Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının əsərləri, 2014, XII cild



Yüklə 0,71 Mb.
səhifə3/10
tarix01.01.2022
ölçüsü0,71 Mb.
#105964
1   2   3   4   5   6   7   8   9   10
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Boraginaceae. Muosotis palustris (L.) L. – Unutmaməni. Adətən nəmli yerlərdə bitir. Dağətəyi və düzən, kolların və ya hündür otların arasında rast gəlinir. Təbabətdə şirəsi və tozu ağız boşluğunun, cinsi orqanların bəd xassəli şişlərinə qarşı istfadə edilir. Otundan çay tərqovucu kimi, dəmlənməsi (təpirtməsi) göz xəstəliklərinin müalicəsində istifadə olunur.

Buxaceae. Buxus hyrcana Poyark. – Hirkan şümşadı. Ayrı-ayrı yerlərdə, xüsusən köhnə ziyarətgahlarda yayılmışdır. Yerli əhali hər yerdə bu bitkiyə xəsarət yetirməkdən ehtiyat edir. Xalq təbabətində sidik-daş xəstəlikləri vaxtı kök, qabıq və yarpaqlarının cövhəri sidik qovucu kimi istifadə edilir [1]. Cavan yarpaqlarının cövhəri saçın möhkəmlənməsi və uzadılması üçün istifadə olunur [3]. Hirkan şümşadının yarpaqları yarasağaldan xassəyə malikdir [4]. Çiçəklərin cövhəri ürəyi və beyni möhkəmləndirir.

Caprifoliaceae. Sambucus ebulus L. – Ot gəndəlaş. Açıq meşə ərazilərdə, istifadəsiz münbit torpaqlarda, yol qıraqlarında yayılmışdır. Yarpaqlarının dəmləməsi revmatizm, yanıq, köynəlmiş yaraların sağalması, laringit vaxtı boğazı qarqara etmək üçün, ilan, arı, ağcaqanad sancmaları vaxtı və s. məqsədlərlə istifadə edilir. Şirəsi zəiflədicidir. Yarpaqlarının dəmləməsi bağırsaq sancıları vaxtı, çiçəyinin cövhəri maliariya, böyrək, sidik kisəsi xəstəlikləri vaxtı istifadə edilir. Tərqovucu və bəlğəmgətirici xassəyə malikdir.

Celastaceae. Euonymus velutina Fisch. et Mey. – Məxməri gərməşov. Aşağı dağ qurşağında nadir halda rast gəlinir. Hirkan Milli Parkı ərazisində, Yuxarı Apo yaxınlığında bir neçə yaşlı nümunəsi qorunur. Meyvələri zəiflədici və qusdurucudur, böyük dozalarda entrit və qemoridial qanaxmalara səbəb olur.

Ebenaceae. Diospyros lotus L. – Qafqaz xurması. Dağətəyi və aşağı dağ qurşağında bəzi yerlərində geniş assosiasiyalar yaradır. Sürətlə inkişaf etdiyinə görə qısa müddət ərzində meşənin alt yarusunda digər bitkilərin yeniyetmələrini üstələyib dominant növə çevrilə bilir. Buxarda dəmlənmiş yarpaqları yaralara, zədələrin üzərinə qoyulur. Təzə meyvələrindən alınmış şirə- «doşab» 50%-ə dək şəkərə malikdir, quru öskürəyə qarşı istifadə edilir.

Fabaceae. Albizia julibrissin Durazz. – Lənkəran akasiyası. Adətən dağətəyi qurşaqda tək-tək və ya kiçik qrup halında rast gəlinir. İyun-iyul aylarında çiçəkləyir. Çiçəklərində 0,4% efir yağları vardır. Xalq təbabətində çiçəklərinin dəmlənməsi öskürəyə qarşı və anti-spazmatik vasitə kimi, gövdəsinin qabığının suda dəmləməsi mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur, iştah artırır. Cavan budaqlarının qabığından qurd xəstəlikləri vaxtı istifadə edilir.





Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin