2.3 Atmosfer yağıntılarının rejimi
Şəkil 2.4. Havanın mütləq minimumu və mütləq maksimum temperaturu
Sabirabad rayonunda havanın temperaturunun mütləq minimumu -23ºC təşkil edir. Bu kəmiyyət yanvar ayında qeydə alınıb. İyul və avqust aylarında isə havanın temperaturunun mütləq maksimumu qeydə alınıb və bu kəmiyyət 42ºC olub.
Cədvəl 2.4.
Havanın mütləq minimumu və mütləq maksimum temperaturu
Ekstremal temperaturlar
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Mütləq maksimum
|
21
|
26
|
31
|
33
|
37
|
40
|
42
|
42
|
39
|
34
|
27
|
25
|
42
|
Mütləq minimum
|
-23
|
-19
|
-6
|
-1
|
3
|
6
|
11
|
11
|
8
|
-4
|
-13
|
-21
|
-23
|
Müxtəlif aylar üzrə havanın temperaturunun mütləq minimum və maksimum hədləri cədvəl 2.4-də verilmişdir. Havanın temperaturunun illik mütləq minimum temperaturu -23ºC və mütləq maksimum temperaturu isə 42ºC təşkil edir.
Şəkil 2.5. Torpağın orta temperaturu
Cədvəl 2.5.
Torpağın orta temperaturu
Ay
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
tº C
|
2
|
5
|
9
|
17
|
26
|
32
|
35
|
33
|
26
|
18
|
10
|
5
|
18
|
Sabirabad rayonunda torpaq səthinin orta temperaturunun minimumu 2ºC təşkil edir. Torpaq səthinin minimum temperaturu yanvar ayında müşahidə olunur. Maksimum temperatur isə iyul ayında 35ºC qeydə alınır. Torpaq səthinin temperaturunun orta illik qiyməti 18ºC-dir. İl ərzində yanvar ayından etibarən temperatur artaraq iyulda maksimuma çatır və iyuldan sonra yenidən azalır. Ümumilikdə torpaq temperaturu 2ºC ilə 35ºC arasında tərəddüd edir (Cədvəl 2.5).
2.3. Atmosfer yağıntılarının rejimi
Havada su buxarının olması havanın rütubətliyi adlanır. Atmosferdə su buxarını kəmiyyətcə ifadə etmək üçün – mütləq və nisbi rütubətlilik, rütubət çatışmazlığı, şeh nöqtəsi, şeh nöqtəsi çatışmazlığı və xüsusi rütubətlilik anlayışlarından istifadə edilir. Nisbi rütubətlik havada olan faktiki su buxarının verilmiş temperaturda havada maksimal mümkün miqdarına faizlə nisbətinə deyilir. Nisbi rütubətlilik temperaturdan asılı olur və temperaturla tərs mütənasibdir. Nisbi rütubət 85-100% olarsa hava rütubətlidir.
Sabirabad rayonunun orta aylıq və illik nisbi rütubətliyi qrafikinə nəzər salaq. Sabirabad rayonu ərazisində orta illik nisbi rütubətlik 72% təşkil edir. İl ərzində maksimum rütubətlik dekabr və yanvar aylarında müşahidə edilib. Bu dövrdə nisbi rütubətlilik 84% təşkil edib, yəni hava rütubətlidir. Minimum nisbi rütubətlik isə iyul ayında 56% qeydə alınıb.
Şəkil 2.6. Havanın orta aylıq və illik nisbi rütubətliyi (%)
Cədvəl 2.6.
Havanın orta aylıq və illik nisbi rütubətliyi
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
%
|
84
|
80
|
78
|
71
|
64
|
57
|
56
|
60
|
68
|
77
|
82
|
84
|
72
|
Fəsillər üzrə baxdıqda qış aylarında nisbi rütubətlik yüksək olur (dekabr-84%, yanvar-84%, fevral-80% ). Yaz aylarından nisbi rütubətlik azalmağa başlayır və yayda minimum həddə çatır. Payızda isə yenidən artmağa başlayır. İlin soyuq dövründə nisbi rütubətlik isti dövrə nəzərən daha yüksək olur.
Şəkil 2.7. Havanın orta aylıq və illik temperaturu və nisbi rütubətliyi
Cədvəl 2.7.
Havanın orta aylıq və illik temperaturu və nisbi rütubətliyi
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Nisbi rütubət %
|
84
|
80
|
78
|
71
|
64
|
57
|
56
|
60
|
68
|
77
|
82
|
84
|
72
|
Temperatur t C
|
-1.8
|
3.7
|
7.0
|
12.6
|
19.3
|
23.9
|
26.5
|
25.8
|
21.4
|
15.9
|
9.2
|
4.3
|
14.2
|
Havanın orta aylıq və illik nisbi rütubətliyi ilə havanın orta aylıq və illik temperaturu qrafiklərini müqayisə edək. Ümumilikdə bilirik ki, nisbi rütubətlik temperatur ilə tərs mütənasibdir. Qrafikdə də bunu görmək mümkündür. Temperaturun maksimum göstəricisi iyul ayında olduğu halda nisbi rütubətlilik iyulda minimum kəmiyyət alır. Eyniylə temperatur yanvar ayında minimum olduğu halda nisbi rütubətlik bu ayda maksimuma çatır.
Şəkil 2.8. Havanın orta aylıq və illik nisbi rütubətliyi ilə orta aylıq və illik ümumi və alçaq buludluluq
Cədvəl 2.8.
Havanın orta aylıq və illik nisbi rütubətliyi ilə orta aylıq və illik ümumi və alçaq buludluluq
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Nisbi rütubət %
|
84
|
80
|
78
|
71
|
64
|
57
|
56
|
60
|
68
|
77
|
82
|
84
|
72
|
Ümumi
Alçaq
|
6.6
5.4
|
6.8
5.3
|
7.0
5.8
|
6.3
4.4
|
5.5
3.2
|
4.0
2.6
|
3.6
2.3
|
3.4
2.4
|
4.5
3.8
|
5.4
4.5
|
6.4
5.2
|
6.5
5.4
|
5.5
4.2
|
Havanın orta aylıq və illik nisbi rütubətliyi ilə orta aylıq və illik ümumi və alçaq buludluluq qrafiklərini müqayisə edək. Ümumi və alçaq buludluluqda ilin soyuq dövründə buludluluq yüksək olur. Həmçinin nisbi rütubətlilikdə ilin soyuq dövründə yüksək olur. Ümumi və alçaq buludluluq ilin isti dövründə aşağı olduğu kimi nisbi rütubətlilik də bu dövrdə aşağı olur.
Şəkil 2.9. Yağıntıların orta aylıq və illik kəmiyyətləri (mm)
Cədvəl 2.9.
Yağıntıların orta aylıq və illik kəmiyyətləri
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Orta aylıq göstərici(mm)
|
23
|
26
|
32
|
26
|
21
|
18
|
10
|
12
|
22
|
33
|
29
|
23
|
275
|
Atmosfer yağıntıları buludlardan damcı və ya bərk halda yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən sudur. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə mm-lə ölçülür. Atmosfer yağıntıları yer kürəsində qeyri-bərabər lakin qanunauyğun paylanır.Yağıntıların coğrafi paylanması buludluluğun və temperaturun paylanmasından asılıdır.
Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir. Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır.
Sabirabad rayonu üzrə yağıntıların orta aylıq və illik kəmiyyətləri qrafikinə nəzər salaq. Ümumilikdə yağıntılı günlərin orta illik sayı Kür-Araz ovalığında 60-70 gündən az olur. Sabirabad rayonu üzrə yağıntıların orta illik miqdarı 275 mm təşkil edir. Yağıntıların birinci maksimumu oktyabr ayında, ikinci maksimumu isə mart ayında qeydə alınır. Bu aylarda yağıntıların miqdarı uyğun olaraq 33mm və 32 mm təşkil edir. İsti və soyuq yarım il yağıntıları demək olar ki az fərqlənir, kəmiyyətlər arasındaki fərq 9mm təşkil edir. Noyabr-mart ayları aralığında yağıntılar 133mm, aprel-oktyabr ayları ərazində isə yağıntıların miqdarı 142mm təşkil edir. İsti yarım ildə minimum iyul ayında 10mm müşahidə edilib. Soyuq yarım ildə isə minimum dekabr və yanvar aylarında müşahidə olunub ki bu zaman kəmiyyət hər iki ayda da 23mm təşkil edib.
2.4. Küləyin sürəti və istiqaməti
Külək havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Azərbaycanda küləklər müxtəlif hava kütlələrinin Azərbaycana daxil olması və yerli şəraitdən asılı olaraq yaranır. Yerli küləklər səth örtüyü və relyefin müxtəlifliyi nəticəsində yaranır. Əsas küləklər xəzri, gilavar, dağ-dərə küləkləri, brizlər, qara və ağ yel, fyondur.
Şəkil 2.10. Külək gülü
Cədvəl 2.10.
Küləyin istiqamətlərinin təkrarlığı
İstiqamət
|
Şm
|
Şm-Ş
|
Ş
|
C-Ş
|
C
|
C-Q
|
Q
|
Şm-Q
|
Şəlakət
|
Təkrarlıq%
|
4
|
6
|
19
|
28
|
10
|
7
|
16
|
10
|
24
|
Sabirabad rayonu üzrə küləyin illik istiqamətini müəyyən etmək üçün külək gülünə baxaq. Sabirabad rayonunda il ərzində 24% şəlakət qeydə alınır. Küləyin əsas istiqaməti cənub-şərqədir və şərq istiqamətdə də müəyyən dərəcədə çoxdur. Cənub-şərq istiqamətdə küləyin istiqamətinin təkrarlığı 28% və şərq istiqamətdə 19% təşkil edib. Ən az şimal (4%) və şimal-şərq (6%) istiqamətli külək əsir.
Şəkil 2.11. Küləyin orta aylıq və illik sürəti
Cədvəl 2.11.
Küləyin orta aylıq və illik sürəti
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
m/san
|
1.8
|
2.1
|
2.5
|
2.6
|
2.7
|
2.6
|
2.2
|
2.0
|
1.9
|
1.8
|
1.6
|
1.6
|
2.1
|
Sabirabad rayonu ərazisində küləyin orta aylıq və illik sürəti qrafikinə baxdıqda görürük ki, bu ərazidə külək zəif xarakterlidir, 3m/san-ni belə keçmir. Küləyin orta sürəti il ərazində 2.1m/san təşkil edir. Küləyin sürətinin sabit olduğunu demək mümkündür. Külək maksimum sürətinə may ayında (2.7m/san) çatır. Minimum orta sürəti isə noyabr və dekabr aylarında olur ki, hər iki ayda da sürət 1.6m/san təşkil edir. Ümumilikdə baxdıqda yaz aylarında külək artaraq may ayında maksimum həddə çatır (mart-2.5m/san, aprel-2.6m/san, may-2.7m/san). Yaz aylarından sonra küləyin sürəti nisbətən azalır və soyuq yarım ildə minimuma çatır. İlin soyuq dövründə küləyin sürəti 2m/san-ə çatmadığı halda, isti dövrdə 3m/san-ə yaxınlaşır.
Şəkil 2.12. Sürəti 15m/san-dən çox olan güclü küləklərin təkrarlanması
Cədvəl 2.12.
Sürəti 15m/san-dən çox olan güclü küləklərin təkrarlanması
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
%
|
0.3
|
0.5
|
0.9
|
0.9
|
0.8
|
0.8
|
0.2
|
0.3
|
0.1
|
0.4
|
0.1
|
0.1
|
5
|
Sabirabad rayonu ərazisində sürəti 15m/san-dən çox olan küləklər müşahidə olunur ki, onların illik orta qiyməti 5% təşkil edir. Ən çox mart və apreldə 0.9% və may-iyunda 0.8% müşahidə olunur. Yazda və yayın əvvəllərində daha çox müşahidə olunur.
Şəkil 2.13. Güclü küləkli günlərin sayı
Cədvəl 2.13.
Güclü küləkli günlərin sayı
Aylar
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Gün
|
3
|
3
|
6
|
6
|
9
|
4
|
2
|
4
|
2
|
4
|
2
|
2
|
21
|
Güclü küləkli günlərin orta sayı 21 gün təşkil edir. Ən çox güclü küləklər mayda 9 gün, mart və apreldə 6 gün müşahidə olunur. Yaz ayları güclü küləkli keçir. Nisbətən iyul, sentyabr, noyabr və dekabrda güclü küləklər az müşahidə olunur. Bu ayların hər birində güclü küləkli günlərin sayı 2 gün təşkil edir.
Çovğunlu günlərin orta sayı.
Sabirabad ərazisində çovğun sadəcə yanvar ayında müşahidə edilir. Yanvar ayında çovğunlu günlərin orta sayı 0.03 gün təşkil edir. Çovğun sadəcə bir ay müşahidə olunduğu üçün illik göstərici də bu ayla eyni kəmiyyət yəni 0.03 gün təşkil edir. Sabirabad rayonu üçün çovğunlu günlərin göstəricisi xeyli aşağı olması ilə səciyyəvidir.
Şəkil 2.14. Çovğunlu günlərin orta sayı
Cədvəl 2.14.
Çovğunlu günlərin orta sayı
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Orta aylıq çovğunlu günlər
|
0.03
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
0.03
|
2.6. Buludluluq rejimi
Bulud yer səthindən müəyyən hündürlükdə havada asılı vəziyyətdə olan su damcıları və ya buz kristallarının toplusuna deyilir. Göy üzünün buludlarla örtülmə dərəcəsi buludluluq adlanır. Buludluluq hava və iqlimin əsas xarakteristikalarından sayılır. Buludluluq rejimi hava kütlələrinin hərəkət istiqamətini və onların rütubət tutumunu müəyyən edən sirkulyasiya proseslərinin təsiri altında formalaşır. Döşəmə səthi həmçinin buludların formalaşmasına xüsusən yay dövründə təsir göstərir.
Şəkil 2.15. Orta aylıq və illik ümumi və alçaq buludluluq
Buludluğun əsas xarakteristikalardan biridə bulud formalarının təkrarlanması sayılır. Ümumi buludluluq günəş radiasiyasının miqdarına, parlaqlığına, yağıntılara, havanın və torpağın temperaturuna, aviasiyanın daimi hərəkətinə güclü təsir edir.
Cədvəl 2.15.
Orta aylıq və illik ümumi və alçaq buludluluq
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Ümumi
|
6.6
|
6.8
|
7.0
|
6.3
|
5.5.
|
4.0
|
3.6
|
3.4
|
4.5
|
5.4
|
6.4
|
6.5
|
5.5
|
Alçaq
|
5.4
|
5.3
|
5.8
|
4.4
|
3.2
|
2.6
|
2.3
|
2.4
|
3.8
|
4.5
|
5.2
|
5.4
|
4.2
|
Sabirabad rayonu üçün orta aylıq və illik ümumi və alçaq buludluluq qrafikinə nəzər saldıqda görürük ki, ümumi buludluluğun maksimumu mart ayında müşahidə edilir. Mart ayında buludluluq 7 bal təşkil edir. Ümumi buludluluğun minimumu isə avqust ayında olur ki, bu zaman da buludluluq 3.4 bal təşkil edib. Buradan belə nəticəyə gəlinir ki, səmanın tutqun vəziyyətinin maksimal təkrarlanması mart ayında 7.0 bal və yanvar (6.6 bal), fevral (6.8 bal) aylarında 7 bala yaxın müşahidə edilir. Açıq səmanın ən çox təkrarlanması demək olar ki, müşahidə edilmir. Alçaq buludluluğa nəzər yetirsək maksimum buludluluq yenə mart ayında 5.8 bal təşkil edib. Eyniylə tutqun günlərin təkrarlanması yanvar, fevral və mart aylarındadır. Alçaq buludluluğun minimum qiyməti isə ümumi buludluluqdan fərqli olaraq iyul ayında 2.3 bal müşahidə edilib. Açıq səmanın təkrarlanması isə nisbətən yay aylarında ( iyun-2.6 bal, iyul-2.3bal və avqust-2.4bal ) 3 bala qədər müşahidə edilir (Cədvəl 2.15).
Dumanlı günlərin sayı.
Yerə yaxın təbəqədə kondensasiya və sublimasiya məhsullarının toplanması nəticəsində görünüş məsafəsi 1000 m-dən az olarsa, bu hadisəyə duman deyilir. Azərbaycan ərazisində dumanların yayılması mürəkkəb xarakter daşıyır ki, bu da öz növbəsində fiziki-coğrafi şəraitin müxtəlifliyi ilə əlaqədardır. Daha çox dumanlar dağlıq zonaya yaxınlaşdıqca müşahidə olunur. Dağlıq rayonlarda dumanlı günlər əsasən isti dövrdə müşahidə olunur. Dumanların davamiyyəti ən az düzənliklərdə və sahilboyunda, ən çox isə dağlıq ərazilərdə müşahidə olunur. Soyuq yarım dövrdə dumanların müddəti daha uzun və davamlı olur, 5-12 saat təşkil edir, hətta 1-2 sutka davam edən dumanlar da müşahidə olunur.
Şəkil 2.16. Dumanlı günlərin orta sayı
Cədvəl 2.16.
Dumanlı günlərin orta sayı
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Dumanlı günlər
|
7
|
5
|
5
|
3
|
1
|
0.3
|
0.3
|
0.6
|
1
|
4
|
6
|
7
|
40
|
Sabirabad rayonu üzrə dumanlı günlərin orta sayı qrafikinə nəzər yetirək. Burada dumanlı günlərin orta sayı 40 gün təşkil edir. Dumanlı günlərin sayı maksimum həddə dekabr və yanvarda çatır. Bu zaman dumanlı günlərin sayı 7 gün olur. Ümumilikdə ilin soyuq dövründə, yəni oktyabr-mart ayları arasında dumanlı günlərin sayı 34 gün olur, apreldən sentyabr ayları aralığında isə aşağı enərək 6 gün təşkil edir. Minimum dumanlı günlər iyun-iyul aylarında 0.3 gün təşkil edir. Martdan avqusta qədər dumanlı günlərin sayı azalır,daha sonra yenidən artmağa başlayır.
2.6. İldırım və dolu
İldırım göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. Şimşək- bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir buludun içində elektrik boşalarkən yaranan qırıq xətt formasındaki müvəqqəti işıqdır. İldırım ilin isti dövründə, nadir hallarda yazda və payızda baş verir. Bəzən qışda da olmasına baxmayaraq, yayda olduğu kimi təhlükəli deyil. İldırımın təkrarlanması və intensivliyinə də fiziki-coğrafi şərait böyük təsir göstərir. Küləktutan yamaclarda ildırımlar daha çox olur.
Şəkil 2.17. İldırımlı günlərin orta sayı
Cədvəl 2.17.
İldırımlı günlərin orta sayı
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Gün
|
|
|
0.1
|
0.7
|
3
|
3
|
1
|
1
|
1
|
0.8
|
|
|
11
|
Sabirabad rayonu üzrə ildırımlı günlərin orta sayı qrafikini nəzərdən keçirək. İldırım əsasən yaz, yay və payızda müşahidə olunur. Noyabr və qış aylarında ildırım müşahidə olunmur. Maksimum ildırımlı günlər may və iyun aylarında olur ki, bu zaman 3 gün təşkil edir. Minimum ildırımlı günlər isə martda 0.1 gün olur. Ümumi orta illik qiyməti isə 11 gün təşkil edir.
Dolu.
Dolu ilin isti dövründə topa-yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısıdır. Dolu əsasən ilin isti dövründə və zolaq şəklində düşür. Dolu düşməsi leysan yağış, şimşək, çovğunlu küləklərlə müşahidə olunur və adətən 2-3 dəqiqə davam edir.
Dolunun düşməsi alçaq təzyiq sahəsinin keçməsi, hava kütlələrinin dayanıqsızlığı və yerli oroqrafik amillərlə xarakterizə olunur. Çox vaxt dolunun düşməsi atmosfer dövranının meridianal tipində baş verir.
Dolu adətən günün ikinci yarısından sonra və qısa müddət ərzində düşür. Dolu hissəcikləri bəzən çox böyük ölçülərdə olur, düşmə intensivliyi müxtəlifdir
Azərbaycanda ən çox dolu Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Şəkil 2.18. Dolu düşən günlərin orta sayı
Cədvəl 2.18.
Dolu düşən günlərin orta sayı
AY
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
Gün
|
|
|
0.1
|
|
0.05
|
0.02
|
|
0.02
|
|
|
|
|
0.2
|
Sabirabad rayonu üzrə dolu düşən günlərin orta sayı qrafikinə nəzər saldıqda görürük ki, dolu sadəcə 4 ay – mart, may, iyun və avqustda qeydə alınır. Ən çox mart ayında dolu düşür. Mart ayında dolu düşən günlərin sayı 0.1 təşkil edir. Minimum kəmiyyət isə iyul, avqust aylarında ( 0.02 ) müşahidə olunur. May ayında isə dolu düşən günlərin orta sayı 0.05 təşkil edir. Ümumi orta illik qiymət isə 0.2 gün təşkil edir.
2.7. Ərazinin iqlim səciyyəsi
Keppenin dünya iqlimlərinin təsnifatına əsasən ərazinin orta illik temperatur və orta illik yağıntı qiymətləri verildikdə həmin ərazinin iqlim xarakteristikasını təyin edə bilərik.
Şəkil 2.19. Klimatoqram
Sabirabad rayonunun iqlim səciyyəsini vermək üçün Şəkil 2.19-da göstərildiyi kimi klimatoqram qururuq. Klimatoqramın təhlili nəticəsində aydın olur ki, ərazi Keppenin iqlim təsnifatına əsasən aparılmış iqlim fərqləndirməsinə görə Sabirabad rayonunda bərabər rütubətli mülayim-isti iqlim hakimdir. Bu iqlim tipinin yayıldığı ərazilərdə ən soyuq ayın temperaturu 18ºC-dən aşağı, lakin -3ºC-dən yuxarı olur. Ən isti ayın temperaturu isə 10ºC-dən yuxarı olur. Sabirabadda ilin ən soyuq ayı yanvar, orta temperaturu -1.8ºC , ilin ən isti ayı isə iyul ayı olmaqla 26.5ºC təşkil edir. İl ərzində yağıntılar demək olar ki, eynidir.
Nəticə
Təhvil verilən kurs işində Sabirabad rayonunun iqlim xarakteristikası təhlil olunmuşdur. Aparılan təhlildən müəyyən olmuşdur ki:
Günəş parlaqlığının maksimum davamiyyəti iyul ayında və minimum davamiyyəti isə dekabr ayında müşahidə olunmuşdur. Günəş parıltısının illik miqdarı 2109 saat -dır.
Rayonda ümumi radiyasiyanın orta illik qiyməti 130.5 kkal/sm2 təşkil edir. Ümumi günəş radiasiyasının ən yüksək orta qiyməti iyul ayında (18.74 kkal/sm2) , ən alçaq orta qiyməti isə dekabr ayında (4.6 kkal/sm2) müşahidə olunur.
Sabirabad rayonunun ərazisində ilin ən soyuq ayı yanvar, orta temperaturu -1.8°C, ilin ən isti ayı isə iyul olmaqla 26,5°C təşkil edir. Havanın orta çoxillik temperaturu isə 14.2°C-dir .
Sabirabad rayonunda havanın temperaturunun mütləq minimumu -23°C (yanvar), mütləq maksimumu isə 42°C (iyul, avqust) təşkil edir. Havanın temperaturunun illik mütləq minumum temperaturu -23oC, mütləq maksimum temperaturu isə 42oC təşkil edir.
Sabirabad rayonunda torpaq səthinin orta temperaturunun minimumu 2°C (yanvar), maksimumu isə 35°C (iyul) təşkil edir. Torpaq səthinin temperaturunun orta illik qiyməti 18oC-dir və il ərzində 2oC ilə 35oC arasında tərədüd edir .
Sabirabad rayonu ərazisində orta illik nisbi rütubətlik 72% təşkil edir. Qış aylarında nisbi rütubətlik 77-84%, ilin isti aylarında isə 56-71% çatır. Ən çox nisbi rütubətlik dekabr və yanvar aylarında (84%), ən az nisbi rütubətlik isə iyul ayında (56%) müşahidə olunur .
Sabirabad rayonunda yağıntıların orta illik miqdarı 275 mm təşkil edir. Yağıntılar ən çox noyabr ayında 33 mm və mart ayında 32 mm müşahidə edilir. Yağıntıların miqdarının minimumu iyul ayında 10 mm təşkil edir.
Cənub-şərq küləkləri (28%) Sabirabad ərazisində üstünlük təşkil edir.
Küləyin orta sürəti il ərzində 2.1m/san təşkil edir. Küləyin sürəti demək olar sabitdir. Küləyin minimum orta sürəti noyabr və dekabr aylarına təsadüf edir (1,6m/san). Küləyin maksimum sürəti isə may ayında 2.7m/san olur.
Sabirabad rayonu ərazisində sürəti 15 m/san-dən artıq olan küləklər də müşahidə olunur. İllik orta qiyməti 5% təşkil edir. Ən çox isə mart-aprel aylarında müşahidə olunur (0.9 %) .
Güclü küləkli günlərin illik orta sayı 21 gün təşkil edir. Güclü küləkli ən çox may ayında (9 gün) müşahidə olunur. Ən az güclü küləkli günlər isə iyul, sentyabr, noyabr və dekabr aylarında (2 gün) olur.
Sabirabad rayonunda çovğun yalnız yanvar ayında (0.03 gün) müşahidə olunur.
Buludluluğun illik gedişatı :
Ümumi buludluluğun maksimumu mart ayında müşahidə edilir. Mart ayında buludluluq 7 bal təşkil edir. Ümumi buludluluğun minimumu isə avqust ayında olur ki, bu zaman da buludluluq 3.4 bal təşkil edib. Buradan belə nəticəyə gəlinir ki, səmanın tutqun vəziyyətinin maksimal təkrarlanması mart ayında 7.0 bal və yanvar (6.6 bal), fevral (6.8 bal) aylarında 7 bala yaxın müşahidə edilir. Açıq səmanın ən çox təkrarlanması demək olar ki, müşahidə edilmir. Alçaq buludluluğa nəzər yetirsək maksimum buludluluq yenə mart ayında 5.8 bal təşkil edib. Eyniylə tutqun günlərin təkrarlanması yanvar, fevral və mart aylarındadır. Alçaq buludluluğun minimum qiyməti isə ümumi buludluluqdan fərqli olaraq iyul ayında 2.3 bal müşahidə edilib. Açıq səmanın təkrarlanması isə nisbətən yay aylarında ( iyun-2.6 bal, iyul-2.3bal və avqust-2.4bal ) 3 bala qədər müşahidə edilir.
Sabirabad ərazisində dumanlı günlərin orta sayı 40 gün təşkil edir. Dumanlı günlərin sayı maksimum həddə dekabr və yanvarda çatır. Bu zaman dumanlı günlərin sayı 7 gün olur. Ümumilikdə ilin soyuq dövründə, yəni oktyabr-mart ayları arasında dumanlı günlərin sayı 34 gün olur, apreldən sentyabr ayları aralığında isə aşağı enərək 6 gün təşkil edir. Minimum dumanlı günlər iyun-iyul aylarında 0.3 gün təşkil edir. Martdan avqusta qədər dumanlı günlərin sayı azalır,daha sonra yenidən artmağa başlayır.
Sabirabad rayonu ərazisində ildırım əsasən yaz, yay və payız aylarında müşahidə olunur. Ən çox may və iyun aylarında (3 gün) müşahidə olunur. Noyabr və qış aylarında ildırım müşahidə olunmur. Mart ayında isə ən aşağı (0,1 gün) qiymətini alır. Ümumi orta illik qiyməti 11 gün təşkil edir.
Ərazidə dolu sadəcə 4 ay – mart, may, iyun və avqustda müşahidə olunur. Belə ki, ən çox yağıntı mart ayında (0,1 gün) müşahidə olunur. İyul və avqust aylarında isə ən aşağı (0,02 gün) qiymətini alır. Ümumi orta illik qiyməti 0.2 gün təşkil edir.
İstifadə olunan ədəbiyyat
1.Климатическая характеристикааэропорта Баку.Баку 2001
2.Paşayev A.M., Sultanov V.Z., Hüseynov N.Ş., Nəbiyev R.N. Gəncə aeroportunun iqlim xarakteristikası. Bakı 2003
3. Paşayev A.M., Sultanov V.Z., Hüseynov N.Ş., Nəbiyev R.N., Naxçıvan aeroportunun iqlim xarakteristikası. Bakı 2005
4.Gismeteo.ru
6. http://world-weather.ru/archive/azerbaijan/
7. https://www.gismeteo.ru/diary/5302/2015/1/
8. https://www.gismeteo.ua//catalog/azerbaijan/
9. http://world-weather.ru/archive/azerbaijan/
10. https://www.gismeteo.ru/diary/5302/2015/1/
11. Məmmədov Q.Ş. Azərbaycanın ekoturizm potensialı. Bakı 2012
Dostları ilə paylaş: |