5. AZSCİENCENET ELM KOMPÜTER ŞƏBƏKƏSİNİN FƏALİYYƏTİ
AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu:
AzScienceNet şəbəkəsinə AMEA-nın institut və təşkilatlarının 435 yeni kompüterləri şəbəkəyə qoşulmuşdur.
AMEA-nın 2 institut və təşkilatlarında yeni xidmətlərdən (Wi-Fi, Eduroam) istifadə edilməsi işləri təşkil olunmuşdur.
AMEA-nın 6 institut və təşkilatlarında lokal şəbəkələrinin intellektual kommutatorlar əsasında yenidən qurulması işləri həyata keçirilmişdir.
AMEA-da 3 elmi qurumun kompüter şəbəkələrinin Fiber-Optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet-nə qoşulması işləri yerinə yetirilmişdir:
AMEA-nın Təcrübə-Sənaye Zavodu;
AMEA Radiasiya Problemləri İnstitutunun Akademiya Şəhərciyində yerləşən laboratoriyası;
AMEA-nın Fizika İnstitutu.
Şəbəkə infrastrukturunun 98%-i fiber-optik kabel əsasında qurulmuşdur.
AzScienceNet şəbəkəsində Cloud Computing xidmətindən istifadə edilməsinin təşkili işləri həyata keçirilmişdir.
AzScienceNet şəbəkəsində Storage xidməti təşkil olunmuşdur.
AzScienceNet şəbəkəsinin istifadəçilərinə göstərilən İnternet xidmətləri:
AzScienceNet əsasında AMEA-nın operativ məlumatlandırma sistemi yaradılmışdır.
AMEA çərçivəsində AzScienceNet üzərindən “Elm TV” İnternet televiziyasının daxili monitorlar şəbəkəsi yaradılmış və istismarı həyata keçirilmişdir.
AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-resurslarının AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi işləri həyata keçirilmişdir.
AzScienceNet şəbəkəsinin DATA Mərkəzinin texniki imkanları artırılmışdır:
Bled serverlərin sayı: 67 ədəd
Əməli yaddaşın həcmi: 5.3 Tbayt
Hesablama məhsuldarlığı: 17 TFlops
Xarici yaddaşın həcmi: 400 Tbayt
AzScienceNet şəbəkəsinə qoşulan kompüter avadanlıqlarının sayı 6800-dən çox, İnternet şəbəkəyə qoşulma sürəti isə 410 Mbit/s-ə çatdırılmışdır;
Monitorinq və təhlükəsizlik xidmətinin təşkili üçün yeni 2 ədəd “Cisco ASA 5520” avadanlığının qoşulması işləri həyata keçirilmişdir;
AzScienceNet şəbəkəsinə yeni WebSpy Vantage, CACTI, SpamTitan proqram təminatları instalizasiya edilmişdir;
AzScienceNet şəbəkəsinə yeni VMWARE, VEEAM, NAGIOS, IBM SmartCloud, PXE Server, ZooZKeeper, LDAP server, Rest server proqram təminatlarının qurulması işləri həyata keçirilmişdir;
AMEA RH Mərkəzi Aparatının kompüter təminatı, şəbəkə-kommunikasiya infrastrukturunun yenidən qurulması işləri həyata keçirilmişdir;
AMEA RH-nin binasında böyük konfrans zalda audio-video sisteminin yenidən qurulması işləri təşkil edilmişdir;
AMEA-nın Akademiya şəhərciyində Wi-Fi sistemi yaradılmışdır;
AzScienceNet elm kompüter şəbəkəsinin Avropa elm və təhsil kompüter şəbəkələri mühitinə inteqrasiya işləri həyata keçirilmişdir;
AzScienceNet şəbəkəsinin İnternet Xidmətləri Mərkəzinin (Akademiya Şəhərciyi) infrastrukturun yenidən qurulması işləri həyata keçirilmişdir;
AMEA Əsas binasının dairəvi zalının audio sisteminin yenidən qurulması işləri həyata keçirilmişdir;
AzScienceNet şəbəkəsi üzərindən “Elm TV” İnternet televiziyasının monitorlar şəbəkəsinin genişləndirilməsi və istismarı işləri həyata keçirilmişdir;
Eduroam xidmətinin monitorinqi və genişləndirilməsi üçün AzScienceNet şəbəkəsinin ATLAS RIPE şəbəkəsinə qoşulması işləri həyata keçirilmişdir;
Fənlərarası Analitik Mərkəz üçün virtual serverlərin yaradılması və istismarı işləri həyata keçirilmişdir;
Verilənlərin emal mərkəzində E-kitabxana serverinin yerləşdirilməsi və istismarı işləri həyata keçirilmişdir;
Verilən emal mərkəzində Multimedia qalereyasının yerləşdirilməsi və istismarı işləri həyata keçirilmişdir;
Şəbəkənin internetə çıxış sürəti 1,41 Gbit/s-ə çatdırılmışdır;
AMEA-nın Korporativ e-poçt sisteminin monitorinq işləri həyata keçirilmişdir;
AzScienceNet üzərindən məlumatlandırma sisteminin (SMS və e-mail) genişləndirilməsi işləri və istismarı həyata keçirilmişdir;
AMEA-nın qurumlarına aid olan veb saytların AzScienceNet-in data mərkəzində (hosting xidməti) yerləşdirilməsi və istismarı işləri həyata keçirilmişdir;
AzScienceNet şəbəkəsinin Beynəlxalq təşkilatlarla əlaqələri:
AzScienceNet şəbəkəsinin Pan-Avropa elm və təhsil şəbəkəsinə (GEANT) 1 Gbit/san. sürətlə qoşulması təmin olunmuşdur.
Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulmuşdur:
Everest və BOİNC platformaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması istiqamətində birgə işlərin aparılması;
Desktop GRİD sisteminin yaradılması istiqamətində birgə işlərin aparılması.
Çexiya Elmlər Akademiyasının İnformasiya Nəzəriyyəsi və Avtomatlaşdırılması İnstitutu ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.