Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə94/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   90   91   92   93   94   95   96   97   ...   197
4. ŞAH ABBASNAN MƏLEYKƏ
Şah Abbas bir dəfə gedir ki, bir cinnən bir məleykə mübahisə edillər. Məleykə düzün tərəfidi, cin də əyrinin. Bir dalda yerdə gejə cəhləşirdilər. Şah Abbas da getdi çıxdı bunnarın üsdünə. Məleykə dedi ki, tərpənmə, Şah Abbas gəldi, şərtimizi kəsəjəh. Görəh sənin sözün düzdü, yoxsa mənim sözüm. Gəldi çıxdı. Görüşdülər elədi­lər. Dedi:

– Şah Abbas.

Dedi:

– Hə.


Cin gözəgörünməyən bir şeydi dana. Şah Abbasın girdi qəlbi­nə, dedi ki, ayə, mənim sözümü de, qorxma, mənim sözümü de. Har­da dara düşsən, orda sənin yanındayam. O söz nədisə cəhri çə­kir­dilər. Məleykə dedi ki, Şah Abbas, mənim sözüm düzdü, bu­nu­n sözü düzdü? Dedi:

– Cinin sözü düzdü.

Cin, axı, bunun qəlbinə girif. Cinin sözü düzdü deyəndə bu məleykə atıldı düşdü: “Ə, mənim düz sözümü qoyuf gedif cinin tərəfini saxlıyırsan?” Dedi:

– Şah Abbas, madam ki cinin sözünü dedin, and olsun Allaha, gündə bir dənə erkəh, bir tikəsi də kəsilmiyəjəh ha, tiyanda qızartdı­rıf qomşuğa salıf, şəhərin başında çinar ağacı var, o çinardan asdırıf gedərsən. Elədin, canın qutardı, eləmədin, sənə cəza verəjəm.

– Ə, – dedi, – heylə şeyə nə var, hasand şeydi.

Bunnar aralaşdılar. Cin gəldi Şah Abbasın yanına. Dedi ki, qorxuf eləmə, harda çətinniyin olsa, bax, belə tükü-tükə vuran kimi yanında hazıram.

Getdilər. Şah Abbas tapşırmışdı poverə, gündə bir heyvanı qızardıf aparıf asıf gəlirdi. Bu poverin də bir oğlu vardı, xəsdə idi. Heş-zad yemirdi, eləmirdi. Pover əti qızardırdı, aparıf gündə asırdı, gəlirdi. İndi bir gün də qızardanda bunun oğlu gəldi çıxdı bura. Dedi:

– Ata, onnan bir tikə kəs ver maa.

Dedi:


– Bala, onu verə bilmərəm. Şahın tapşırığıdı, onun tikəsi kəsilməli döylü.

– Əşi, – dedi, – bir belə tikə kəs ver maa, nola, tamırım gedir ona.

Dedi:

– Yox, verəmmərəm.



Nə qədər elədi, vermədi.

– Ə, – dedi, – bu ətdərdən tulluyum bura qızarsın, ye da.

Dedi:

– Yox ey, onnan ver.



Xəsdənin tamehi pis olar da, atalar deyif. Vermədi. Gədə dur­du aralıda gözdədi. Dedi:

– Qoy görüm atam onu neynir.

Baxırdı. Gördü qızartdı, qəşəh saldı meşoğa, aldı dalına, şəhə­rin ortasıynan getdi. Bu da düşdü bunun dalına, getdi. Dedi: “Onu hara aparıf qoysa, onnan bir tikə yeyəjəm”. Kişi apardı bunu asdı çinardan, çıxdı gəldi. Tapşırıx heylə idi. Gələn kimi məleykə gəldi ordan götdü. Gedə əlini atırdı belə, məleykə götdü. Sallana-sallana getdi. Gedə də düşdü meşoğun dalına. Yavaş-yavaş, yavaş-yavaş, axşama getdi bir cəzirədə bir evə çıxdı ki, məleykələr burda yaşıyır. Meşoğu addatdılar içəri. Axşam idi. Gedə də getdi kəsdi darvazanı. Döydü, döydü, döydü, məleykənin biri gəldi ki, bir oğ­lan­dı. Xəsdə oğlandı, sapsarı saralıf.

– Nədi qardaş, nə isdiyirsən?

Dedi:

– Vallah, mənim qalmağa yerim yoxdu, gejədi, məni beyjəlih qonax saxlıyın.



Dedi:

– Qoy gedim baş məleykəyə deyim, gəlim.

Getdi dedi. Dedi:

– Hə, göt gəl, çöldə qalmıyajax ki.

Bunu apardılar. Baş məleykə buna dedi ki, oğlan, biz məleykə cinsiyik. Bizdə söz üş dəfə olar, üşdən artıx demərih. Onnan sora onun cəzası nədi onu verərih. Bu ətdən də gətdilər qoydular buna. Yaxşı yedi, nəfsi sındı. Söypət-zad da elədi, ayan-bəri. Bu ona dedi ki, oğlum, dur ayaxlaş, yer qayırsınnar get yat. Bu durmadı utandı­ğınnan. Bunnar hamısı qızdı dana. Nəysə, iki dəfə, üş dəfə, durma­dı. Məleykənin ikisinə dedi ki, bunu alın qənədinizə, aparın Şah Abbasın arvadının yanına qoyun, gəlin.

Məleykələr bunu aldılar qənətdərinə, gətdilər Şah Abbasnan ar­vadı yatmışdı dana, gətdi qoydu arvadın yanında. Heş nə gədənin xə­bə­ri oldu, nə arvadın xəbəri oldu. Yatdı burda savahatan. Savah kəniz gəldi ki, sən öl, xanımın yanında bir oğlan yatıf. – “Ə, bu hardan gəlif girif bura. Şah bilsə məni dara çəkəjəh”. Oyanmıllar. Nə arvad oyanır, nə bu oyanır. Yuxu tutuf yatıflar. Kəniz dedi ki, mən bunu şaha deməsəm, olmuyajax. Desəm də mana sual-cavaf, hardan gəlif girif bura. Mən nə bilim hardan gəlif. Dedi ki, deyim da. Deməyim yaxşıdı.

Getdi şaha dedi ki, hal-qəziyə belə-belə. Şah sağ olsun, xanımın yanında bir oğlan yatıf, amma bilmirəm hardan gəlif, nətər gəlif. Elə səhər duruf görürəm ki, ordadı. Dedi:

– Get çağır, durğuz gətir yanıma.

Gəldi bunu durğuzdu. Dedi:

– Gəl gedəh, şah səni çağırır.

Gətdi Şah Abbasın yanına. Dedi ki, ə, oğlan, sən ora hardan gə­lif girmisən. Bu gedə başına gələni nağıl elədi Şah Abbasa ki, gəl­dim atamın yanına, ətdən isdədim, vermədi. Apardı çinardan as­dı. Onu da vallah, məleykələr apardı, mən də getdim, orda maa üş də­fə dedi dur, yerii qayırsınnar, mən də durmadım. Daa onnan sora huşum başımda olmadı.

Hə, Şah Abbas bildi ki, bu məleykənin əngəlidi.

– Əyə, onnarın olajağı hansı tərəfdədi?

Gədə yerini dedi. Şah Abbas bir gün atı mindi getdi. Dedi, gedim bir onnan görüşüm, görüm nətərdi. Amma aşbaz cəmdəyi gün­də aparıf çinardan asır. Getdi axşama çıxdı ora. Darvazada dur­du döydü, gəldi məleykə. Dedi ki, məni bu axşam qonağ eliyin. Bunu qonağ elədilər. Bu məleykəni tanımadı, amma məleykə bunu görən kimi tanıdı da. Nəysə, çörəhdən, sudan sora bu məleykə getdi otdu mənim kimi bekaf-bekaf. Dedi:

– Şah Abbas, məni üş dəfə danışdırassan. Əgər danışdırdın, canıı qutardın. Danışdırmadın, cəmdəyin birini də artırassan, iki cəmdək eliyəssən.

Dedi:

– Yaxşı, nə olar. Onda icazə ver çölə çıxım gəlim.



Çıxdı evin böyründə – tük dəsmalın arasında idi, – tükü-tükə vuran kimi cin hazır oldu.

– Şah Abbas, nədi?

Dedi:

– Ə, bu məleykə görmürsən mənnən əl çəkmir. Deyir ki, gərəh məni üş dəfə dindirəsən.



Dedi:

– Ə, o asantdı, onun dərdini çəkmə sən.

Dedi:

– Nətər asantdı. Bekaf-bekaf oturuf, mən nə deyim ki, o dinsin.



Dedi ki, sən get otur. Mən qavaxca girəjəm stolun üsdündəyi lampaya, sora girəjəm sımavara, sora da girəjəm sənəyə. Oturanda denən: “Ay lampa”. Mən hay verəjəm saa. Denən görürsən da, bu məleykə mənnən əl çəkmir, deyir gərəh məni danışdırasan.

Lampa dedi:

– Şah Abbas, mən bir söypət eliyəjəm, sən eşit.

Dedi:


– Nədi?

Dedi ki, bir kişi vardı, vaxdı tamam idi. Kişinin üç oğlu vardı. Kişinin də üş yüz tümən pulu vardı. Oğlannarını çağırdı yanına, dedi: “Bala, mən öləjəm, alın hərənizə yüz tümən pul verəjəm. Mən­­nən sora elə bir şey alın evinizdə yadigar qalsın mənnən”. Ki­şinin də bir qardaşı vardı, onun da yaxşı bir qızı vardı. Gədələrə vermədi qızını. Götdü getdi İrana.



Nəysə, bu kişi öldü, bunu götdülər kəfin-dəfin elədilər. Ba­laca qardaş bir az cüvəltarax idi, dedi: “Ə, atamızın vəsiyyətin yerinə yeti­rəh da. Gedəh alax”. Böyüh qardaşa dedi: “Qavaxca sən get al”. Bö­yüh qardaş getdi çıxdı bazara. Hərrəndi, hərrəndi, baxdı ki, bir xalça satıllar. – “Bu nağarır?” Dedi ki, bu, üç aylıx yolu üş günə aparır. Bunun dilin-sirrin də buna örgədillər. Bu, alır yüz tümənə, götürür gəlir. İndi ortancıl qardaşa deyir ki, sən get. Bu da gedir hərrənir, hərrənir, görür bir bədənnəmə güzgüdü, bunu satıllar yüz tümənə. – “Bu nağarajax?” Dedi: “Duanı oxuyassan, isdədiyin qohumunu, evladını saa gösdərəjəh”. Bunu da bu alır gətirir. Sora balaca qardaş gedir. Bayax dediyim kimi, aftafa-ləyən olur, onda gülab suyu olur, nə olur, insanı dirildir. Bu da yüz tümən olur, bu da bunu alır gətirir. Gətirillər evə. Ortancıl qardaşa deyir ki, güzgü­nü gətir, ayəsini oxu, görəh həmin qız dururmu. Bu gətirir ayəsini oxuyur, baxıllar ki, əmisi qızı ölüf, təzə ölüf. Böyüh qardaşı deyif ki, sən bilirsən da dilini, gəl gedək. Bu da aftafa ləyənini götürür, oturullar xalçaya, ya allah. Gedillər ki, yuada götürüflər. Görüşüf eliyillər. Əmisinə deyir ki, əmi. Deyir: “Hə”. Deyir: “Əmi, bunu sağ vaxdı bizə vermədin, indi bunun ölüsünü də bizə vermiyəssən?” Kişi də elə bilir meyidi götürməyə-zada deyir. Deyir: “A bala, niyə vermirəm, nətər isdiyirsiniz götü­rün”. Bu balaca qardaş çıxardır ha­mını çölə. Bilirdi da dilin-sirrin. Ayəsin oxuyur, bu sudan car eliyir, qız axsırıf qalxır.

Cin Şah Abbasdan soruşur ki, indi qız qardaşdarın hansına çatajax. Şah Abbas deyir ki, ortancıl qardaşa çatajax. Deyəndə mə­leykə ordan dillənir, – axı ortancıl qardaş onu diriltmiyif, balaca qardaş dirildif, – deyir:

– Niyə ortancıl qardaşa çatsın. Qızı dirildən balaca qardaşdı, ona çatmalıdı.

Deyir:


– Hər kimə çatır çatsın, əsas odu dindirdimmi səni.

Məleykənin bərk ajığı tutur, deyir:

– İkinci dəfə də dindir.

Gənə üzünü çöyürür sımavara:

– Ay sımavar, Allahın hökmüynən mənnən danış. Bu məleykə mənnən ağzını əyif.

Sımavar deyir ki, Şah Abbas sağ olsun, iki qardaş vardı. Biri evli idi, biri subaydı. Bu evli qardaş o birini çox dannıyırdı, işdə­mirdi, eləmirdi. Bir günnəri dalaşdılar iki qardaş. Dalaşanda böyüh qardaş yıxdı balaca qardaşın başını kəsdi. Başını kəsənnən sora bu, öz-özünə qəhərrəndi ki, dalımın arxası idi gənə, mən niyə onun ba­şını kəsdim. Fikirrəşir, fikirrəşir, öz başını da kəsir. Dedi: “Da bun­nan sora niyə yaşıyıram”.



Böyüh qardaşın arvadı da duruf baxırdı. Baş ayna düşür, bə­dən də burda. Gəlin gördü ki, iki siçan, köhnə ev idi, ordan çıxdı, dalaş­dılar, biri o birinin başını üzdü. Baş burda qaldı, bədən orda qaldı. Siçan getdi. Bir azdan sora gördü ki, siçan ağzında nəsə çiy­niyir – otdu. Nə otudursa, çiynədi, çiynədi, çiynədi, yumuşaltdı, gət­­di qoydu bədənə, başı ora qoyan kimi yapışdı, dirildi. Qız da həmin qayda ilə qardaşdarının başını bədəninə yapışdırdı. Amma tə­ləsdiyinnən ərinin başını qaynının bədəninə, qaynının başını əri­nin bədəninə qoydu.

Sımavar soruşdu ki, indi qadın hansına çatajax. Şah Abbas dedi ki, bədənə çatajax. Məleykə dedi ki, yox, baş hardadısa, ona çatmalıdı, baş bədənin padşahıdı. Bu dəfə də məleykəni dindirdi.



Məleykənin indi lap ajığı tutdu, peşman-peşman otdu. Qayıtdı sənəyə dedi ki, ay sənəh, Allahın hökmüynən mənnən danış. Cin indi sənəhdən danışır. Deyir ki, Şah Abbas sağ olsun, bir dülgər var idi, bir dərzi var idi, bir də bir molla. Üçü ticarət eliyirdilər. Yükə qaroul çəkmək üçün gejəni üş yerə bölmüşdülər. Qaroul çəkirdilər. Axırıncı gejə idi. İndi qavaxcan dülgər qaroul çəkdi. Bekaf dayana bilmədi da. Götdü bir kadın fiquru düzəltdi taxdadan. Düzəltdi söykədi yükə. Gəldi dərzini durğuzdu: “Dur, vaxt tamamdı”. Dərzi durdu. Gördü ə, yükə bir adam söykənif. Qarannıx gejədi dana. Getdi əlini vurdu, gördü taxdadan düzəldilif. Bildi ki, bunu dülgər düzəldif. Bu da maşını qoydu qavağına, bir dəst qəşəh qadın paltarı tikdi, geydirdi bu­na. Söykədi yükə, gəldi mollanı durğuzdu. Daa savah açılırdı, sü­büh namazı idi. Molla durdu, səni öl, bir kadındı. Gəldi əlini vurdu, gördü taxdadı. Gördü ki, sənətkarrar öz sənətini isbat eliyiflər də. Na­mazını qıldı, üzünü çöyürdü Allaha ki, xuda­vən­di-xalıq, onnar öz sənətdərini sübut eliyiflər. Buna bir can ver, mən bunnarın yanıda xə­jalətli olmuyum. Allah mollanın sözüynən ona can verdi.

İndi bunnar üçü də qalxdılar, savaxdı. Dülgər dedi mənimdi, dərzi dedi mənimdi, molla dedi mənimdi. Ay Şah Abbas, hansına çatajax?

Dedi:

– Dülgərə, – deyən kimi məleykə ordan dilləndi. Düzün tərə­fi­nədi axı. Dedi:

– Ə, quru taxtaya nə çatır? Quru taxtadan qayırıf qoyuf ora da. Buna can verən var axı. Mollaya çatmalıdı.

Dedi:


– Əşi, hər kimə çatır çatsın, dindirdimmi səni üş dəfə? Quratdıxmı sənnən da?

Dedi:


– Hə, Şah Abbas, get. Sən Şah Abbassan ki, Şah Abbassan. İsdəmirəm o heyvanı, da gətirmə.

Ordaca Şah Abbas durur atını minir, çıxır gəlir.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin