Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutunun



Yüklə 5,95 Mb.
səhifə7/18
tarix10.01.2022
ölçüsü5,95 Mb.
#109650
1   2   3   4   5   6   7   8   9   10   ...   18
7. E-tibb

  • E-səhiyyə sahəsində əsas informasiya təhlükəsizliyi təhdidləri potensial risk baxımından xarakterizə olunmuş, informasiya təhlükəsizliyinin təmin edilməsinin vacib mexanizmləri analiz edilmiş və e-səhiyyə sistemlərində, o cümlədən simsiz bədən sensorları şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsinin aktual elmi-praktiki problemləri identifikasiya edilmişdir.



  • Pasiyentlərin sağlamlığının mobil monitorinqi məsələləri və texnologiyaları, o cümlədən informasiya təhlükəsizliyi məsələləri analiz edilmişdir.

  • Fərdi tibbi məlumatların onlayn mühitdə təhlükəsizlik problemləri tədqiq edilmişdir.

  • Tibb sistemində qərarların qəbulunu dəstəkləyən sistemlərin elmi-nəzəri problemləri tədqiq olunmuşdur.

  • Tele-tibb sistemləri, onların imkanları və elmi-nəzəri problemləri analiz olunmuşdur.

  • E-tibb sistemində Big Data texnologiyalarının tətbiqi imkanları, elmi əsasları və perspektivləri araşdırılmışdır.

  • Tibbi sferada insan resurslarının idarə olunması problemləri araşdırılmış, tibbi kadrlara tələb və təklifin intellektual idarə olunması üçün metod təklif olunmuşdur.

  • Elektron tibb fəaliyyəti ilə bağlı hüquqi problemlər araşdırılmış, bu sahə üzrə yurisdiksiya və lisenziyalaşdırma, fərdi məlumatların qorunması, telekommunikasiya operatorlarının məsuliyyətinin müəyyən edilməsi ilə bağlı təkliflər işlənmişdir.

  • Viki texnologiyaların imkanları və e-tibdə tətbiq sahələri göstərilmiş, bununla bağlı mövcud yanaşmalar analiz edilmişdir.

  • E-tibbin insan resurslarının formalaşması istiqamətində beynəlxalq təcrübə təhlil olunmuş, Azərbaycanda e-tibbin kadr potensialının formalaşması problemləri araşdırılmışdır.

  • Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemində ontologiya əsasında biliklərinin altı mərhələdən ibarət təsviri modeli təklif olunmuşdur.

  • Tibbi verilənlərin analizində data mining texnologiyasının rolu araşdırılmış, onun əsas mərhələləri şərh edilmişdir. Data mining texnologiyasının tibbi verilənlərə tətbiqi zamanı meydana çıxan problemlər və onların həlli yolları göstərilmişdir.

8. Kompüter şəbəkələri

  • Təşkilatlarda İnternet-resurslardan istifadə ilə bağlı problemlər və onların həllinə mövcud yanaşmalar analiz edilmiş, AzScienceNet şəbəkəsində İnternet-resurslardan istifadənin monitorinqi məsələləri üçün verilənlərin intellektual analizi metodlarının tətbiqi imkanları araşdırılmışdır.

  • Böyük şəbəkə trafikinin toplanması, saxlanması və analizi məsələlərinin həllinə yönəlmiş “Big data” texnologiyaları analiz edilmiş və böyük şəbəkə trafikinin analizi üçün konseptual model təklif olunmuşdur.

  • Kompüter şəbəkələrinin monitorinqi üçün paylanmış arxitekturanın yaradılması, böyük həcmdə şəbəkə verilənlərinin toplanması, saxlanması və intellektual analizi, QoS-monitorinq və Wi-Fi şəbəkələrin monitorinqi problemləri analiz edilmişdir.

9. E-kitabxana

  • E-kitabxanalarda informasiya təhlükəsizliyi və fərdi məlumatların konfidensiallığı problemlərini analiz etmək üçün çoxsəviyyəli IDEA4SP modeli təklif edilmiş və aktual problemlər bu modelin səviyyələri üzrə strukturlaşdırılmışdır.

  • Veb-serverlərinin trafikinin analizi vasitəsi ilə e-kitabxana resurslarının istifadəsinin monitorinqi üçün yanaşma təklif edilmişdir.

  • E-kitabxana mühitində bulud texnologiyalarının tətbiqi məsələləri araşdırılmışdır.

  • Viki, CRM, sosial şəbəkə, bulud və s. qabaqcıl texnologiyaların müasir e-kitabxanalarda tətbiqi məsələləri, e-kitabxanalarda menecment məsələlərinin, informasiya xidmətlərinin keyfiyyətinin artırılması yolları və e-kitabxanalarda informasiya təhlükəsizliyi və dezinformasiyanın aradan qaldırılması ilə əlaqədar kompleks təkliflər verilmişdir.

  • E-kitabxana sistemində toplanan loq-verilənlərin analizi üsulları araşdırılmışdır.

  • E-kitabxanaların hüquqi problemləri araşdırılmış və təsnifatlandırılmış, müvafiq beynəlxalq təşkilatların e-kitabxanaların tənzimlənməsi ilə bağlı tövsiyələri analiz edilmişdir.

  • E-kitabxanalarda viki-texnologiyaların tətbiqinə təsir edən faktlar və viki-proqramların xüsusiyyətləri analiz edilmiş, onlardan viki-kitabxanaların yaradılmasında istifadə perspektivləri müəyyənləşdirilmişdir.


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin