi göstərdi ki, Azərbaycan dilinin lüğət tərkibində bu qədim leksik təbəqə əhəmiyyətli yer tutur və ana dilimizin milli əözlərinin mövqeyi burada daha qabarıq nəzərə çarpır.
2. Etnoqrafik leksikanın araşdırılması dilimizin, habelə etnoqrafiyamızın tarixi və müasir vəziyyəti haqqında da aydın təsəvvür yaratmağa xidmət edir.
3. Etnoqrafizmlərin smilliliyi, ümumişləkliliyi, habelə xalqımızın məişətini, həyat tərzini, məşğuliyyətini və nəhayət özgünlüyünü ifadə etməsi həmin tematik qrupların söz və termin yaradıcılığında da aparıcı rol oynamasına və müxtəlif amillər, əlaqə və münasibətlər nəticəsində bir çox başqa dillərə də keçməsinə /əvvəlcə ekzotik sözlər, sonradan isə alınmalar kimi/ səbəb olmuşdur.
4. Azərbaycan dilinin etnoqrafik leksikasının başqa türk dilləri, habelə qohum olmayan dillərin materialları ilə müqayisəsi də bəzi maraqlı faktları, paralelləri aşkara çıxartdı.
II F Ə S İ L
AZƏRBAYCAN DİLİNDƏ SÖZ YARADILIĞI PROSESİ
VƏ ETNOQRAFİZMLƏR
Təbiidir ki, etnoqrafiya elmi hər bir xalqa məxsus özümlü cəhətləri, məişəti, həyat tərzini, maddi və mənəvi mədəniyyət, adət-ənənə və s.ni öyrəndiyi üçün, araşdırdığı üçün burada lüğət tərkibindən söhbət gedərkən birinci növbədə həmin xalqın qədim milli söz və deyimləri, onomastik ad sistemi nəzərdə tutulmalıdır. Lüğət fondu milli tərkib cəhətdən, mənşə etibarilə, əsasən, Azərbaycan dilinin öz sözləri əsasında yaranır.
Lüğət tərkibinin dəyişməsini, inkişafını dilin lüğətlərini izləməklə də müəyyənləşdirmək olar. Əlbəttə, ədəbi dilimizin uzun tarixli inkişaf mənzərəsini təsəvvür etmək üçün ötən əsrlərdə olduqca az tərtib edilmiş lüğətlər // burada isə əksəriyyəti ikidilli lüğətlərdir/ bir o qədər də əsas vermir. Bu cəhətdən son yüzilin mövqeyi daha çox diqqəti çəkir. «Lüğət tərkibini sovet dövründə / bu dövr 71 il davam etmişdir – İ.M./ necə inkişaf etdiyini müxtəlif illərdə tərtib olunmuş lüğət kitablarının sözlüyünün müqayisəsi yolu ilə müəyyənləşdirmək olar. Məsələn, S.M.Qənizadənin lüğətində / lüğəti – rus və tarixi əsəri. S.M.Qənizadə, Bakı, «Kaspi» 1909/ ictimai- siyasi leksika yox dərəcəsindədir, eləcə də o sözün ki, 20-ci, 30-cu illərdə ictimai- siyasi məzmunu güclənir, bu lüğətdə daha çox məişət məzmununda çıxış edir. Onun lüğətlərində etnoqrafik leksika üstündür /Başqa cür ola da bilməzdi: hələ ictimai-siyasi məzmun güclənməmişdi –İ.M./ . Həlbuki sovet dövrü / siyasi hakimiyyətlə bağlı xalqımızın yaşamalı olduğu 71 il sovet hakimiyyətinin adı ilə belə adlandırılmışdır – İ.M./ bu cür vavhidlər minimal həddədir. Sovet dövrünə qədər deyək ki, İ.Nəsiminin, M.Füzulinin, M.P.Vaqifin dilində etnoqrafik leksikanın işləkliyi dilçilik ədəbiyyatında onların dil demokratizmi kimi qeyd edilir. Sovet dövründə də ən çox ədəbi- bədii, eləcə də publisist dildə bu cür vahidlər işlənir. Lakin artıq bunu inqilabaqədərki dövrdə olduğu dərəcədə qiymətləndirmək mədəni-tarixi, eləcə də linqvistik –idraki baxımdan düzgün deyil. Benəlmiləl leksikanın axını / ictimai şüurun rus- apropa düşüncə tərzinə üz tutması ilə əlaqədar olaraq / xüsusilə 20-ci – 30-cu illərdə lüğət tərkibinin etnoqrafik aktivliyi ilə mübarizədə qalib çıxır, hətta dünənə qədər etnoqrafik məzmunu ilə küngdə- bucaqda qalan söz bu gün ictimai- siyasi mənaya malik olur, sinfi mübarizə silahına çevrilir. Ümumiyyətlə, sözün ictimai dəyəri təbii gedişlə artmır, sözə məzmunu zamanın ictimai aktivliyi verir.1
Azərbaycan dili leksikasının ay rı- ayrı sahələrində olduğu kimi etnoqrafik leksika sahəsində də söz yaradıcılığı problemini araşdırmaq leksikologiya elmi üçün tarixi və müasir plandp mühüm əhəmiyyət kəsğ edir. Bəllidir ki, Azərbaycan dilinin söz yaradıcılığı məsələlərindən bəzs edən tədqiqatçılar təsnifatlar aparmışlar. S.Ə.Cəfərov sözyaradıcılığında üç: a/ leksik, b/ morfoloji, v/ sintaktik yolla sözlərin yaranmasından danışmışdır.2 H.Ə.Həsənov isə söz yaradıcılığının əsas tiplərinə a/ leksik- semantik, b/ sorfoloji- sintaktik, v/ leksik- morfoloji, q/ leksik- sintaktik üsulları daxil etmişdir.3 Başqa tədqiqatçılar da bu barədə təsnifatlar aparmışlar. Biz isə Azərbaycan dilçiliyində söz yaradıcılığında ənənə kimi sabitləşmiş, leksik, morfoloji, sint aktik üsullar əsasında tədqiqat aparmışıq. Araşdırmamızda bunlara istinad etmişik. Yeri gəlmişkən etnoqrafik sözlərdən termin yaradıcılığında istifadə edilməsi faktına da diqqət yetirək.
I. LEKSİK ÜSUL
Müxtəlif elm və texnika sahələrində termin yaradıcılığı məsələsinin həllində müxtəlif üsullarla yanaşı leksik üsula da müraciət olunur.
M.Qasımov Azərbaycan dilindəki termin yaradıcılığından bəhs edərək yazır: «Termin yaradıcılığında tətbiq olunan əsas üsullardan biri semantik üsul, yəni dildəki ümumişlək sözlərdən həm də elmi- texniki terminlər kimi istifadə edilməsidir. Terminologiyada ümumişlək sözlərə tamamilə yeni məna verilir»1. Daha sonra müəllif həmin fikrini inkişaf etdirib Aşağıdakıları göstərir… beşik, köynək, pəncə, həyəcan, zaman, kök, düymə, sərğa, yəhər diş kimi bir sıra başqa sözləri hazırda elmi- texniki terminologiyaya gətirmək mümkündür. Başmaq sözü buna misal ola bilər.2
Etnoqrafik leksikaya aid olan sözlər leksik ysulla əsaslanılmaqla elmi- texniki terminqlər funksiyasında çıxış edir. Belə sözlər sırasında aşağıdakı leksik vahidləri nümunə gətirmək olar: ayna, açar, balta, başmaq, bıçaq, qazan, qayçı, döşək, düymə, ələk, ərsin, kəmər, kürək, kürsü, mətbəx, nimçə, oymaq. Oxlov, ocaq, örtük, sancaq, siyirtmə, sırğa, süzgəc, tava, tana, toxmaq, xəlbir, çəkic, çərçivə, çəngəl və s.
Texniki termin kimi işlənən bəzi etnoqrafizmlərə aid nümunələri xatırlatmaq yerinə düşərdi. Düymə: Barmaqla basmaqla elektrik xəttindəki cərəyanı qapamaq, bağlamaq və müxtəlif mexanizmləri işə salmaq üçün mütəhərrik düyməcik: knopka /ADİL, II c., s.172/. Düymə sözü sözyaradıcılığında çox fəal iştirak edir: düymələmə, düymələmək, düymələnmək, düymələtmə, düymələtmək, düyməli, düyməçə, düyməçələmə, düyməçələmək, düyməçələnmə, düyməçələnmək, düyməçəli, düyməçə.
Kəmər: I. tex. İçərisində su, neft, qaz və s. axıtmaq üçün metal və ya saxsı boru.- Neft kəməri, su kəməri, qaz kəməri. 2. zool. Soxulcanın bədəninin qabaq tərəfində qalınlaşmış hissə.Kəmər. 3. arxit. Qapı, pəncərə və s. üstündə yarımdairə /qövs/ şəklində tac. /ADİL, IIIc., s.45/.
Köynək. 3. tex. Örtük, sipər, sipər… Qoruyucu köynək həncama vasitəsilə birləşdirilmiş, oynaqlı iki yarımhissədən ibarətdir. 4. Baramanın iç qatı // Buğdanın üstündə olan nazik qabıq. 5. məh. Arabanın dəmir oxunun yerləşdiyi ağac hissə /ADİL, IIIc., s.102/.
İndi də texniki termin kimi işlənən etnoqrafizmlərdən ibarət bir sıra söz birləşmələrini nümunə gətiririk:
Açar: Avtoqaz açarı, yönəldici açar, ion açarı, paket açarı, pnevmatik açar, teleqraf açarı, telefon açarı, çağırış açarı, civə açarı, hava açarı, zəngirli açarlar, çeşidləyən açar, kod açarı, uc açarı, teleidarəetmə açarları, tufanötürücü açar, ştanq açarı, açarlı pult və s.
Balta: ekssentrik balta, spiral balta, pərli balta, şaroşkalı balta.
Başmaq: jelonka başmağı, kəmər başmağı, frez başmağı;
Qazan: buxar qazanı, qazan aqreqatı, qazan qurğusu, qazan turbin bloku, elektrik qazanı;
Tava: yoxlama tavası, torfizolyasiya tavası, qaşovlama tavası, üzlük tava, soyutma tavası;
Süzgəc: əks süzgəc, ikibəndli süzgəc, istilik süzgəci, tezlik süzgəci, elektrik süzgəci, avtoparametrik süzgəc.
Dostları ilə paylaş: |