Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə149/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   145   146   147   148   149   150   151   152   ...   300
III mətn

Kalba Məmməd çox mərd, qeyrətli bir kişi oluf. Onun bir tərəfi Qubatdı, bir tərəfi isə Laçınnandı. Sora Laçının Aşağı Fərəcan kəndinə köçüf. Kalba Məmmədin Həsən və Həsənalı adlı oğlannarı oluf. Həsənalı polis rəisi oluf o vaxt, Həsən də onun maviniymiş dəəsən. Ermənilər bınnarı aradan götürməh isdiyir­mişlər. Qonaxlıx adıynan aparır bınnarı Xocapirdə. Xocapird də Qarabağa aiddir. Guya bınnarı ora qonax aparıllar. Bu yolla onnarı kruqa salıllar. Evdə otduxları yerdə, bınnarı – qardaşdarı tərkisilah eliyillər, ikisini də tutullar. Simavarı qaynadıllar, Həsənalının kürəyinə şəlliyillər. Həmən samavardan çay töküf içillər. Nəysə, bınnarı işgəncəynən öldürüllər. Bınnarı babam söhbət eliyirdi. Özü də ora getmişmiş.

Kalba Məmmədin qardaşı Kalba Xəlil bəy anamın atasıynan dosduymuş. Anamın atası həkimlih bacarırmış. Kalba Xəlil bəy gedir Qubatdının Əliquluuşağı kəndinnən babamı gətirir ki, birdən uşaxlar yaralı tapılar, yarasını-zadını müalicə eləsin. Babamı ora aparır. Camahat hamısı qara geyinif. Hamı axtarır onnarı.



Bir günnəri Kalba Məmməd atdan düşdü, əlini əlinə vuruf dedi ki, həə, uşaxlar gedif Malaqana, qalıflar orda. Heyvannardan kəsin, camahat çörəh yesin. Çox heyvan kəsdirif, camahat hamısı yedi, işdi. Babam deyir ki, mən gördüm ki, gülüşü süni gülüşdü. Sora deyif ki, ay camahat, hamı çörəh yeyif? Yeyif qutarıfsa, dur­muyun, fərməşdən, çualdan götürün. Uşaxları doğruyuf töküflər fi­lan yerə, gedax gətirəh. Babam deyir ki, ermənilər Kalba Məm­mə­din oğlannarını belə öldürdülər. Bütün bunnar Kalba Məmmədin qızı Tavatın yaddaşında qalır. Böyüyənnən sora onnardan qisas alır.
IV mətn

Anamın atasıgil erməniyə qarşı qəddar oluflar. Bu qəddarrı­ğının da səbəbini deyim. Anamın atasının iki əmisi oğlunu Xoza­birtdə ermənilər öldürüflər. Sora o kəntdən də, bu kəntdən də ca­mahat yığılıf barışığ eliyiflər ki, bu kəntdəri bir-biriynən barışdır­sınnar. Anamın atası, bir də əmisi – Hüseyinnən Xan Hüseyin ba­rışığa gəlmillər, gedillər meşəyə. Anamın əmisi uşaxlarını Eşşək­xa­çı deyilən bir erməni oluf, iki də oğlu oluf, olar öldürüf. Bular da ermənidən qasid tutullar. O vaxda qədər gözdüyüllər ki, kəntdən çıxıf hara getdiklərini öyrənələr, bulardan qisas alalar. Kəntdən bu­lara xəbər verillər ki, Eşşəkxaçı uşaxlarıynan getdi meşə­yə odun yığ­mağa. Bular iki qardaş heş kəsə demədən atın palanın altına si­lahı qoyullar, yüklənillər, guya meşəyə odun yığ­mağa gedillər. Ge­dif görüllər ki, bular odun yığıllar. Eşşəkxaçı da çox cəngavər adam­mış. O qədər girvəliyillər, bular çörək yeməyə oturullar. Çö­rək yeməyə oturanda qəfil buların üsdün alıllar. Eşşəkxaçın da tu­tullar, uşaxların da tutullar. Üçün də əlin-qolun bağlıyıf gətirillər kəndə. Əmisi uşax­larını nejə öldürmüşlər buları da heylə öldürüllər. Belinə qaynar sımavar bağlıyıllar, kişinin gözü qabağında uşaxların ikisini də öl­dürüllər. Öldürülən əmi uşaxlarının bacısı vardı, Erkək Tavat de­yirdilər. Kişi kimi xrom sapox geyir, şallax taxır, at minir, silahı da üsdündə. Arvad əmisi oğlannarına deyir ki, hər nə eləmi­siz sizin halalız olsun, eşşəkxaçın başın kəsin, onun qanınnan içə­jəm. Bunun başını kəsillər, qanınnan iki ovuc içir. Deyilənə görə, Tavat əvvəl göyçək arvad oluf, qanı içənnən sora sifəti dəyişif kişi puturruğu yaranıf. Bu hadisə olur 26-27-ci ildə. Bular bunu öldü­rən­nən sora yetmiş ev yığışır gecəynən Araz­dan addıyıllar İrana ki, bu qannan sora Mircəfər Bağırov gəlif bizi qırajax. Anam onda üç yaşında uşağmış. Getmişmiş dayısıgilə, olarnan gəlir Cijimliyə. Bi­zimkilər İrana addıyanda vaxt tapıf gedif anamı götürə bilmillər. Xə­bər ya­yılır, səhər Mircəfər Bağırov özü gəlif çıxır kəndə. Orda da bir neçə adamı öldürür, tutduğun tutur. Bular da artıx sərhədi ad­dadığınnan onnarı tuta bilmir. Bu hadisə­dən sora həmin kəndin adı­nı qoyullar Cəfərabad. Mircəfər Bağırov tutulannan sora kəndin adı­nı qoydular Fərəcan. İki ildən sora ana­mın atası İrannan gəlir ki, qı­zı aparallar. Hüseyin kişi örüşdə heyvan otarırmış. Onu tapıf de­yif ki, get onnara denən mən filankə­səm, uşağı versin aparım. Bu gəlif deyif. Buna da deyiflər ki, uşax hökumətə düşüfdü. Əyər bu qızı versək, bizi tutal­lar. Müharibə vaxdı gənə gəliflər ki, qızı apa­rallar. Onda da anam ərə getmişmiş, bir uşağı da varmış. Deyiflər, vəz­yət belədi, qız ərə gedif, uşağı da var. Onnan sora qayıdıf gediflər.

V mətn

Erkək Tavat bizə gələndə girib yerinə yatanda görürdüm çək­mə­sinin boğazınnan nəsə çıxartdı qoydu döşəyinin altına, yatdı. Balaca uşağ idim da. Məndə marağ oyanırdı ki, görüm bu nədi. Get­­dim baxdım, gördüm xançaldı. Tavat gedənnən sora dedim, dədə, o arvatdı, amma niyə belə geyinir, papiros çəkir, çəkməsinin boğa­zında qılıncı var? Dedi, bala, onun düşməni var, onnan qorxur. Toy vaxdı ermənilər onun qardaşdarını öldürüflər. O, özünə söz ve­rif ki, qardaşdarımın qisasını almıyınca mən aylə qurmujam. De­diyini də yerinə yetirir. Görür dəyirmanda yeddi dənə erməni dən üyüdür. Dədəm and işdi ki, Tavat onun yeddisini də öldürür, yed­disinin də başını kəsənnən sora onun hər birinin qanından bir istəkan içir.

Mircəfər Bağırov hakimiyyətdə olanda ermənilər Erkək Tavatı tutdurullar. Bakının türməsində olanda bir nəfər deyir ki, gəl saa bir köməklik eliyim. Orda da bir erməni zazor varmış, buna çox əzyət verirmiş. Əzyət verəndə bunun yoldaşı deyir, gəl Mircəfər Bağırova bir məktub yaz, bəlkə ürəyi yumuşala səni buraxa. Onda Tavat barmağın deşib qanıynan Mircəfər Bağırova məktub yazıb buna zülm eliyən ermənidən. Bir gün görür erməni arvadın gətirir bunun yanına ki, sən gəl bu işdən əl çək, mənim yoldaşım pis vəz­yətdə qalıf, sən Mircəfər Bağırova belə məktub yazmısan. Orda Tavat deyir, yox, sənin yoldaşın maa nə zülüm eliyif onu yazmı­şam. Onda Mircəfər Bağırov bir kişilik eliyif. Erkək Tavatı çıxarıf türmədən, yanına da bir adam qoşuf. Deyif, bunu aparırsan hansı kəntdən gəlibsə, həmin kəntdə təhvil verisən həmən adamlara, qayıdırsan. Heylə olur türmədən çıxır.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin