“Azərbaycan Hava Yolları” qsc



Yüklə 0,89 Mb.
səhifə9/13
tarix10.01.2022
ölçüsü0,89 Mb.
#106518
1   ...   5   6   7   8   9   10   11   12   13
1.4.Bitki və torpaq örtüyü
İqtisadi rayonun düzən relyefi, bol aqroiqlim ehtiyatları, Kür və Araz çayları kimi su arteriyaları, suvarma şəraitində məhsuldar olan torpaqlar kənd təsərrüfatı işləri aparılması və əhalinin məskunlaşması üçün əlverişli təbii şərait yaradır. Kür çayının sahillərində tuğay meşələri vardır.

Ərazinin düzən və quru subtropik iqlimdə yerləşməsi əkinçiliyin heyvandarlıqdan daha yaxşı inkişaf etməsinə səbəb olmuşdur. Lakin ərazinin çox quraq olması irriqasiyaya (süni suvarma) səbəb olub. Suvarmada Mingəçevir, Varvara, Bəhramtəpə su anbarlarından, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarından istifadə olunur. Aran iqtisadi rayonu k/t-nın müxtəlif sahələri - pambıqçılıq, üzümçülük, taxılçılıq, quru subtropik meyvəçilik (heyva və nar) üzrə ixtisaslaşıb. Bu rayonda həmçinin tərəvəzçilik və bostançılıq inkişaf edib. Qış mülayim keçdiyindən regiondan qış otlaqları kimi istifadə olunur.



Kür-Araz çayları boyu ensiz zolaq şəklində uzanan tuqay meşələri iqtisadi rayonun təbii sərvətlərindəndir. Kür, Araz, Qanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşikl edir.

Köçəri, bataqlıq və suda üzən quşların qışlaması, yuva salması və balıqçılıq əhəmiyyətli növlərinin yetişdirilməsi üçün Ağgöl dövlət qoruğu təşkil edilmişdir. Ərazisi 4,4 min hektar olub, Ağgölün akvatoriyasını əhatə edir. Ağgöl Kür-Araz ovalığının Mil düzənliyində yerləşir və "ornitoloji sahə" də adlandırıla bilər. Ağgöl ərazisində, əsasən, cənub qamışı üstünlük təşkil etməklə su-bataqlıq bitkiləri başlıca yer tutur. Xarakterik olan su bitkilərindən sünbülşəkilli urati, daraqşəkilli su sünbülü, ipək tükyarpaq, parıldayan qıvrımsaç, adi qovuqca, dəniz molyuskası və s. təsadüf olunur.

Respublikamızın əkinçilik regionu olan Aran iqtisadi regionunun torpaq örtüyü əsas etibarilə boz və açıq şabalıdı torpaqların müxtəlif növlərindən ibarətdir. Bu torpaq növlərindən əlavə, ərazinin müxtəlif sahələrində çəmən-bataqlıq, şoranlaşmış və qumsal torpaqlara da təsadüf edilir. Boz torpaq və onun ayrı-ayrı növləri başlıca olaraq Kür-Araz ovalığında yayılmışdır. Çəmən-bataqlıq torpaqlara isə ovalığın müxtəlif sahələrində geniş sahəni əhatə edən talalar şəklində təsadüf edilir. Ovalığın Böyük və Kiçik Qafqaz dağlarına birləşən dağətəyi hissələrinin torpaqları daha məhsuldar olan tünd şabalıdı, şabalıdı və açıq şabalıdı, dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlardan ibarətdir.

Sabirabad rayonu ərazisində əsasən boz-çəmən torpaqlar yayılmışdır. Ərazidə yarımsəhra bitkiçiliyi üstünlük təşkil edir. Ayrı-ayrı sahələrdə səhra bitkiçiliyi də mövcuddur. Səhra bitkiçiliyində şoran torpaqlara da rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt kolluqlara : qara şoran, xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada həmçinin Xəzər şahsevdisi, kolvari dəvəayağı, çərən, həmçinin birillik lətli şorangələr-duzlaq coğanı və s. bitkilərə rast gəlinir.

Regionda yarımsəhra qruplaşmalarında yovşanlı, şorangəli, efemerli və az sahədə kəvər yarımsəhraları geniş yayılmışdır. Yovşan yarımsəhrasının geniş sahələri pambıq və taxıl bitkiləri altında istifadə olunur.

Efemer qruplaşmaları üçün soğanaqlı qırtıc daha xarakterikdir. Çəmən yarımsəhrasının tərkibində taxıl otları-yabanı arpa, bülbülotu üstünlük təşkil edir. Sabirabad rayonunda Kür və Araz çayları boyu tuqay meşələrində ağyarpaq qovaq, qarağac, söyüd, yulğun və iydə üstünlük təşkil edir.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin