Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu atiF İslamzadə


Xan öyüncü kompleksinin semantikası



Yüklə 1,11 Mb.
səhifə4/34
tarix10.01.2022
ölçüsü1,11 Mb.
#109442
1   2   3   4   5   6   7   8   9   ...   34
Xan öyüncü kompleksinin semantikası


  1. Ulaş oğlı təyini


Oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji struk­­turunun öyrə­nilməsi üçün Xan öyüncü kompleksinin ar­dı­cıl olaraq epik-mifoloji səviyyədə araşdırılmasının mühüm əhə­miyyəti vardır. Bunlar­dan ilk öncə diqqəti “Ulaş oğlı” tə­yin-qəlibi cəlb edir. Bu, hər şeydən öncə soy işarəsidir, atanı ini­­kas edir, əcdadı (Oğuzu) assosiasiya edir. Epik mətndə Qa­zan xanın “Ulaş oğlı” bildirilməsi təsadüfi xarakterdə deyil. Qa­zan xan Salurlardan olduğuna görə salurlarda şərəfli ad sa­yı­lan Ulaşın onun atası olaraq mətnə düşməsinə ən azından ona görə ehtiyac var ki, Qazanın xanlıq şərəfini əsaslandırsın. Rə­şidəddin “Oğuznamə”sində “Ulaş” adı çox hörmətlə xa­tır­la­nır: “Salur boyundan olan Ulaş və Ulad adlı iki nəfər” (115, 41) Oğuz xanın nəvəsi kimi göstərilən Dib Yavqu ilə görüşür və Dib Yavqu onlar haqqında deyir: “Məmləkəti olduğu kimi sax­laya bilmək bilik və bacarığı göz qabağında olan bu iki kə­sin sözünə qulaq asmaqla mümkün olar” (115, 41). Hətta ti­tul­ları göstərilməyən iki şəxsin geneşikliyi (Rəşidəddində ken­qeş (115, 48), Əbdülqazidə geneş bəyləri (60, 74) və ya­xud inaqlığı (97, 262) ölkənin taleyini həll edir. Ən maraqlı da odur ki, bu şəxslər (Ulaş və onun oğlu Ulad) Dib Yavquya Oğuz xanın müasiri olaraq Oğuz xaqanın dövlətçilik stra­te­gi­ya­sından və idarəçilik metodlarından, ölkəni necə saxlamaq qay­dalarından bəhs edirlər (97, 41). Əbdülqazi “Oğuz­na­mə”sində isə iki şəx­sin deyil, yalnız Ulaşın haqqında bilgi ve­ri­lir (60, 73). Təbiidir ki, belə bir mühüm şəxsiyyətin (Ulaşın) Qa­zan xanın atası olması onu həm Oğuz zamanına yaxın­laş­dı­rır, həm Oğuza soy baxımından yaxın edir, həmçinin “Qalın Oğu­zun dövləti” ol­ma­sının şərəfini təmin edir. Halbuki Əbül­qa­zi “Şəcəreyi-Tə­rakimə”də nəsil şəcərəsini göstərərkən Qa­zan xanın atasının Ulaş deyil, Enkeş olduğunu göstərir (60, 97). Lakin Əb­dülqazidə də məlumatlar çox ziddiyyətlidir. Ulaş haqqında eyni məlumatı verən Ə.Bahadır xan Enkeşi gah Qazan xanın kən­dxudası, gah da atası kimi göstərir (60, 76, 97, 100).

Ancaq buna baxmayaraq, bir fakt maraqlıdır ki, hər iki oğuz­namə yazarı mənqəbəçi olaraq Ulaş haqqında verdikləri mə­lumatda onun Oğuz xanı gördüyü və ona yaxın olduğu ba­rə­də eyni hadisəni təsvir edir və burada Qazan xan haqqında heç bir bilgi verilmir. Biz Salur Qazanın Ulaş oğlu olmasını ta­rixi baxımdan qətiyyətlə inkar etməsək də, təsdiq də etmir, bu­nun epik tələbat səviyyəsində olduğu fikrində dayanırıq. Ulaş oğlu işarəsi soy işarəsi olub əcdadı işarələməklə epik mətn­də Oğuz assosiasiyası yaratmaqla oğuz paradiqması kimi aş­kar­lanan Qa­zan xan obrazının bir paradiqma cizgisini nü­ma­yiş etdirir.



  1. Yüklə 1,11 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin