«Sirena» ABS-nin yaranma tarixi və məhsulları
Keçmiş SSRI məkanında ilk avtomatlaşdırılmış bronlaşdırma sistemi olan «Sirena» SSRI Elmlər Akademiyasının alimləri və SSRI Cihazqayırma Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmışdır və 1972-ci ildən işləməsi həyata keçirilmişdir. Bu sistemin yaradılmasının əsas məqsədi aviakassalarda olan növbə axının qarşısını almaq və onların işini yüngülləşdirməkdən ibarət olmuşdur. Bundan başqa, bu sistemin tətbiqi müəyyən dərəcədə daxili xətlərdə yerlərin dolmasını maksimal həddə çatdırmaq idi. «Sirena» uzun müddət vahid ABS kimi fəaliyyət göstərib. 1981-ci ildə texnologiya resurslarının tükənməsində «Sirena-2» ilə əvəz edildi. Lakin tezliklə daxili sərnişin dövriyyəsinin artması ilə əlaqədar «Sirena-2» yararlı olmadığı üçün onun modernləşdirilməsi qərara alındı. Bir neçə alternativ layihələr hazırlandı: «Sirena 2M», «Sirena 2.3», «Sirena 3», «Sirena 2000».
«Sirena 2M» 1994-cü ildə işə buraxıldı. Bu regional mərkəzlər üçün nəzərdə tutulub (Sankt Peterburq, Xabarovsk, Yakutsk, Rostov və s.)
«Sirena 2000» ildə 30 milyondan çox aviabiletlərin bronlaşdırılması və satışı üçün nəzərdə tutulmuş bir sistemdir.
Digər sistemlərdə olduğu kimi “Sirena” sisteminin də bir sıra təklif etdiyi əlavə proqramlar paketidə mövcuddur, məs, “Astra”, “SPDA”, “SOPKA” və s.
Fəsil III. Aviaşirkətlərin paylaşdırıcı sitemləri
Dünya avianəqliyyat sisteminin inkişafının əsas amillərindən biri olan avtomatlaşdırılmış bronlaşdırma sistemi avriaşirkətlərin aralarında olan əlaqənin möhkəmlənməsidir və onların kommersiya işlərinin uğuruna zəmin yaradır.
Bu proses hələ 1960-cı illərdə başlamışdı və bu günkü gün böyük sürətlə inkişaf edir. Əsasən dünya avianəqliyyatı məhsulu bazarı, 4 böyük sistemlər arasında bölüşdürülüb və indinin özündə də avianəqliyyat məhsulunun ixracı bazarında inteqrasiya prosesi davam etməkdədir.
Sistemin klassifikasiyası–aviasiya bazarında bir neçə satış sistemi vardır ki, onların funksional imkanlarından asılı olmayaraq indiki vaxtda onlar bir adda olaraq avtomatlaşdırılmış bronlaşdırma sistemi adlandırırlar. Məsələn, ASB (ABS)–Avtomatlaşdırılmış bronlaşdırma sistemi mərkəzi kompyuterin və a/ş–də yerləşdirilmiş terminalların sayəsində daşımaları bronlaşdırır (bir neçə a/ş istifadə edəndə kollektiv ABS kimi qeyd edilir). Aeroflotun KABS-Avropa ASS (ASP) avtomatlaşdırılmış satış sistemi, eləcə də ABS-dir, yalnız tariflərin avtomatik hesablanması və bronlaşdırma funksiyasının modernizə olunması ilə seçilir. Aeroflotun satış sistemi “Sirena”, AİA (AAMİS) ixrac sistemi-avtomatlaşdırılmış aviasiya məhsulunun ixrac sistemi, eyni ilə ASS terminallarda və aviaşirkətin xidməti sahəsində, eləcə də turist agentliklərində yerləşdirilib. Məsələn, Qərbi Avropa aviaşirkətlərində də terminallar turist agentliklərin ofislərində və əsasən ölkənin daxilində yerləşdirilib. KAAMIS-eləcə AAMIS-kollektiv istifadə üçün a/ş və iştirakçılar eyni səviyyədə istifadə edə bilər. Sahibkar özü haqda baza məlumatı yerləşdirir (cədvəl, təyyarənin kompanovkasını, tarifi, boş yerlərş və s.) və öz reyslərini bronlaşdırmağa imkan verir.
KAAMIS D – Daxili aviasiya bazarı üçün və sahibkarın yerləşdiyi ölkənin daxili üçün.
KAAMIS B - Beynəlxalq ölçülərdə, xaricdə olan agentliklər, turist agentliklərin qoşulması, daxili terminallardan 1 % - ə qədərindən az olmamaq şərti ilə.
Agent proqramını sərnişin və yük agentlərinin fəaliyyəti əhatə edir. Bölüşdürücü təcrübədə, pərakəndə satışda, hava nəqliyyatı fəaliyyətdə paylayıcı rolda iştirak edir. Onlar aviaşirkətlərin ixtiyarına 165-dən artıq ölkədən klassifikasiyalı agentlərin bazarına çıxmasına imkan verir. Bu proqram aviaşirkətlərin dünya satış bazarına çıxmasına imkan yaradır. 1987-ci ildən İATA-nın üzvü olmayan aviaşirkətlər həmin satış sistemlərində əməkdaşlıq edə bilər. Məsələn, aviaşirkət ancaq bu qrupdan istifadə edərsə (məs: Aeroflot) il ərzində 0,1% valyuta üzrə satışı qaldıracaq, bu isə ildə 100 milyon dollar əlavə gəlir edəcək.
Ərazi Zonal Hesablama Mərkəzi – qarşılıqlı hesablaşmada xərclərin azaldılması məqsədi ilə çox ölkələrdən ƏZHM yaradılıb. Bu əsasən aviaşirkətlərin satışını aparan agentlər arasında və daşıma sənədlərinin daşınması xərclərinin azaldılmasında, qarşılıqlı hesablaşmanın aparılması vaxtının qısaldılması üçün nəzərdə tutulur. 1971-ci ildə bu sistem Yaponiyada və 1987-ci ildə Avstraliyada, Avstryada, Baham adalarında, Belçikada, Lüksemburqda, Bermud adalarında, Fransada, Almaniyada, İtaliyada və s. 22 ölkədə təşkil olundu. Zonal Hesablama Mərkəzinə (ZHM) İATA-nın üzvü və qeyri üzvü olan aviaşirkətlər daxil ola bilər. Əvvəllər İATA–nın üzvü olan aviaşirkətlər birdəfəlik 3000 Kanada dolları ödəyirdilər, bundan əlavə heç bir ödəniş verilmirdi. Qeyri üzv olan aviaşirkət hər il 2500 Kanada dolları ödəməli idi. Məsələn, Spainair 1987-ci ildə “Keneden İnternational Airlines (KİA) şirkətinə daxil oldu. Həmin aviaşirkət İATA–nın üzvü olmasaydı ZHM-nə ildə 50000 dollar ödəməli idi.
Tariflərin razılaşdırılması. Bu sahə İATA–ya üzv olmadanda həyata keçirilir və İATA–dan gələn səmərə 0-ra bərabərdir. İndiki zamanda mərkəzləşdirilmiş tariflərə nəzarət ləğv edilməsə də bu prosesi daha çox aviaşirkətlər özləri həyata keçirirlər. Lakin, İATA-nın burada bir qrup nəzarətçi təşkilatları yaradıb və tariflərə nəzarət olunur.
Proreyt hesablaşmanın təşkili. Aviaxətlərin müxtəlif hissələrində (beynəlxalq və daxili daxil olmaqla) tarif stavkaların təyin edilməsidir. İATA–nın qoyduğu qayda üzrə aviaşirkətlər arası bir sənəd üzrə (bilet və ya yük qaiməsi) daşımaların hesablanması həyata keçirilir.
Dünya poçt birliyi ilə iş. Dünya poçt birliyi əvvəllər poçtların tariflərini özləri müəyyən edirdi və bu çox vaxt aviaşirkətlərin ziyanına işləyirdi. İATA–nın müdaxiləsindən sonra burada tarif siyasəti aviaşirkətlərin xeyrinə həll oldu.
Nəticə
Kurs işində aviasiya sahəsinin ayrılmaz hissəsi sayılan daşımaların satışı və bronlaşdırma üzrə dünya paylaşdırıcı sistemləri və aviaşirkətlərin paylaşdırıcı sistemləri ilə yaxından tanış olduq. Daşımaların satışının təhlili zamanı onların sərbəst və agent vasitəsi ilə satış olaraq iki yerə bölündüyünü gördük. Satışların bu cür bölgüsünün aparılmasında aviaşirkətin regional vəziyyətləri də nəzərə alınır.
Avtomatlaşdırılmış paylaşdırıcı sistemlərinin, əl ilə bronlaşdırma aparıldığı vaxtlarda müqayisəsi zamanı nə qədər önəmli olduğunu aydın şəkildə gördük. GDS-in yaradılması nəticədə həm aviaşirkətlərin, həm də saatlarla növbələrdə gözləyən insanların işini nəzərə çarpacaq dərəcədə asanlaşdırmışdı.
Bu gün bazar sistemində aviabiletlərin dörd iri onlayn sistemində bronlaşdırılması təqdim edilmişdir. "SABRE", "QALİLEO" (Gendont kompaniyasına məxsusdur), "AMADEUS" (1987-ci illərdə Avropanın aparıcı kompaniyaları tərəfindən yaradılmışdır) və "WORLDSPAN" (Delta və Northwest kompaniyalarının nəzarəti altındadır). Bu cür iri bronlaşdırma sistemləri yüksək rəqabət şəraitində yaradılmışdır. Bu iri sistemlərlə yanaşı “Abakus”, “Sirena” kimi nisbətən kiçik bronlaşdırma sistemləri də fəaliyyət göstərir.
Xarici kompaniyaların və İATA-nın məlumatına əsasən aviabiletlərin elektron nağdsız hesablaşma yolu ilə hərəkət mexanizmi 75% səmərə ilə başa çatır. Ona görə də qeyd etmək lazımdır ki, istənilən təşkilatın avtomatlaşdırılması qismən əmək və material xərcləri tələb edən müasir texniki vasitələrin mütləq mənada iqtisadi səmərəliliyinin əldə edilməsini təmin edir.
Ulu öndərimiz H.Əliyevin müstəqilliyimizin 93-cü illərindən sonra hakimiyyətə gəlməsi ilə bağlı olaraq, Azərbaycan Aviasiyası Beynəlxalq standartlara cavab verən yeni texnoloji aspektdə quruldu. Texnoloji dəyişikliklər hava daşınmalarını müasir intellektdə həyata keçirməyə başladı. Qeyd edildiyi kimi: "Qlobal şəhər və yer deyil, bu prosesdir". Bu prosesi ulu öndərimizin davamçısı, ölkə Prezidenti İ.Əliyev daha qabarıq şəkildə davam etdirdi. Ölkə Prezidenti başda olmaqla "AZAL" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən aparılan kadr siyasəti Aviasiya daşınmalarında Beynəlxalq Standartlara cavab verən yeni və müasir texnologiyaların tətbiqini genişləndirdi. Hal-hazırda "Qabriel", "Amadeus" və s. forma daşıyan elektron aviabiletlərinin elektron nağdsız hesablaşma üsulunda sifariş edilməsi, bronlaşdırılması mühüm rol oynayır.
Beləliklə, yeni texnologiyaların tətbiqinin əmək və dəyər xərclərinin aşağı salınmasında, iqtisadi səmərəliliyin əldə edilməsində müsbət təsiri vardır.
Ədəbiyyat
В.Г. Афанасьев «Основы международных воздушных сообщений» М., 2010
F.F. Ələkbərova, T.T. Tağıyev “ Hava nəqliyyatının kommersiya istismarı” Bakı, 2003
E.Ə. Əliyev “Qloballaşma dövründə beynəlxalq nəqliyyat daşımaları” Bakı 2006
“AZAL QSC-nin uçuşlarında sərnişin aviadaşımalarının bronlaşdırılması və rəsmiləşdirilməsinin bəzi qaydaları” Bakı 2007
В.М. Тихонов «Система мирового воздушного транспорта» М., 1999 г.
Б.Н. Болотов, А.Р. Яшкин «Коммерческая эксплуатация воздушного транспорта» М., 1999 г.
Dostları ilə paylaş: |