Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə129/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   125   126   127   128   129   130   131   132   ...   197
38. ARVADIN ELƏSİ DƏ VAR, BELƏSİ DƏ
Bir axşam Şah Abbas Allahverdi xan vəzirə dedi ki, dur şəhə­ri gəzəh, şəhərdə oğurrux oluf. Durdular küçənin biriynən ağzı aşa­ğı gəldilər, ayağa çatdılar, bir də qayıtdılar. Bir üş-dörd ev getmiş­dilər. Gördülər ki, bir gəlin xeylağıdı, qapıda var-gəl eliyir. Gəzir ayna-bayna. Dedi:

– Vəzir, bir buna de gör bunun kişisi var bizi beyjə qonax eliyə?

Vəzir deyəndə, bu gəlin dedi ki, yox, biz qonax saxlamırıx. Bu­dey, ağzı belə hamı kənd döyül, gedin birinin evində qalın dana. Dedi:

– Vəzir, burda bir əngəl var. Çəkil belə dala, bunu güdəh.

Bilikli adamlar idi dana. Çəkildilər bir daldaya. Gördülər ki, bunun əri gəldi. Cüt əkirmiş, qutarıf gəlif. Gəldi ulağı-zadı rahat­da­dı. Kişi girdi evə. Hava da bir az soyux idi. Tez apardı kişinin qava­ğına bir isdəkan çay qoydu bu gəlin. İçəridə dayanmır. Çıxır çölə, girir içəri. Çayı qoydu qavağına. Onda buxarı idi. Ojax buxarıda qala­nırdı. Çıxdı çölə. Bunnar da baxırdılar buna. Gördülər ki, bal­tanı götdü əlinə, girdi kişinin təpəsinə tarap bir balta vurdu. Kişini öldürdü, sürütdədi apardı baxçada peyində basdırdı. Qayıtdı gəldi gənə qapıda başdadı gəzməyə. Dedi:

– Vəzir, dinmə, səsini içinə çək, görəh bu işin axırı nolajax.

Bir az aradan keşdi, gördülər ə, boynu yoğun bir oğlan gəldi, öz evi kimi qapıdan girdi içəri. Görüşdülər. Dedi ki, aaz, kişi yatıf, yoxsa oyaxdı?

Dedi:


– Ə, kişi nə gəzir, kişini öldürdüm getdi. Gedəh arxeyin kefimizi çəkəh.

– Aaz, nə danışırsan?

Dedi:

– Vallah, kişini öldürdüm, basdırdım.



Gedə bunnan qorxdu. Dedi:

– Yox, yox, qutardım sənnən.

Geri qayıdanda dedi:

– Ə, sənnən ötəri kişini öldürmüşəm, hara qayıdırsan. Gəl gedəh kefimizi çəkəh.

Dedi:

– Yox ey, sən öl, neynəsən getmərəm. Bu gün onu öldürən savah da məni öldürəjəh.



Getmədi. Bunu bunnar gördü. Oğlan da çıxdı getdi. Şah Abbas dedi:

– Vəzir, bu qapıya bir xaş qoy, darvazaya.

Vəzirdə hər bir şey vardı. Çıxartdı darvazaya belə bir xaş qoydu, getdilər ağzı yuxarı. Gəzə-gəzə, gəzə-gəzə getdilər, qaldılar birinin evində. Gəlinin bir az ağlı başına gələndə dedi:

– Axşam iki dərviş gəlmişdi, qonağ eləmədim. Bir çıxım qapını-bajanı gəzim, bəlkə ordadılar.

Gəlif darvazaya baxdı ki, darvazaya belə xaş qoyuflar. Dedi:

– Hə, taparsan?

Arvadın felmanınnan qaş qurtar ey. Getdi kömürü keçirtdi gətirdi. Ağzı belə on dənə darvazanı kömürnən belə xaşdadı. Gəldi yıxıldı yatdı.

Kadının belə eləməyi Şah Abbasa çox ağır getdi. Dedi ki, ka­dın xeylağını qoymuyajam qala, hamısını qırajam. Açıldı savah, dedi:

– Vəzir, dur get, onu götür gət.

Vəzir durdu cəlatdarı götdü gəldi. Gəldi ki, bu bir darvazaya nişan qoymuşdu, indi beş-on darvaza xaşdıdı. Hansı olduğunu tapa bilmədi, gejə idi dana. Getdi dedi:

– Şah sağ olsun, yadında, mən bir darvazaya nişan qoymuş-dum, indi gör neçə darvazaya nişan qoyuluf. Tapa bilmədim.

Şah Abbas Allahverdi xan vəzirə dedi ki, mən qırx günnüh səfərə gedirəm. Dayana bilmirəm, o gəlinin hak-hesabı məni çox incidir. Mən gəlincə bu şəhərdə bir dənə kadın qoymursan. Hamı­sının boynunu vurursan.

Bu getdi səfərə. Vəzir qaldı məhətdəl. Bir belə adamı nətər qırdırsın? Qırdırmasa da, özünü öldürəjəhdi. Durdu cəlladı götdü, gəldi bir evə ki, beş nəfər kadın var – qojalı, cavannı, qızdı. Əmr elədi ki, bunnarın boynunu vurun. Əyə, bir şüvən qopdu, bir qiyamət qopdu, nətəri. Dedilər ki, Şah Abbas arvatdarı qırdırır. Şəhər əhli elə bil qana batdı. Vəzir dedi:

– Dəymiyin. Qoy gəlsin məni öldürsün. Bir belə milləti qırdırmaxdansa, elə mənim ölməyim yaxşıdı.

Qırdırmadı, getdi evinə. Amma Allahverdi xan vəzirin bir qo­ja atası vardı. Çox qoja idi. Şah Abbasın da belə bir əmri var idi ki, əyəm mən sənnən iki yaş böyüyəmsə, sən məni eşitməsən, səə cəza veriləjəh. Heylə də bir əmri varmış. Vəzir də fikirrəşdi ki, şah gələn­də bunu öldürəjəh. Elə ora uzanırdı üzüquyulu, bura uzanırdı.

Allahverdi xan vəzir gündə bir dəfə atasını yoxluyurdu. Gün­də bir dəfə gedirdi otururdu atasının yanında, halını xəbər alırdı. Nə yemisən, nə işmisən, arvad yaxşımı baxır sana. Belə-filan danı­şırdı, çıxıf gəlirdi. Gündə bir dəfə. İndi üş gündü getmir atasının yanına. Gəlin aparıf çörəyini verəndə dedi ki, a bala, Allahverdi xan vəzir hanı, heş gəlmir mənim yanıma.

Dedi:


– Vallah, əmi, Allahverdi xan vəzir üzüquyulu qalıf. Heş nə çörəh yeyir, nə çay içir, nə danışır.

Deyir:


– Niyə?

Deyir:


– Nə bilim.

Dedi:


– Get ona denən ki, atan səni çağırır.

Gəldi dedi ki, Allahverdi, atan çağırır səni. Dur get, gör nə deyir.

Durdu getdi yanına, görüşdü elədi.

– A bala, gəlin deyir ki, çörəh yemirsən, üzüquyulu qalmısan. Nədi, noluf?



Amma bu kişi də Şah Abbasın atasının vəziri oluf ha. Çox bilən kişi idi. Dedi ki, ata, hal-qəziyə belə-belə. Şah Abbasnan get­dih, belə bir kadın gördüh. İndi maa da əmr elədi ki, kadınnarın boy­nu­nu vurdur. Çıxdı getdi. Mən də getdim bir evdə beş kadın var­dı, boynunu vurdurdum, qiyamat göyə çıxdı. Dedim elə onnansa mə­ni öldürsün.

Dedi:


– Qorxma bala. Niyə qırırsan, Allah yaradıf onu. Şah gələndə de­nən atam qoymadı. Məni apar onun yanına, mən sözümü ona deyim.

Nəysə, bu gah qorxdu, gah qorxmadı. Gözdədi. Şah Abbas faytonnan gələndə gördü ə, sən öl, arvatdar sərbəst-sərbəst dolaşır. Ajığı tutdu: “Nətər bu mənim əmrimi yerinə yetirmiyif”. Gəldi taxda çıxan kimi çağırtdırdı yanına.

– Sana nə demişdim?

Dedi:


– Şah Abbas sağ olsun, özün bilirsən da mənim bir qoja atam var. Qoymadı. Dedi məni apararsan şahın yanına.

Dedi:


– Get gətir görüm.

Gəldi atasını aldı qujağına, apardı. Dedi:

– Şah Abbas.

Dedi:


– Bəli.

Dedi:


– Sən bilirdin mən sənin atanın vəziri idim? Sənin də belə qanunun var ki, elə o yaxşı qanundu, kiçih böyüyü eşitməsə, ona cə­za verirsən. Mən qoymamışam kadınnarı qıra. İndi mən sana bir söypət eliyəjəm. Genə kadın durur, sən durursan, qırdır da.

Dedi:


– Nətər?

Dedi ki, mən sənin atanın vəziri idim. Özüm də qəni pəhlivan idim. Mənim qolumu qatdıyan olmuyuf. Camaatı mən təmin eliyir­dim da, vəzir idim. Taxılı olmuyana taxıl verdirirdim, pulu olmu­yana pul verdirirdim. Nə lazımdısa, mən eliyirdim. Gejə vəzirrih­dən evə gələndə gəlirdilər, kətçi camaat idi da, çağırırdılar, dərdini deyirdilər, əlac eliyirdim, gedirdilər. Genə getdim, deyir, soyundum paltarımı, çörəhdən-zaddan yedim, söykənmişdim, gördüm darvaza döyülür. Darvaza döyülən kimi durdum əbanı saldım çiynimə ki, çıxım görüm kənt camaatınnan kimdi da, niyə gəlir. Arvadım qoy­madı. Dedi: “Belə hara çıxırsan. Sən paltarını geyin, xançalını qur­şa belinə, mən atını yəhərriyif gətirərəm”. – “Ay arvad, kənt ca­maa­tınnan olajax, qoy görüm kimdi”. Dedi: “Yox”. Paltarımı ge­yin­dim, deyir, xançalı vurdum belimə, çıxdım ki, arvad atı yəhər­riyif gətirif. Üzəngini basdı, deyir, mindim. Arvad darvazanı aşdı, baxdım ki, bir qara pal­tar atın belində bir adamdı. Buna “salam mə­löy­küm” deyəndə, dedi ki, nə salam məlöyküm ə, atı dalımca sür. – “Ə, mən qəni pəhliva­nam, mənim qolumu kim qatdıya”. Sür, sür. Sürdüm.

Getdih, deyir, şəhərdən çıxdıx. Şəhərdən çıxanda mən dedim: “Ə, mən bunun dalına düşüf hara gedirəm. Mən qəni pəhlivanam, tə­pə­sinə bir xançal vurum, ölsün”. Şah Abbas, xançalı çəkdim be­lim­dən, aldım əlimə. Atı qamçıladım, buna çatdım, ayağımın biri üzən­gidə bunun təpəsinən bir xançal. Qayıtdı maa dedi ki, əyə, yekə kişisən, adın-sanın var, vəzirsən. Niyə uşax-uşax iş tutursan? Atı dalımca sür. – “Bıy, əyə mənim xançalım buna dəymədi?” Sür, sür. Genə sürdüm.

Bir xeylağ sürənnən sora dedim, əlbət xançal yaxşı tutmuyuf dana. Bir də buna bir xançal çəkəndə mana ajıxlandı. Mana ajıxlan­dı ki, yekə kişisən, sana bayax dedim ki, adın-sanın var, niyə uşax iş tutursan ə, dalımca atı sürəm­mir­sən. “Allah sən saxla” deyif, sür­düm. Sürdüm, amma bunnan qorxdum. İki dəfə xançal çalmı­şam. Getdi girdi bir meşənin içinə. Dedi ki, sənin evini də tanı­yıram, özü­nü də tanıyıram. Qaşsan səni öldürəjəm. Burda düş. Bax, mə­nim atımın tərkindəki qızıldı bir xur­cun. Burda düş, atı da verirəm sana. Burda dur məni gözdə. Bir kora işığ gəlir meşənin içinnən. Bax, mən ge­də­jəm o işığ gələn yerə. Orda mənim düşmannarım var, onnan vuruş­mağa gedirəm. Mana sənin səsin lazımdı. Onnar bilsin ki, mənim dalımca adam gəlir. Sənə ayrı şey demirəm. Dur burda, mənim ordan nərəm gə­lən­də mənə səs ver. Denən gəldim, vur gəldim. Mən sənin səsinə on­narı qırajam. Getdi deyir. Bunun atını aldım saxladım. Özüm-özü­mə deyirəm: “Ay allah, qaçajam, ye­rimi bilir, yurdumu bilir. Gəlif məni öldürəjəh. Mən nətər eli­yim?” Qaşmadım.

Deyir, otdum gözdədim, gözdədim, bir azdan sora gördüm bunun səsi gəldi. Buna dedim: “Vur gəldim”. Bərkdən çığırdım, üş dəfə səs verdim. Durdum gözdədim. Gözdədim, gözdədim, gördüm gəlir. – İndi bunu Şah Abbasa deyir ha, fikrinnən çıxarma. Gərəh söypəti düz götürəsən. – Şah Abbas sağ olsun, gəldi çıxdı. Baxdım ki, bir xaral başdı. Kəsif yığıf xarala, gətirif. Atı mindi, maa dedi onu qaldır ver. Əlimi atdım ağzına, mənim kimi adam zornan onu qaldırdım bunun qucağına verdim. Bir xeylax gəldi meşənin içiy­nən, orda saxladı, dedi:

– Atı da verirəm saa, bax, bu xurcunnan da bir qızıl, halalın olsun. Bunnan sora maa lazım döyülsən.

Başı götdü, deyir, bir xaral başdı. Bu, belə çıxdı, mən gəldi­yi­miz yolnan getdim. Bekara dayanmışdım. Birdən ağlıma gəldi ki, əyə, mən bunnan hal almamış hara gedim. Görüm bu kimdi, nətər adamdı, niyə belə eliyir. Şah sağ olsun, atı tez bağladım ağaca, bu getdiyi yernən getdim. Getdim ki, bura qəbirstannıxdı. Bunun əmisi oğlu buna nişannı imiş. Əmisi oğlunu düşmannar öldürüf. İndi bu əmi­si oğlunun qanını almax üçün kömək gətirirmiş özüynən ki, elə sə­sini versin, onnan qorxsun, öldürsün. Deyir, başı tökdü qavırın üs­dü­­nə. Dedi ki, əmi oğlu, qanı aldım, innən belə ölsəm, daa dər­dim yox­du. Xançalın götünü qoydu qavırın üsdünə, isdədi üsdünə yıxıla, dal­dan bunu yığışdırdım. Qayıtdı baxdı mana, dedi ki, niyə çıxıf get­mə­misən? Sənə demədim çıx get. Baxdım ki, bir arvad xeylağı. Dedim: “Ay xanım, bəs axşamnan bəri məni əsir-yesir eləmisəm, sənnən mən halı bilməmiş nətər gedim?” Dedi: “Mənim sirrimi heş kəs bilmirdi, sən bildin. İndi ixdiyarım keşdi sənin əlinə. Neyni­yirsən elə”. Mən de­yir onu götdüm gəldim evə, mollanı gətdim kəbinini kəsdirdim. Eşi­dirsən, deyir. Bax, Allahverdi xan vəzir hə­min arvatdandı. Heylə də arvad var, Şah Abbas sağ olsun, belə də arvad var. İndi bir-iki ka­dın­nan ötəri sən bu milləti niyə qırdırırsan? Sən yaratmamısan axı onu.

Onun sözüynən Şah Abbas Allahverdi xan vəzirə dəymədi.

Göydən üç alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də Musanın.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin