Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu atiF İslamzadə



Yüklə 1,11 Mb.
səhifə20/34
tarix10.01.2022
ölçüsü1,11 Mb.
#109442
1   ...   16   17   18   19   20   21   22   23   ...   34
Yəğma ritualı

Qazan xan obrazının ritual-mifoloji strukturunun əsa­sında dayanan yəğma ritualı qeyd etdiyimiz kimi ilkin olaraq bu ziddiyyətlər üzərində qurulur. Yəni Aruz-Qazan qarşı­dur­ma­sı kimi hələ II boydan başlanır. Qəribə burasındadır ki, ka­fər­lər də Aruz ilə eyni düzümdə diqqət çəkir. Qazan oğlu Uru­zu ordunun üstünə qoymaqla ritual həyata keçirir. Aruzun “or­dunun üstünə kimi qoyursan?” sorğusunda anti-ritual dav­ra­nışı hiss olunur. Kafərlərin Oğuz elinə basqın edib Uruzu məğ­lub etməsi isə anti-ritual olmaqla ritual düzəni pozmaq niy­yətləri kimi meydana çıxır. Uruz bir tərəfdən məğlub ol­maq­la Qazan xanı çətin vəziyyətə salsa da, digər tərəfdən ri­tu­al­dan keçib birinci mərhələdə oğuz elinin qəhrəmanı kimi ka­fir­lərlə üz-üzə dayanır, ikinci mərhələdə (IV boyda) varis ki­mi ritual subyekti olaraq iştirak edir, üçüncü mərhələdə isə (XI boyda) xaqan statusunda təsdiqini tapır. Məhz əvvəldə qeyd etdiyimiz kimi, XII boyda keçirilən yəğma ritualı ka­fir­lər­lə eyni cərgədə dayanan Aruzun xaotikliyini daha şiddətli şə­kildə üzə çıxarır (O, Beyrəyi öldürür). Eyni zamanda Uruz ri­tualdan keçib üç mərhə­lədən sonra xaqan statusunda aşkar nü­mayiş olunduqda ona qarşı dayanan Aruz cəbhəsi yəğmada iş­tirakdan məhrum edilir. Yəğma ritualı ən geniş səviyyədə XII boyda özünü göstərir: “Üçoq, Bozoq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Əmma Taş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağ­maladı.

“Qaçan Qazan evin yəğmalatsa, həlalının əlin alur, tışra çı­qar, andan yağma edərdi” (97, 123).

Bu mətn aydın göstərir ki, süjet üstündə Qazan xanın evinin yəğmalanması aktı süjetaltı struktur laylarda daşlaşmış ar­xaik ritualdan xəbər verir. Lakin arxaik rituala münasibət də fərq­li ola bilər. Bu ritualın hansı kompleksə məxsus olması da müx­təlif baxış bucaqlarının fərqli prizmasını nümayiş etdirir. An­caq elə süjetin özündə aşkar səviyyədə diqqət çəkən mə­lu­mat yığını bir az öncə bəhs etdiyimiz kimi Uçoq-Bozoq qar­şı­dur­masını ifadə edən ciddi bir ritualdan xəbər verir ki, bu ri­tu­al ifadə forması mətn boyu iki səviyyədə müşahidə olunur:

1. Süjet səviyyəsində ritual;

2. Süjetaltı səviyyədə ritual.

Birinci halda ritual aşkar şəkildə epik kontekstdə müşahidə olunur (XII boy).

İkinci halda ritual, mövzu, süjet və motiv səviyyəsində da­ha dərin qatlarda kodlaşdırılıb mifoloji-tarixi bilgilərin sü­ku­nətdə olan layları kimi yalnız struktur-semantik səviyyədə aş­karlana bilir (II boy).

Biz, Qazan xanın evini yəğmaladarkən bir-birinə bağlı olan bu ritual davranışları müşahidə edirik. XII boyda Qazan xan tərəfindən ritual kodeksin ənənəvi strukturu, yaxud etiket prin­sipləri ciddi şəkildə pozulur:

1. Dış Oğuz yəğmada iştirak etmir, ritual subordinasiya göz­lənilmir;

2. Ritual icraçısı (Dədə Qorqud) ritualı icra etmir.

Dış Oğuzun yəğma ritualında nə üçün iştirak etməməsi ba­rədə yuxarıda geniş şəkildə araşdırma aparılmışdır. Bəs ritual icraçısı Dədə Qorqud nə üçün bu ritual zamanından kə­narda qalır, periferik məkana köçürülür?



Bizə məlumdur ki, ritual prosesi epik səviyyədə xaqan, ya­xud xan tərəfindən elan olunur, Qorqud Dədə tərəfindən isə ic­ra edilir. Hətta bəzi hallarda təşkil olunan mərasimlərdə (şö­lən, yı­ğıncaq, toy və s.) mərasim xaqan, xan tərəfindən baş­la­dı­lır, oğuz ərənləri isə mərasim içində Dədə Qorqudu ritualı icra etməyə dəvət edirlər (ad ritualı, “Oğuznamə bağışla­ma­sı”) (97, 36, 67).

A.Xəlil məhz mənəvi səviyyədə ritualın Dədə Qorqud tə­rəfindən populyarlaşdırılıb legitimləşdirilməsi qənaətini ar­xa­ik ritualların motiv səviyyəsini tədqiq edərkən, fikrimizcə, bu baxımdan əsaslandırmışdır (86, 46).



Bəs belə olduğu təqdirdə Dədə Qorqud nə üçün yəğma ri­tualında iştirak etmir? Əgər Qazan-Aruz münasibətlərinin kul­minasiyası kimi Aruz və onun təmsilçiliyi ilə Diş Oğuz yəğ­maya çağrılmırsa, Dədə Qorqud hansı səbəbdən bu ak­si­ya­dan kənarda qalır? Bunun səbəblərini araşdırmağa çalışaq. Biz əv­vəl­də qeyd etdik ki, Qazan xanın keçirdiyi bu ilki yəğ­ma ritualı əvvəlkilərdən o cəhətiylə fərqlənir ki, bu aktın hə­ya­ta keçiril­məsi ənənəvi olsa da, bu akt nəticəsində Uruz bə­yin xaqanlığı elan olunur. Yəni Uruz bəyin II, IV, XI boydan ke­çən status də­yişmələri bu boyda stabil statusda meydana çı­xır. Uruzun xa­qanlığı elan edilir. Aydındır ki, öncə Aruz buna qar­şıdır. Aru­zun bu mərasimdə iştirakı təmin edilmir. Lakin diq­qətlə müşa­hidə etdikdə aydın olur ki, elə mənəvi səviyyəni təm­sil edən Dədə Qorqud da bu addımı qəbul etmir. Bunun üçün biz DQK-nin müqəddiməsinə qayıdaraq təkrarən qeyd edi­rik ki, Dədənin-xanlığın geriyə dönməsini və yaxud dö­nə­cə­yini deməsi “Axır zəmanda xanlıq gerü – Qayıya dəgə, kim­sənə əllərindən almı­ya” (97, 31) ifadəsi Ali iyerarxik pil­lə­nin zirvəsinin Oğuz ritua­lına uyğun – Bozoqların xeyrinə tu­tulmasının gərəkliliyini bəyan etməsidir. Hətta “kimsənə əl­lə­rindən almıya” deməklə növbəti mərhələdə yenə də ha­ki­miy­yətin Bozoqlardan alınaca­ğına və yaxud buna cəhd edi­lə­cə­yinə narahatlıq keçirən Dədə aydın mövqe nümayiş etdirir. Məhz gələcəkdə (XII boyda) Qazanın tutduğu mövqeyə qarşı ri­tual gələnək əsasında narazı olduğunu nümayiş etdirən Dədə Qor­qud bu səbəbdən “Uruzun xaqan elan olunması” ritualına də­vət olunmur, yaxud da özü bu dəvətdən imtina edir. Eyni za­manda onu deyək ki, Əbülqazi mənqəbəsində Dədə Qor­qu­dun Qayı boyundan olması haqqın­dakı bilgilər də (60, 74, 77) bu baxımdan bu faktın dəqiqliyini daha da artırır. Təbiidir ki, Də­də Qorqudun Qayı, yaxud DQK-də göstərildiyi kimi Bayat bo­yundan olması onun bu mərasimə çağrılmaması üçün ye­tər­li səbəb ola bilər. Çünki Qayı və Bayat boyu Bozoq boyları ola­raq Dış Oğuza daxildir. Məhz Dış Oğuz da bu yəğmada Qa­zan xan tərəfindən dışlanıb kənara qoyulur. Lakin mətnə dü­şən müqəddimə mühakiməsi, Ata statusunun daşıyıcısınin qə­tiy­yətli mövqeyi bu yəğmaya onun nə üçün çağrılma­ma­sı­nın əsl mahiyyətini aşkarlayır. Hətta Qazan xan mənəvi sə­viy­yə­nin vacibliyini unudub siyasi səviyyənin etalon­luğunu əsas gö­türür. Aruzun Beyrəyi öldürməsi Qazan xana mə­nəvi sə­viy­yə­ni bərpa etməsi üçün ən ciddi sosial-kütləvi əsas verir. Əks təq­dirdə Qazan xan daha aqressiv tərəf kimi anti­qəhrəman du­ru­muna düşmək məcburiyyəti qarşısında qalıb bü­tün Oğuz bir­liyinin parçalayıcı faktoru kimi xan statusunun funksional əsas­larından məhrum ola bilərdi.

Qazan xan obrazının ritual-mifoloji strukturunun II, IV, XII boylarda bu istiqamətdə təhlil olunması heç də o nəticəni or­taya çıxarmır ki, yalnız Uruzun xaqan olması uğrunda mü­ba­rizə bu əsası təşkil edir. Bu süjetüstü və süjetaltından aş­kar­lan­mış yalnız bir mətnaltı süjet aprobasiyasıdır. Qazan xan ob­razının oğuz epik ənənəsində, əsasən də DQK-də müxtəlif mi­foloji-ritual səviyyəsi diqqət çəkdiyimiz kimi “xan tə­yin­lə­ri” kompleksində daha əhatəli şəkildə aşkarlan­mışdır. Oğuz mi­finin paradiqması kimi Qazan xan obrazının ritual-mifoloji struk­turu elə Oğuz ritual-mifoloji strukturunun tərkib his­sə­si­dir.

NƏTİCƏ
Tədqiqatın məqsədi adından göründüyü kimi oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturunun açıqlan­masıdır. Məqsədimiz Qazan xan obrazının oğuz epik ənənə­sində əhəmiyyətli yerini aydınlaşdırmaq, Qazan xan obrazının oğuz epik ənənəsində davamiyyətli yer tutan mənbələrdə (ta­rixi, mənqəbə, epik) əsas obraz olaraq digər obrazlarla müna­si­bət çevrəsini müəyyənləşdirmək və Oğuz dünyagörüşünü özün­də cəmləyən vahid mifoloji sistemin Qazan xan obrazının mifoloji strukturunu təşkil etməsini aşkarlamaq olmuşdur. Oğuz epik ənənəsi deyildikdə uzunmüddətli bir tarixi proses yaşamış oğuzların fərdi və ictimai münasibətlər sistemində ifadə olunan epik mənbələrin ardıcıllığı nəzərdə tutulur ki, bu sıraya yalnız bədii örnəklər və mənqəbələr daxildir. Tarixi mənbələr isə yalnız bu istiqamətdə əlavə bilgi cəlb etmək üçün istifadə olunur. Məlumdur ki, bu mənbələr sırasında əldə olan və olmayan oğuznamələr əksəriyyət təşkil edir. Çünki bir qayda olaraq Oğuz mühitinə və yaşantı sferasına aid olan bütün əsərlər elmi-metodoloji baxımdan oğuznamə adlanır. Təbiidir ki, yalnız bədii əsərlər deyil, həmçinin mənqəbələr də bu cərgəyə aiddir. Oğuz epik düşüncəsində əsas yer tutan əsərlər arasında ənənəvi olaraq “Kitabi-Dədə Qorqud”, F.Rəşidəddinin “Cəmi ət-təvarix” (tarixlərin cəmi) əsərindən çıxarılıb “Oğuz­namə” adını almış oğuzlarla bağlı hissələr, Ə.Bahadır xanın “Şəcəreyi-Tərakimə” (Türkmənlərin şəcərəsi) əsəri, uyğurca “Oğuz Kağan” dastanı, Yazıçıoğlu Əlinin “Təvarixi-ali Səl­cuq” əsərində olan oğuznamə parçaları, “Əmsali-Məhəm­mə­də­li” və digər oğuznamələr vardır. Lakin bizim məqsədimiz tarixi əsər yazmaq olmadığından daha çox bədii-epik nümunələri tədqiqata cəlb etmək olmuşdur ki, bunların da içərisində ən əhəmiyyətli yeri “DQK” tutur, digər oğuznamələr isə vasitəçi rolunda çıxış edir.

Qazan xan obrazının bir obraz olaraq əsasən “DQK” də yer tutması obraz arealını istər süjet, istərsə də mətn strukturu səviyyəsində izləmək baxımından yenə də əsas olaraq mən­qəbələrdə deyil, DQK-nin əsasında təhlil etmək zərurəti do­ğurur. Çünki mənqəbələr Qazan xan obrazını əhatəli şəkildə diqqətdə saxlamağa imkan vermir. Elə bu baxımdan da mən­qəbə bilgiləri DQK-dəki obrazı daha geniş səviyyədə səciy­yələndirmək üçün yardımcı funksiya daşıyır.

Qazan xan obrazının tarixi səviyyəsi araşdırmada yalnız ona görə geniş yer almamışdır ki, mövzumuz obrazın epik-mifoloji səviyyəsi ilə bağlıdır. Eyni zamanda obrazın tarixi prototip kimi araşdırılması həm də ona görə əhatəli şəkildə diqqət çəkmir ki, biz obrazın tarixiliyinə etolon səviyyədə yanaşmağın tərəfdarı deyilik. Çünki obraz bütün hallarda epik hadisə olduğu üçün burada tarix salnamə səviyyəsində rol oynamır, yalnız tarixdə mövcud olmuş şəxsin müəyyən key­fiyyətləri yaradıcı şəxsin fərdi baxışları əsasında obrazda müəy­yən qədər özünə yer ala bilir. Hətta bir obrazın bir şəxsin prototipi kimi götürülməsi müəyyən hallarda mümkün olmur. Bir obrazda bir neçə tarixi şəxsin statusları və şəxsi keyfiyyətləri cəmlənmiş də ola bilir. Elə bu baxımdan da obrazın tarixi məntiqi anaxron yaratmış olur, tarixi xrono­logiya pozulur. Araşdırmamızda olan Qazan xan obrazı da eyni istiqamətdə izlənilə bilər.

Obrazın epik-mifoloji səviyyəsi elə bu obrazın bütöv­lükdə təsviri və struktur səviyyədə tədqiq olunmasına kifayət qədər imkan verir. Biz qeyd etmişdik ki, Qazan xan obrazı oğuz epik ənənəsində bir-birinə sinxron və diaxron şəkildə bağlı olan üç əsas obrazdan (Oğuz, Qorqud, Qazan) biridir. Əgər bu obrazlardan hər hansı biri olmazsa, oğuz epik ənənəsi sistemliliyini və statikliyini itirmiş olar. Sanki türk mifoloji strukturunun üçlük dünya modelinin Oğuz mifoloji siste­mində obraz şəkillənməsi olan bu ana obraz üçbucağı bütün Oğuz epik və mifo­loji sistemini zəncirvari həlqə kimi öz ətrafında cəmləmişdir. Qazan xan obrazı mifoloji baxımdan da arşdırıldıqda yalnız epik mətndən bu sistemə daxil ola bilmək məcburiyyəti olduğu üçün obrazın həm epik, həm mifoloji səviyyələri araşdırmaya cəlb olunur. Daha doğrusu, oğuz epik ənənəsinə və yaxud Oğuz kompleksinə daxil olan mətnlər bir-birinə qarışmış şəkildə diqqət çəkir. Mif epikləşir, epik olan isə mifləşir. Yəni bu kompleksin mətnləri diqqətlə araş­dırıldıqda bu vacib elementlər bir-birinə bağlı olur və mifoloji baxımdan araş­dırma tələb edir. Əgər bu mətndə mif üzdə deyilsə, bu mifin olmamasından xəbər vermir, mifin alt laylarda gizli qalmasından xəbər verir. Elə bu səbəbdən də ənənəvi-təsviri metodla bərabər struktur-semiotik metod tələbatı da meydana çıxır. Tədqiqatda bu istiqamətdə də araş­dırma aparmaq ehtiyacı diqqət çəkdiyi­miz yanaşma tərzindən meydana gəlmişdir. Qazan xan obrazı oğuz epik ənənəsində ən geniş səviyyədə DQK-də kodlaşdırılmış “Qazan xan təyinləri” vasitəsilə epik ənənəyə səpələnib başdan-başa epik, mifoloji sistemi struktur və süjet səviyyəsində öz içərisinə alır. “Ulaş oğlı” olması ilə Qazan xan obrazının övladlığı təzahür edirsə, “Xan Uruzun ağası” olması ilə atalığı izlənilir. “Bayındır xanın göygüsi” olması ilə kürəkənliyi və ərliyi işarələnirsə, “Tülu quşun yavrısı”, “Amit soyının aslanı” və s. olması ilə Oğuz məişətinin və idarəçiliyinin bütün səviyyələri işarələnir. Hər təyin bütün oğuz epik ənənəsini başdan-başa gəzir, hətta bu ənənədən kənara çıxıb ümumtürk kontekstində də iştirak edə bilir (“Altay dastanı”, “Şan qızı” dastanı və s.). Bu təyinlər semantik cərgə yaradıb funksionallaşır və ayrı-ayrı səviyyələri məna və anlam baxımından özündə cəmlə­yərək Qazan xan kompleksi yaradır. Elə bu baxımdan da tədqiqat işi ən geniş səviyyədə bu təyinlər üzərində qurulub oğuz epik ənənəsində Qazan xan obrazının ən müxtəlif tə­rəflərinin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayır.

Qazan xan obrazının ritual-mifoloji səviyyəsi “xan öyüncləri” adlandırdığı­mız təyinlər vasitəsilə işıqlandırılsa da, bu səviyyənin tamamlanması üçün əlavə bir fəsilə ehtiyac hiss etdiyimizdən araşdırmanı bu istiqamətdə aparmağı lazım bilmişik. Beləliklə, Qazan xan obrazını bu tədqiqat işində aşağıdakı kimi təsnif etmək zərurəti meydana çıxır:

1. Qazan xan obrazı oğuz epik ənənəsini təşkil edən üç əsas obrazdan biri kimi bərabərhüquqlu obrazdır.

2. Qazan xan obrazı oğuz mifinin paradiqmasıdır.

3. “Qazan xan təyinləri” funksionallaşaraq oğuz epik ənənəsinin müxtəlif laylar təşkil edən semantemlərinə çev­rilmişdir.

4. Qazan xan obrazı ritual-mifoloji struktura malikdir.

5. Qazan xan obrazının epik-mifoloji səviyyələri bir-birinə kontaminasiya edilmişdir.

6. Qazan xan obrazının tarixi səviyyəsinin tədqiqat işində nə üçün geniş səviyyədə işıqlandırılmamasının səbəb­ləri aydınlaşdırılmışdır.

Son olaraq onu da qeyd edək ki, oğuz epik ənənəsində Qazan xan obrazının mükəmməl obraz olaraq diqqət çəkməsi onu göstərir ki, bu mövzu qapanmamış qalır və Qazan xan obrazı neçə-neçə gələcək tədqiqat işinin mövzusu olacaqdır.




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin