Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə48/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   44   45   46   47   48   49   50   51   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

ŞAHZADA BƏHRAMIN NAĞILI

Əli Rəhim oğlu

Qazax- 1926

Ustatnama
Könül bais olma yar yoldaşa

Cəhd elə yıxılanı əlindən qap

Güvənmə bəgligə, gülmə gədayə

Axır bir gün səndən çəkərlər hesab.


Aynan gün gərdiş elər başına

İki sonu bir-birinə yetişə

Uruzu qarardı gələr yetişə

Həzar ölkə gəz, həzranda çap.


Bivəfa ilə oturuban durmayın

Vəfalının hərgiz tərkin qılmayın

Artıb dərdi gün gündən bihisab

“Abbas” edər söda şikayət könül.


Ustatdar bir deməyib iki deyər. Biz də deyək iki olsun.

Bizdən salam olsun kamil ustada

Ustat etməyənin işi xam qaldı

Neçə danəndələr getdi dünyadən

Yerində bir neçə ağlı kəm qaldı.
Əgər bu dünyada ömr etsən yüz il

Əlində təsbəhin sanasan yüz il

Həzrət Nuh ömr etdi min doqquz yüz il

Sanasan bir gün, bir axşam qaldı.


Təkəbbur insana salam eləməz

Gədayi kimsəyə ənam eləməz

Heç kəs bu dünyanın işin tamam eləməz

Çoxlar cəhd elədi natəmam qaldı.


Mərətti Allahi deyər ay nəsib ilə

Səmadən baş vermiş ay nəsi ilə

İsgəndər mülküdü ay nəsir ilə

Nə Cəmşid paççah, nə də cəm qaldı.


Ustatdar iki deməyib üç deyər. Biz də deyək üç olsun:

Ay ağalar heç kəs yalqız olmasın

Yalqız igidin işinə daşdan tufar deyəllər

Bizirkansan aç matahın xırd elə

Arallar o gökdə nə var deyəllər.
Tanıyannar ələ alar alıcı quşu

Zurraf olan tanıyar qiymətdi daşı

Oğul atadan sonra artırsa işi

El içində ona təran deyəllər.


Bircə çalış mətləvin yetgin

Fuğaranın bir əlinnən dutgunan

Hər nə etsən öz əlinnən etgilən

Min balanı başdan savar deyəllər.


İsgəndər atandı çıxdı zülmətdən

Xəzr endi içdi ab həyatdan

Söz düşdü qılıcdan, igitdən, atdan

Surfanı hamıdan ziyat deyillər.



İsfahan vilayətinin şahı olan Astan şah öz daril imarəsində əy­­ləşmişdi. Vəzir ilə söhbət eyliyirdi. Bu söhbətdən fariq olan­nan son­ra Astan şah usta istədi. Bəhökm şah usta hazır olub şa­hın ba­şını təraş etməyə başladı. Şahın başını qurtarıb ona ayna ver­di. Şah öz əksinə tamaşa eləyəndə gördi sinni keçib (ustat­ların demə­yi­nə görə Astan şahın yaşı 50-60-a çatıbbış) bir ah suznaq çəkib dedi: “Vəzir, sən bilirsənmi, mən bu ahi nədən ötrü çəkdim?”

– “Şah sağ olsun! Bilmirəm, hərgah söyləsən əlajini eləyə bi­lərəm”.”Vəzir söylərəm ancaq o əlaj sənin əlində dəgil, qulaq as söylüyüm: – Ey danəndə vəzir, mənim yaşım keçib bir piran ha­lına gəlmişəm, ancaq bir öyladım yoxdu ki, mən ölənnən sonra bu tac-taxtıma sahib olub İsfahan mülkini dolandırsun.

– Şah sağ olsun, bu yaman dərdin əlajini mən elərəm. Ancax mə­nim dediyimə qulax asasan. “Hərgah sənin qəlbin yumşalıb və səxavət əlin açılıb camaata rəhm eləsən o elin duası mustəcab olar və Allah taala sənə öylad zükür kəramət elər”.

Şah vəzirin bu nəsihətlərini eşidib fağır fuğaraya hədsiz, he­sab­sız pul və mal verib yeddi il camaatdan bac və xərc almadı.

Şah bir gün yatmışdı, aləm röyada bir xoş sima munun başı­nın üstündə durub deyir: – “Ey şah, hərgah yatıbsan, oyan, oyaq­san­sa əşit. Sənin camaətə verdiyin dölət və elədiyin yaxşılıq hə­dər getmədi. Allah taala sənə bir öylad zükür kəramət elər. O dün­­yayə gələndə adını Bəhram qoyarsan. Və Bəhram çox zəh­mət­lər və əzablar çəkər. Amma axırda adı dünyanı dutub sənin çi­ra­ğını başatan yandırar. İkinci bir öyladın olar ki, onun da adı­nı Heydar qoyarsan. Bu da Bəhramdan daha ziyada şücaətli olar.

O şəxs bu sözdəri söylüyüb şahın gözünnən qayib oldu. Şah höl­nak yuxudan bidar olub vəziri hizurə istədi. Bə hökm şah və­zir şahın hizurinə gəldi. – Şah sağ olsun, mənim üçün nə qulluq? – dedi. Astan şah başına gələn qəzanı tamamilə vəzirə söylədi, tədbir və çarə dilədi.

– “Şah sağ olsun, həmin gəzdiyindi ki, tapubsan. Genə fağır-fuğaraya gül nisar elə axırı xeyir olar”.

Şah vəzirin dediyinə əməl edib genə fuğaraya hədsiz- hesab­sız pul payladı. O günnən o vaqyanın tarıxını qoyub, ta inki doq­quz ay, doqquz gün, doqquz saat, doqquz dayqa tamam oldu şah­­zada Bəhram dünyaya gəldi. Astan şah şad olub qırx gün İs­fa­han şəhrini bəzəndirib camaatnan şadlıx elədi. Bəhramı o gün­nən dayaya, dayadan lələyə verdilər, yeddi yaşa yetişdi, bu za­man məktəbə qoydular. On iki yaşına qədər Bəhram məktəbdə oxuyub və həmi də dava məşqini təmamilə öyrəndi.

Bir gün Bəhram saraylarının eyvanında oturmuşdu, şikarə çıxmış bir des atdı görüb vəzirdən soruşdu: “Bu nə atdıdı”.

– Tasatdığın olum bular şikar edub ovdan gəlir. Bəhram heç şi­­karə getməmişdi. Onun üçün çox həvəslənib dedi: “Vəzir atam­nan izn al, mən də şikara getmək istəyirəm”. Vəzir “bə çəşm” deyif Astan şahın yanına gəlib Bəhramın şikara getmə­sinə izn istədi.

– Vəzir Bəhramın qəlbini sındıra bilmərəm. İzn verdim, am­ma sən də onnan barabar get. Gözdə amandı bir balaya düş­mə­sin və öz torpağımızdan kənara getməsin, çünkü bu diyar­larda çox cadı var. Olara rast gələr, öyüm yıxılar, balam əlajsız dərdə düçar olar.

Vəzir şahın tapşırıxlarına “bə çəşm” deyif şahzada Bəhra­mın yanına gəldi. Yeddi yüz atlı götürüb izzət və cəlal ilə əzm şi­kar oldular. İsfahanın uja dağlarına yetişdilər. Şikargahlarda se­yid etməgə başladılar. O qədər şikar ilə məşğul oldular ki, lap ax­şam oldu. Şahzada atdılarınan baravar bir məkanə gəldi, ora Sistannan İsfahanın arasıydı. Yorğun olduxlarınnan çadırlarını qu­rub o gecəni orda yatdılar. Amma şahzada Bəhram şikarın şo­kun­dan sabaha qədər yatmıyıf şikar alətlərinə sığal verirdi. Ta inki sabah vaxtı olub hökm elədi bütün qoşun atdanıb amadəyi şikar oldular. Bəhram vəzirə dedi: “İndi söylə görüm hayanda yaxşı ov taparıx, o tərəfə gedək.

– Tasatdığın olum. Bavan mənə tapşırıb ki, həm öz tor­pa­ğı­mız­dan kənarə çıxmayın və həm də şikardən tez qayıdın. Ona gö­rək gərək İsfahan şəhrinə qayıdax.

– Vəzir and olsun babamın cığasına qırx günədək bu şikar­dan dala qayıtmaram.

– Şahzada sən bilərsən, ancaq munnan belə biz gedə bilmə­rik. Hərgah getsək onda Kabil əhlləri bizdəri həlak edər. Bəhram və­zirin bu sözdərinə qəzəb olub, – kimdi mənim bu qılıncımın qa­bağını qaytaran? – deyib atına bir mahmız tiz göstərib Sistan mül­kinə tərəf getdi; biçarə vəzir naəlaj qalıb qoşunnan baravar munun dalınca getdi. O qədər at sürdülər ki, Sistan vilayətinin bir gözəl yaylağına yetişdilər.

Orada dil düzən çadır göründü. Şahzada Bəhram atına mahmız gös­tərib çadırın yanına getdi. Çadıra nəzər yetirdikdə nə gördü? Zərin çadırda bir gözəl əyləşib, misli manəndi dünyada yoxdu. Şah­zada bu ceyran misal qızı görçəgin bir könüldən min könülə aşıq gi­riftar oldu. Ordan birbaşa vəzirin yanına gəldi dedi: “Mənim şika­rım bu idi. Daha mənə bir şikar lazım dəgil. Amandı bir çarə elə”.

– Tasatdığın olum, sakit ol. İndi mən o çadıra gedib əhval du­taram. Vəzir bir neçə ağsaqqal qarasaqqal ilə həmin çadıra get­di. Xacələr və cavanlar buları pişvaz edub mehmanxanaya apar­dılar. Bir qədər söhbətdən sora vəzir əhvalatı açdı:

– Hazırun İsfahan şahının oğlu şahzada Bəhram bu qıza aşıq olub, məni onnan ötrü buraya göndərib ona cavavınız nədi?

– “Vəzir sağ olsun biz nəçiyik cavab verək. Bu qız Xtan vi­la­yətinin şahı olan Ali şahın qızıdı, Sistan yaylağına seyrə çıxıb. Bir neçə günnən sora öz vilayətinə gedəcəkdir. Bəlkə orda ata­sın­nan alasınız. Yoxsa bu yol üstündə elə iş olmaz”.

Gəlin beylə bir iş eliyək. Hər ikisi bir-birinə söz versin, ni­şan taxax, sora Xtan vilayətində bir-birinə yetişərlər.



Xacələr bu sözü qıza söylədilər. Qız razı oldu o saat nişan tax­dılar, qızın mirvarid üzüyünü şahzadaya şahzadanın üzüyünü də qı­za verdilər. Şahzada bu işə çox şad oldu. Axşam qoşun əhli yuxuya getdisə də o şokunnan yatmadı. Gəl sənə qızın dayəsinnən xəbər verim: O gecə şahzada Bəhram xofundan dura bilmiyib hökm etdi kəcavə yüklənib Xtan şəhərinə tərəf yola düşdü. Bu yannan şah­zada Bəhram qızın şokunnan yata bilmiyib qılıncı belinə bağlayıb yavaş-yavaş qızın çadırına tərəf getməyə başladı. Yetişdikdə gördü nə çadır var, nə qız. Məyus olub filfor vəzirin yanına qayıtdı. “Nə yatıbsan dur, şikar əldən çıxdı.Vəzir hölnak qalxıb gördü şahzada Bəhram gözünnən ab nisan kimi yaş tökür. Soruşdu: “Şahzada nə içün giryan olmuşsan. Səbəbini söylə əlaj elərəm”.

– Vəzir, dilim dutmur, qulaq as saznan söznən deyim:

Şahzada Bəhram:

Aman vəzir əlaj elə dərdimə

Gözümə görünmür oralar indi,

Siryaqublar yaman düşdü araya

Onunçün uzaxlaşdı aralar indi.
Əlinə almışdı topnan tüfəng

Dünyaya gəlmiyib bir belə nəhəng

Qoyduğu nişanadı atdığı xəndək

Bağrımın baş başına yaralar indi.


Çətin Bəhram bu dərddərə dayana

Yatmış könlüm bu qəflətdən oyana

Gərək üz çöyürəm şaha Xtana

Gül xəndan zülfünü paralar indi.


Şahzada Bəhramın cavabında Vəzir:

Oğul qorxma müşkülünü bitirrəm

Qayıdıban künc xəzinə gətirrəm

Arızı edib mətləbinə yetirrəm

Qoymaram gül şanın solalar indi.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin