Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının əsərləri, 2014, XII cild



Yüklə 0,71 Mb.
səhifə8/10
tarix01.01.2022
ölçüsü0,71 Mb.
#105964
1   2   3   4   5   6   7   8   9   10
Şək.5. Crataegus microfilla C.Koch.
Crataegus microfilla C.Koch. – Xırdayarpaq yemişan. Qarışıq meşə tərkibində meşəaltı yaradır. Qabığı, budaqları, yarpaqları diare və diuretik xəstəlikləri, meyvələrindən diş kariesinə qarşı istifadə edilir. Hipetenziv təsirə malikdir [3].

Rubus caesius L. – Ağımtıl böyürtikan. Yol qıraqlarında digər böyürtikan növləri ilə birlikdə qarışıq tərkibli kolluqlar yaradır. Yarpaqları və meyvəsi genekoloji xəstəliklər vaxtı istifadə edilir. Yarpaqlarının dəmlənməsindən və cövhəri qastrit, angina, diare, bağırsaq qurdlarına qarşı, xroniki xoralara, faringit, xoralı stomotit və digər xəstəliklərə qarşı istifadə edilir.

Mespilus germanica L. – Qafqaz əzgili. Qarışıq meşə tərkibində meşəaltı yaradır. Antibakterial xüsusiyyətlərə malikdir. Köklərinin qabığının, yarpaqlarının suda dəmlənməsindən bəd xassəli şişlərə, diareya və dizenteriyaya qarşı istifadə edilir. Yarpaqları babasil, böyrək xəstəlikləri və boğazı qarqara etmək məqsədi ilə istifadə edilir [8].

Tiliaceae. Tilia begoniifolia Stev. – Cökə. Dağətəyi və aşağı dağ qurşaqlarda qarışıq meşələrin tərkibində geniş yayılmışdır. Meşələrdə 350-500 yaşında ağaclara rast gəlinir. Yüksək keyfiyyətli balverən bitkidir. Yarpaqları aşı maddələrinə və C vitamininə (224,4%), karotinə malikdir. Çiçəklərinin suda dəmlənməsindən angina və qrip vaxtı boğazı qarqara edilir və soyuqdəymə zamanı tərqovucu vasitə kimi istifadə edilir [8]. Ənənəvi təbabətdə çiçəklərinin dəmlənməsi sakitləşdirici içki kimi istifadə olunur.

YEKUN
Azərbaycan Respublikasının cənub bölgəsində müalicəvi əhəmiyyətə malik bitkilər çoxdur. Yuxarıda qeyd olunmuş bitkilərin siyahısını dəfələrlə artırmaq olar. Bununla belə, onların müasir elmin tələblərinə uyğun olaraq tədqiq olunmasına ehtiyac vardır. Həmin bitkilərin yalnız bir qismi tərəfimizdən tədqiq olunmuş və müalicəvi xassələri haqqında məlumatlar toplanmışdır. Əslində bu ərazilərdə bitən əksər bitkilər bu və ya digər formada müalicəvi xassələrə malikdir. Tərəfimizdən 18 fəsiləyə və 24 cinsə məxsus 25 növ haqqında məlumat verilmişdir.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin