Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutunun



Yüklə 5,95 Mb.
səhifə18/18
tarix10.01.2022
ölçüsü5,95 Mb.
#109650
1   ...   10   11   12   13   14   15   16   17   18
6. WWW.IKT.AZ SAYTININ FƏALİYYƏTİ

Saytın müxtəlif göstəricilər üzrə statistikası aparılır



2007-2016-cı illər ərzində www.ikt.az saytına müraciətlərin dinamikası



2016-cı il ərzində www.ikt.az saytına olan müraciətlərin ölkələr üzrə paylanması



Azərbaycan

346622

Avstraliya

232

Macarıstan

77

Rusiya

15926

Avstriya

232

Moldova

75

ABŞ

4213

Kanada

193

Tailand

74

Almaniya

2280

İtaliya

193

Finlandiya

40

Böyük Britaniya

2203

Fransa

193

Litva

39

Türkiyə

1894

Çexiya

155

Bolqarıstan

39

Ukrayna

927

BƏƏ

118

İsveçrə

38

Niderland

889

Özbəkistan

116

Misir

38

Braziliya

773

Malayziya

116

Latviya

36

Hindistan

696

Rumıniya

116

Türkmənistan

36

Qırğızıstan

657

Polşa

116

Estoniya

35

İran

620

Belarus

114

Mərakeş

30

Qazaxıstan

464

Meksika

80

Tacikistan

4

İsrail

349

Yaponiya

79

Slovakiya

4

İspaniya

348

Ermənistan

78

Nikaraqua

3

Cənubi Koreya

347

Belçika

77







Çin

309

İsveç

77

Digər

3837

Gürcüstan

270

Norveç

77

Cəmi:

386554

2016-cı ildə İnstitut tərəfindən yaradılmış veb-saytlar:

  • Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası;

  • Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Problemlər Üzrə Elmi Şuraları;

  • Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu;

  • Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu;

  • Asia-Pacific Conference and Workshop on Quantum Information Science 2016 konfransı;

  • Azərbaycan Dövlət Dəniz Akademiyası;

  • Azərbaycan Milli Ensiklopediyası “Elmi Mərkəzi”;

  • Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi.



7. MULTİMEDİA MƏRKƏZİNİN FƏALİYYƏTİ

  • AMEA və İnstitutda keçirilən müxtəlif tədbir və konfranslarda yüksək keyfiyyətli video çəkilişlər aparılmış, video materiallar hazırlanmış və nəşriyyat işləri həyata keçirilmişdir.

  • İnstitut kompüter qrafikası, animasiya və dizayn sahəsində dünya standartlarına uyğun ən müasir rəqəmsal mətbəə avadanlıqlar və proqram təminatı ilə təchiz olunmuş və müxtəlif poliqrafiya işləri görmüşdür.

  • Dünyada və institutda informasiya texnologiyaları sahəsində baş verən yeniliklər toplanmış və İNFO TV–də nümayiş olunması işləri həyata keçirilmişdir.

  • KİV-də institut haqqında olan məlumatların toplanması, ikt.az saytında yerləşdirilməsi və institut haqqında bütün növ məlumatların “multimedia resursları” bazasında yerləşdirilməsi işləri həyata keçirilmişdir.

  • Mərkəz təqdimat üçün multimedia slaydlarının hazırlanmasında rastr və vektor təsvirləri üzərində bərpa və montaj işlərinin aparılmasını həyata keçirmişdir.

  • İnstitutun “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” adlı iki jurnalı nəşr olunur.



8. BEYNƏLXALQ ELMİ ƏMƏKDAŞLIQ

2016-cı il ərzində institut müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etmiş, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etmiş, ölkəmizdə və xaricdə beynəlxalq konfranslar, təlimlər təşkil edilmiş, institut əməkdaşları xarici alimlərlə birgə elmi tədqiqatlar aparmış, xarici tələbələr institutda təhsil almış və tədqiqatla məşğul olmuşdur.



  • İnstitut bir sıra beynəlxalq təşkilatlarla və 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq etmişdir.

  • İnstitutda keçirilən görüşlərdə 10 ölkədən 20-dən çox alim və mütəxəssis iştirak etmişdir.

  • İnstitutun əməkdaşları 20 xarici səfərdə iştirak etmişdir.

  • Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən, elm və təhsil üçün regional telekommunikasiya şəbəkəsinin (EaPConnect) yaradılmasında iştirak etmişdir.

  • İnstitut Horizon 2020 proqramı çərçivəsində maliyyələşdirilən və 42 ölkənin iştirak etdiyi GN4 (GEANT 4) layihəsinə qoşulmaq üçün dəvət olunmuşdur.

  • İnsitutun həmtəşkilatçılığı ilə 2 beynəlxalq konfrans təşkil edilmişdir.

  • İnstitutda 22 xarici tələbə təlim keçmişdir.

  • İnstitut bir sıra elektron kitabxanalardan istifadə imkanı əldə etmişdir.

Əməkdaşlıq müqavilələri

İnstitut aşağıdakı xarici təşkilatlarla bağlanmış müqavilələr əsasında əməkdaşlıq edir.



  • Ukrayna Elm və Təhsil Şəbəkələri Assosiasiyası (URAN)

  • Moldova Elm və Təhsil Şəbəkələri Assosiasiyası (RENAM)

  • Gürcüstan Elm və Təhsil Şəbəkələri Assosiasiyası (GRENA)

  • Belarus Milli Elmlər Akademiyasının Şəbəkəsi (BASNET)

  • GEANT

  • Belarusiya Milli Elmlər Akdemiyası Birləşmiş İnformatika Problemləri İnstitutu, Belarusiya

  • Avrasiya Milli Universitetinin İnformasiya Texnologiyaları fakultəsi, Qazaxıstan

  • Rusiya Milli Elmlər Akademiyasının Sistemli Analiz İnstitutu

  • Cənub-Qərb Dövlət Universiteti, Rusiya

Beynəlxalq layihələr

EaPConnect layihəsi

A vropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrin elm və təhsil şəbəkələrini birləşdirən regional kompüter şəbəkəsinin yaradılması və Avropanın elm və təhsil şəbəkələri infrastrukturuna inteqrasiya edilməsi üçün üçün “EaPConnect” layihəsi həyata keçirilir. Layihə büdcəsinin 95%-i Avropa Komissiyası tərəfindən, qalan hissəsi iştirakçı təşkilatlar tərəfindən maliyyələşdirilir. Layihənin koordinatoru Pan Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasıdır (GEANT).

Layihə çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən regional elm kompüter şəbəkəsi yaradılmış və həmin ölkələr Avropanın bütün elmi qurumları ilə birbaşa, genişzolaqlı internet əlaqəsi (1G/s) qurmaq imkanı əldə etmişdir.

“EaPConnect” layihəsi çərçivəsində elektron elm sahəsində ən yeni texnologiyaların, və dünya təcrübəsinin Şərq Tərəfdaşlığı ölkələrinə təqdim olunması, bu ölkələrin beynəlxalq elmi mühitə inteqrasiyasına dəstək verilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bununla bağlı il ərzində müntəzəm olaraq iclaslar və treninqlər keçirilir. Bununla yanaşı, layihə çərçivəsində elektron elm sahəsində Şərq Tərəfdaşlığı regionu və Avropa Birliyinə üzv ölkələr arasında əməkdaşlıq platforması kimi “Şərq Tərəfdaşlığı üçün Elektron İnfrastruktur Konfransı” (EaPEC: Eastern Partnership E-İnfrastructure Conference) təsis edilmişdir.





GN 4 layihəsi

A vropa ölkələrini, əhatə edən və digər regional elm və təhsil şəbəkələrinə inteqrasiya olunmuş qlobal elm və təhsil şəbəkəsinin inkişaf etdirilməsi, yeni şəbəkə texnologiyalarının yaradılması və tətbiq edilməsi üçün Avropa Komissiyası tərəfindən Horizon 2020 proqramı çərçivəsində maliyyələşdirilən, növbəti GEANT layihəsi GN4 layihəsində iştirak etmək üçün AMEA İnformasiya Texnologiyaları İnstitutu da dəvət olunmuşdur. Layihədə maksimal 500G/s sürətə malik olan GEANT şəbəkəsinin daha da inkişaf etdirilməsi, mövcud xidmətlərin daha səmərəli istifadəsi və yeni şəbəkə xidmətlərinin yaradılması nəzərdə tutulmuşdur.



Beynəlxalq konfranslar

EaPEC: Şərq Tərəfdaşlığı üçün Elektron İnfrastruktur Konfransı (Tbilisi, 06-07 oktyabr 2016-cı il)

EaPConnect layihəsi çərçivəsində elektron elm sahəsində Şərq Tərəfdaşlığı regionu və Avropa Birliyinə üzv ölkələr arasında əməkdaşlıq platforması kimi “Şərq Tərəfdaşlığı üçün Elektron İnfrastruktur Konfransı” (EaPEC: Eastern Partnership E-İnfrastructure Conference) təsis edilmişdir. Tbilisi şəhərində keçirilən EaPEC konfransına təqdim olunan məruzələrdə Avropanın irimiqyaslı elmi layihələri və elektron elmin həmin layihələrin reallaşdırılmasında əvəzsiz rolu, eyni zamanda bu təcrübənin Şərq Tərəfdaşlığı ölkələrində perspektivləri geniş müzakirə olunmuşdur.



İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (AICT 2016) X beynəlxalq konfransı



(Bakı 12-14 oktyabr 2016-cı il)

B akı şəhərində institutun həmtəşkilatçılığı ilə “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi – AICT 2016” IEEE 10-cu Beynəlxalq Konfransı keçirilmişdir. Konfransda 22 ölkədən 80-dən çox nümayəndə iştirak etmişdir. Konfransda əsasən Böyük verilənlər, informasiya təhlükəsizliyi, İKT-nin tətbiqində yeni nailiyyətlər, kommunikasiya şəbəkələri və avadanlıqları, İKT-nin biznes, idarəetmə, iqtisadiyyat, elm, təhsil, tibb, və sosial sahələrdə tətbiqi məsələləri müzakirə olunmuşdur.





Xarici tələbələr

  • A zərbaycanın elm və ali təhsil müəssisələrində doktorantura təhsili alan 87 xarici tələbə institutda informatika fənni üzrə kurs keçmişdir. Xarici tələbələr qeyd olunan kurslarda iştirak edənlərin 6%-ni təşkil etmişdir.

  • Qazaxıstanın Astana şəhərində yerləşən L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin “İnformatika”, “Hesablama texnikası və proqram təminatı”, “Avtomatlaşdırma və idarəetmə” ixtisasları üzrə təhsil alan 20 magistrantı AMEA İnformasiya Texnologiyaları İnstitutunda təcrübə kursu keçmişdir.

  • İnstitutda 2 xarici tələbə doktorantura təhsilini davam etdirir.

9. ELMİ-TƏŞKİLATİ İŞLƏR VƏ TƏDBİRLƏR

9.1. İnstitutun təşkilatçılığı ilə keçirilən elmi konfranslar: 



  • “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I respublika elmi-praktiki konfransı, 25 fevral 2016-cı il

  • “E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransı, 15 aprel 2016-cı il

  • “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı, 24 may 2016-cı il

  • “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (AICT 2016) X beynəlxalq konfransı, 12-14 oktyabr 2016-cı il

  • “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” III Respublika elmi konfransı, 15-16 dekabr 2016-cı il

9.2. İnstitutda aşağıdakı ixtisaslar üzrə doktorantura və dissertantura yolu ilə elmi kadrlar hazırlanır:

  • 3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə);

  • 3339.01- İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi;

  • 1203.01- Kompüter elmləri.

9.3. İnstitutda aşağıdakı ixtisaslar üzrə 3 magistrant təhsil alır:

  • Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı;

  • Kompüter mühəndisliyi;

  • İnformasiya mühafizəsi və təhlükəsizliyi.

9.4. İnstitutda 7 əməkdaş elmlər doktoru proqramı üzrə tədqiqat işləri aparır.

9.5. İnstitutda 4 nəfər doktorantura 11 nəfər dissertantura yolu ilə fəlsəfə doktoru hazırlanır.

9.6. İnstitutun Elmi Şurasının 16 iclası keçirilmişdir.

9.7. AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 elmi seminarı keçirilmişdir.



10. ELMİN POPULYARLAŞDIRILMASI ÜZRƏ FƏALİYYƏT

2016-cı ildə əməkdaşlar institutun fəaliyyətinin müxtəlif aspektləri və ümumiyyətlə, informasiya cəmiyyətinin, informasiya texnologiyalarının aktual elmi-praktiki məsələləri ilə bağlı müxtəlif televiziya, radio və mətbuat orqanlarında, o cümlədən elektron mediada çıxış etmişlər.






11. ELMİ ƏSƏRLƏR

İnstitut əməkdaşları tərəfindən 2016-cı ildə 73 məqalə nəşr olunmuşdur.



İnstitut əməkdaşları 2016-cı ildə beynəlxalq və respublika səviyyəli konfranslarda 180 məruzə ilə iştirak etmişdir.



İnstitut əməkdaşları tərəfindən 2016-cı ildə nəşr olunan məqalələrin ölkələr üzrə paylanması



İnstitut əməkdaşları tərəfindən 2016-cı ildə nəşr olunan məruzələrin ölkələr üzrə paylanması



İnstitut əməkdaşlarının elmi əsərlərinə istinadlar:



İnstitut əməkdaşlarının 2016-cı ildə nəşr olunan 252 elmi əsərindən 86-ı nüfuzlu bazalara daxil olmuşdur





İnstitutun əməkdaşları tərəfindən 2016-cı ildə 1 kitab 4 ekspress-informasiya nəşr olunmuşdur.

İnstitutda “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” adlı jurnallar nəşr olunur. Jurnallar "Copernicus", "INSPEC" və "Google Scholar" indeksləşmə bazalarına daxildir.





12. MÜHÜM ELMİ NƏTİCƏLƏR

  • Mövcud hesablama resursları daxilində böyük həcmli verilənlərin (Big Data) klasterləşdirilməsi üçün yüksək hesablama məhsuldarlığına malik metod təklif olunmuşdur.

akademik Rasim Əliquliyev, tex.e.d. Ramiz Alıquliyev

  • Mətnlərin avtomatik referatlaşdırılması üçün mətndən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən iki mərhələli və çoxkriteriyalı optimallaşdırma modelləri təklif edilmiş və onların həlli üçün adaptiv mutasiya parametrli diferensial evolyusiya və insan təliminə əsaslanan optimallaşdırma (Human Learning Optimization) alqoritmləri işlənmişdir.

akademik Rasim Əliquliyev, tex.e.d. Ramiz Alıquliyev

  • İnsan resurslarının müxtəlif səviyyələrdə intellektual idarə olunması zamanı çoxkriteriyalı qərarların dəstəklənməsi üçün qeyri-səlis çox ssenarili yanaşma təklif edilmiş və hər bir ssenariyə uyğun metodlar işlənilmişdir

tex.e.d., prof. Məsumə Məmmədova,

tex.f.d., dos. Zərifə Cəbrayılova, Faiq Məmmədzadə

  • Bulud texnologiyaları əsasında şəbəkə mühitində virtual hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlər işlənmişdir.

tex.f.d., dos. Rəşid Ələkbərov, Məmməd Həşimov

  • Elmin müxtəlif sahələrinin bibliometrik göstəricilərinin (məqalələrin və istinadların sayı) dinamikasının qiymətləndirilməsi, eyni zamanda elmi tədqiqatların perspektiv istiqamətlərinin müəyyən edilməsi üçün diferensial metrikalar təklif edilmişdir.

akademik Rasim Əliquliyev, tex.e.d. Ramiz Alıquliyev

  • E-dövlətin formalaşdırılmasının nəzəri və arxitektur əsasları tədqiq olunmuş və mühüm tədqiqat istiqamətləri müəyyən edilmişdir. E-dövlətin effektli idarə edilməsi, ölçülməsi və monitorinqi, veb-resursların intellektual analizi, informasiya təhlükəsizliyinin təmin olunması, e-demokratiya və e-vətəndaş problemləri araşdırılmış, konseptual modellər və yanaşmalar təklif olunmuşdur. 

akademik Rasim Əliquliyev, tex.f.d., dos. Fərhad Yusifov

  • Dinamik kollaborativ federasiyalarda intellektual bulud servislərinin reputasiyası üçün qeyri-səlis hibrid model təklif edilmiş və bulud provayderlərinin inam səviyyəsini qiymətləndirməyə imkan verən sübutların aqreqasiyası metodu işlənmişdir.

akademik Rasim Əliquliyev, tex.f.d., dos. Fərqanə Abdullayeva

  • Təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunması üçün alqoritm işlənilmişdir. Burada istifadə olunan həndəsi xarakteristikaların əhəmiyyətlilik dərəcəsini müəyyən etmək üçün metod təklif olunmuşdur.

f.-r.e.n., dos. Tofiq Kazımov, tex.f.d., dos. Şəfəqət Mahmudova



Texniki redaktorlar

Anar Səmidov

Zülfiyyə Hənifəyeva



Kompüter tərtibatı

Nərmin Adıgözəlova


Korrektor

Kəmalə Muradova





Çapa imzalanmışdır: 20.12.2016. Çap vərəqi 60x84, 1/16

Sifariş №83, sayı 200 nüsxə






Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin