Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutunun



Yüklə 5,95 Mb.
səhifə3/18
tarix10.01.2022
ölçüsü5,95 Mb.
#109650
1   2   3   4   5   6   7   8   9   ...   18
ELMİ-NƏZƏRİ FƏALİYYƏT

  1. Big Data və Data mining

  • Mövcud hesablama resursları daxilində Big Data-nın klasterləşdirilməsi üçün yüksək hesablama məhsuldarlığına malik metod təklif olunmuşdur.

  • Mətnlərin optimal referatının yaradılması üçün riyazi model və adaptiv diferensial evolyusiya alqoritmi işlənmişdir.

  • Mətnlərin avtomatik referatlaşdırılması məqsədilə mətndən cümlələrin seçilməsi üçün çoxkriteriyalı optimallaşdırma modeli və onun həlli üçün insan təliminə əsaslanan optimallaşdırma alqoritmi (Human Learning Optimization Algorithm) işlənmişdir.

  • Neft-qaz sənayesi sektorunda terabayt, petabaytlarla ölçülən Big Data-nın inteqrasiyası üçün ETL, ELT, CDC, EAI kimi inteqrasiya modellərindən və Hadoop, MapReduce, Hive, NoSQL, HDFS kimi heterogen standartlardan istifadə etməklə konseptual arxitektur model işlənmişdir.

  • İnkişaf etmiş ölkələrin (ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa, Çin, Cənubi Koreya, Avstraliya) Big Data çağırışları tədqiq olunmuşdur.

  • Big Data-nın iqtisadi potensialı, ölçülməsi üçün indikatorlar, onun xəritəsi (ölkələr üzrə Big Data-nın paylanması, adambaşına düşən informasiyanın həcmi və s.) tədqiq olunmuşdur.

  • Big Data-nın vizuallaşdırılmasının elmi-nəzəri problemləri, alətləri, proqram məhsulları və metodları araşdırılmışdır.

  • Big Data texnologiyalarının tətbiqi üzrə düzgün strategiyanın seçilməsi üçün bu texnologiyaların əsas komponentləri və analitik imkanları kritik analiz edilmiş, üstünlükləri, perspektivləri və mövcud problemləri göstərilmişdir.

  • Neft-qaz sənayesi sistemlərinə real zaman rejimində daxil olan böyük həcmli və müxtəlif formatlı verilənlərin paylanmış klaster sistemlərində saxlanması və onların dərin analitika və maşın təlimi metodları ilə analizi üçün nəzərdə tutulmuş hibrid Big data platformasının konseptual arxitekturu təklif edilmişdir.

  • Neft-qaz sənayesi üçün Big Data strategiyasının ümumi istiqamətləri təklif edilmişdir.

  • Big Data texnologiyasının neft-qaz sənayesində tətbiqinin multidisiplinar problemləri analiz olunmuşdur.

  • Big Data texnologiyalarının tətbiqi şəraitində fərdi məlumatların qorunması problemləri araşdırılmış, onların şəxssizləşdirilməsi, emalının legitimləşdirilməsi və məhdudlaşdırılması ilə bağlı hüquqi konsepsiyalarla Big Data texnologiyalarının tətbiqi konsepsiyaları arasındakı ziddiyyətlər şərh olunmuşdur

  • Big Data texnologiyalarının biznesin inkişafında yaratdığı imkanlar araşdırılmış, bank, pərakəndə satış və telekommunikasiya biznesi sahələrində Big Data-nın tətbiqinin müsbət nəticələri analiz edilmişdir

  • Viki-mühitdə artan Big Data-nın yaratdığı problemlər analiz edilmiş, müxtəlif məqsədlər üçün qərarların qəbulunda vikimetrik tədqiqatlardan istifadə perspektivləri müəyyənləşdirilmişdir. Viki-mühitdə Big Data-nın saxlanması və emalı üçün zəruri şərtlər göstərilmiş, Big Data ilə əlaqədar problemlərin həlli üçün bəzi mövcud yanaşmalardan birgə istifadə təklif edilmişdir.

  • E-dövlət sistemində “Big Data” infrastrukturunun konseptual modeli təklif olunmuşdur.


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin