Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutunun



Yüklə 5,95 Mb.
səhifə5/18
tarix10.01.2022
ölçüsü5,95 Mb.
#109650
1   2   3   4   5   6   7   8   9   ...   18
3. İnformasiya təhlükəsizliyi

  • İnformasiya təhlükəsizliyi insidentlərinin emalı prosesinin kütləvi xidmət modeli işlənmiş və müxtəlif prioritetli insidentlərin emalının ehtimal xarakteristikaları müəyyən edilmişdir.

  • Kiber-hücum infrastrukturunda mühüm yer tutan botnetlərin arxitekturu, təsnifatı, protokolları, yoluxdurma üsulları və aşkarlanma metodları analiz edilmişdir.

  • Sosial şəbəkələrdə mövcud təhlükələr və bu təhlükələrdən mühafizə məsələləri analiz olunmuşdur.

4. Biometrik texnologiyalar

  • Səs nümunələri əsasında dialektlərin avtomatik tanınması üçün akustik əlamətlər əsasında model təklif edilmişdir.

  • İnsanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında istifadə olunan həndəsi əlamətlərin qiymətlərinin əhəmiyyətlilik dərəcəsinin tapılması üçün alqoritm təklif edilmişdir.

  • Biometrik şəbəkədə fərdlərin elektron kart sisteminin yaradılması prinsipləri tədqiq edilmişdir. Biometrik texnologiyalar və onların elektron tibbdə istifadə imkanları və perspektivləri təhlil edilmişdir. Biometrik texnologiyalardan istifadə etməklə səhiyyədə tibbi xidmətin etibarlılığının yüksəldilməsi yolları göstərilmişdir.

5. İnformasiya cəmiyyəti (e-dövlət)

  • E-dövlətin formalaşdırılması problemləri və onların həll perspektivləri araşdırılmışdır.

  • E-demokratiya mexanizmlərinin inkişaf etdirilməsinə dair təkliflər verilmişdir.

  • İnternetin müasir cəmiyyətdə yaratdığı yeni reallıqlar, qlobal və virtual münasibətlər analiz edilmiş, İnternetin təsiri ilə insan fəaliyyətinin bütün sahələrində baş verən keyfiyyət dəyişiklikləri, yaranan imkanlar şərh olunmuşdur.

  • Sosial medianın kommunikasiya, informasiya, dəyəryaratma, təşkilati və əyləncə funksiyaları araşdırılmış, ənənəvi medianın müvafiq funksiyaları ilə müqayisəli şəkildə təhlil edilmişdir.

  • İnformasiya cəmiyyətinin multidissiplinar elmi-nəzəri problemləri araşdırılmış və təsnif edilmişdir.

  • Sosial medianın istiqamətləri və xüsusiyyətləri araşdırılmış, viki-mühitin sosial media vasitələ-rindən biri kimi cəmiyyətdə tutduğu mövqeyi təyin olunmuş, viki-mühitin informasiya təsirində rolu və informasiya təsirini təmin edən əsas tendensiyalar müəyyənləşdirilmişdir.

  • İntellektual oyunların yaranması, növləri, tədrisdə tətbiqi, eləcə də intellektual oyunların bir növü olan kompüter oyunlarının tədrisdə istifadəsi məsələləri araşdırılmışdır.

  • İntellektual oyunların təşkilinin pedaqoji-psixoloji aspektləri araşdırılmışdır.

  • Vikipediya ensiklopediyasının elmi-nəzəri əsasları və praktiki əhəmiyyəti araşdırılmış, ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilmiş, Vikipediya istifadəçilərinin qarşılaşdıqları problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

  • E-dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metodlar təklif olunmuşdur.

  • E-dövlətin inkişaf modelləri təhlil edilmişdir. E-dövlətin analizində text mining və sosial şəbəkə texnologiyalarının rolu araşdırılmış, bu istiqamətdə aparılan elmi tədqiqat işlərinin müasir vəziyyəti tədqiq edilmişdir. Araşdırma nəticəsində e-dövlətin analizi sahəsində mövcud olan problemlər identifikasiya edilmiş, gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir.

  • E-dövlətin Big Data mənbələri araşdırılmış və big data analitikanın verdiyi imkanlar nəzərdən keçirilmişdir.

  • E-dövlət mühitində ictimai maraq kəsb edən məsələlərin müəyyən olunması, regionların maraq dairəsinin, onların hansı problemlərə həssas olduğunu müəyyən etmək üçün web log mining və text mining texnologiyalarına əsaslanan yanaşma təqdim olunmuşdur.


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin